Axtarış
The search found 105854 results in 0.055 seconds.
Search results
Azərbaycanda şirkət 1,2 milyon manat cərimələndi
Sabunçu Rayon Məhkəməsi “Call Center” MMC-nin 701 736 ABŞ dolları (təxminən, 1 milyon 200 min manat) cərimə edilməsi barədə qərar çıxarıb.
Belə ki, Mərkəzi Bank şirkət barəsində valyuta tənzimi qaydalarını pozulmasına görə inzibati protokol tərtib edib.
Muxalifet4 - 14-03-2020
“Azərbaycanda yaxın həftələrdə tibbi maskalar istehsal edən müəssisə işə düşəcək”- İQTİSADİYYAT NAZİRİ
“İstehlak bazarında tibbi vasitələrə – spirt və tibbi maskaların təchizatında heç bir çətinlik yoxdur”.
APA xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər istehlak bazarında tibbi vasitələrə – spirt və tibbi maskalara təlabatın artmasına münasibət bildirərkən deyib.
Muxalifet4 - 14-03-2020
Evlərə ərzaqların çatdırılması xidmətləri işə salınır - RƏSMİ
Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda bir ay müddətində evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması təmin edilməlidir.
Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi alış-veriş mərkəzlərinin fəaliyyətini qaydalarda əksini tapıb.Muxalifet4 - 14-03-2020
İnsanlar bir-birinə 2 metrdən artıq yaxınlaşa bilməz - YENİ QADAĞA
Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda bir ay müddətində alış-veriş mərkəzlərində kassa qarşısında və ya digər yerlərdə növbələr vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməlidir.
Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi alış-veriş mərkəzlərinin fəaliyyətini qaydalarda əksini tapıb.Muxalifet4 - 14-03-2020
Novruzda bəzi dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI
Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Həmin dövlət strukturları aşağıdakılardır:
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
- Azərbaycan Respubikasının Nazirlər Kabineti
Muxalifet4 - 14-03-2020
İtaliyada olan azərbaycanlı tələbə oradakı vəziyyətdən danışdı - VİDEO
Bu gündən "Vətən uzaqda deyil" proqramı xaricdə yaşayan azərbaycanlılarla videobağlantılara başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı İtaliyada olan azərbaycanlı tələbə Günel İsmayılovadan müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
Muxalifet4 - 14-03-2020
“Mall”lara gələnlərin hərarəti ölçüləcək
Koronavirus infeksiyası (COVID-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalar açıqlanıb.
Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub.
Muxalifet4 - 14-03-2020
DTX və Baş Prokurorluq birgə əməliyyat keçirdi - SAXLANILANLAR VAR
"Dünyada cərəyan edən məlum hadisələr fonunda ölkə əhalisi arasında yaranmış əsassız narahatlıqdan sui-istifadə edən kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparılmaqdadır".
Muxalifet4 - 14-03-2020
Azərbaycan bankları birgə bəyanat yaydı
Azərbaycan Banklar Assosiasiyası 13 mart tarixində mətbuatda valyuta mübadiləsi əməliyyatları ilə əlaqədar möhtəkirlik halları ilə bağlı yayılmış məlumatlarla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasına üzv banklarının birgə bəyanatında qeyd olunub.
Muxalifet4 - 14-03-2020
Həyat yoldaşı Ceyhun Osmanlını MƏHKƏMƏYƏ VERDİ
Keçmiş deputat Ceyhun Osmanlının həyat yoldaşı boşanma ərizəsi ilə bağlı məhkəməyə müraciət edib.
Martın 30-da Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, iddiaçı Osmanlı Aysel Aydın qızı, cavabdeh isə Osmanlı Ceyhun Yunis oğludur.
38 yaşlı Ceyhun Osmanlı 1989–cu ildən Bakıdakı 48 saylı orta məktəbdə təhsil alıb, 1993-cü ildən Bakı Özəl Türk liseyində təhsilini davam etdirib. 1999–cu ildə Bakı Dövlət Universitetinə daxil olub.Muxalifet4 - 14-03-2020
Parisdə “sarı jiletlilər”in növbəti aksiyası keçirilir - KORONAVİRUSLA BAĞLI QADAĞAYA MƏHƏL QOYULMADI
Fransa hökuməti tərəfindən yeni koronavirusa qarşı tədbirlər çərçivəsində kütləvi tədbirlərə qadağa qoyulmasına baxmayaraq “sarı jiletlilər” Parisdə növbəti etiraz aksiyasını keçirirlər.
Məlumata görə, Montparnas vağzalı yaxınlığında toplaşan izdiham polis və jandarmanın müşayiəti ilə yürüşə başlayıb.
Son məlumata görə, Fransada koronavirusa yoluxanların sayı 3 661, ölənlərin sayı 79 nəfərdir.
Ötən gün hərəkat fəalları hökumətin 100 nəfərdən çox yığıncaqları qadağasına fikir verməyib etirazlara davam etmək çağırışı yaymışdı.
Muxalifet4 - 14-03-2020
Karantində olan italyanlar eyvana çıxıb mahnı oxuyurlar - VİDEO
Koronavirus səbəbindən evdə qalmağa məcbur olan İtaliya sakinləri özlərinə əyləncə tapıblar. Onlar eyvanlara çıxır və mahnı oxuyurlar.
“Qafqazinfo”nun məlumatına görə, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələn, Neapol sakinləri öz əhvallarını qaldırmaq üçün “Napoli” futbol klubunun himnini oxuyurlar.
Muxalifet4 - 15-03-2020
Rusiya ordusunda tibbi maskaların istifadəsinə başlandı - FOTO
Rusiya ordusunun əsgərləri koronavirusla mübarizə tədbirləri çərçivəsində tibbi maskalardan istifadə etməyə başlayıb.
Bu barədə “HaberGlobal” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Müdafiə Nazirliyi həmçinin, COVID-19 yeni tip koronavirusla mübarizə tədbirləri çərçivəsində hərbi hissələrə daxil olan və çıxan nəqliyyat vasitələrinin dərmanlandığını, bəzi əsgərlərin nüvə fəlakətləri zamanı istifadə olunan qoruyucu geyimlər geyindiyini qeyd edib.
Muxalifet4 - 15-03-2020
Azərbaycanda bu şəxslərin işə çıxması qadağan edilir
Alış-veriş mərkəzlərində xəstə olan əməkdaşların əmək fəaliyyəti müvəqqəti məhdudlaşdırılır.
Bu, koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalarda öz əksini tapıb.
Belə ki, Nazirlər Kabineti xəstə olan əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması barədə göstəriş verib.
Qeyd olunub ki, bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlər görüləcək./Publika.az
Muxalifet4 - 15-03-2020
Çin koronavirusa qarşı mübarizəyə 16,7 milyard sərf etdi
Çin hökuməti ölkədə koronavirus (COVID-19) epidemiyası ilə mübarizə və qabaqlayıcı tədbirlərə ümumilikdə 116,9 milyard yuan (təxminən 16,7 milyard ABŞ dolları) əlavə vəsait sərf edib.
Axar.az xəbər verir ki, Çinin Maliyyə Nazirliyinin rəsmisi Fu Cinlin hökumətin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirməklə yanaşı, epidemiyanın iqtisadiyyata təsirini azaltmaq üçün bir sıra tədbirlər həyata keçirdiyini açıqlayıb.
Muxalifet4 - 15-03-2020
Təyyarədə öskürdü, dava düşdü - VİDEO
Yeni tip koronavirus (Kovid-19) pandemiyasının dünyada sürətlə yayılması istər-istəməz insanlar arasında narahatlıq yaradır.
Belə ki, insanların virusa həssas yanaşması Səudiyyə Ərəbistanından Livan istiqamətində uçan sərnişin təyyarəsində davaya da səbəb olub. Belə ki, təyyarədə 2 sərnişin tibbi maskanı taxmağı rədd edib və ardınca öskürüb.
Təyyarədəki digər sərnişinlər buna etiraz etdikdə tərəflər arasında dava düşüb. Baş verən hadisə həvəskar kamera tərəfindən çəkilib. Sosial şəbəkələrdə paylaşılan davanın videogörüntüsü müzakirələrə səbəb olub.
Muxalifet4 - 15-03-2020
Ronaldodan daha bir örnək addım - OTELLƏRİNİ XƏSTƏXANAYA ÇEVİRİR VƏ...
"Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo vətəni Portuqaliyada ona məxsus otelləri koronavirusla mübarizə aparmaq üçün xəstəxanalara çevirir.
“Marca” xəbər verir ki, həmin xəstəxanalardan pulsuz istifadə etmək mümkün olacaq. Futbolçu orada işləyəcək həkim və işçilərin maaşını da özü verəcək.
Qeyd edək ki, “Yuventus”lu Daniele Ruqanidə koronavirus aşkar edildikdən sonra Ronaldo Portuqaliyada karantindədir.
Muxalifet4 - 15-03-2020
Baş Nazirin xanımı koronavirusa yoluxdu - İSPANİYADA
İspaniyanın Baş Naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes koronavirusa yoluxub.
Bu barədə məlumatı ölkənin Nazirlər Kabineti yayıb.
Bildirilib ki, Monkloa Sarayında Baş Nazirə yaxın olan insanlardan götürülmüş analizlər onun xanımı Beqonya Qomesdə müsbət nəticə verib. Baş Nazirinin xanımın səhhətinin stabil olduğu, nəzarət altında saxlanıldığı bildirilir.
Muxalifet4 - 15-03-2020
Azərbaycan və Türkiyə vətəndaşları bu saatlarda təxliyyə olunacaq - QAYNAR XƏTT YARADILDI / Yenilənib
Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində “qaynar xətt” yaradılıb.
Bu barədə səfirlikdən məlumat verilib.
“Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən “Qaynar xətt” yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740” - deyə, məlumatda qeyd olunub.
Muxalifet4 - 15-03-2020
Azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərindən birinə qəbul oldu - MƏZUNU 88 MİN MAAŞ ALIR
Jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən nüfuzlu universitetlərindən birinə Massachusetts İnstitute of Technology (MİT) Computer Science ixtisasına qəbul olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı iqtisadi ekspert Qubad İbadoğlu şəxsi feysbuk hesabında paylaşıb.
Ekspert paylaşımında universitet barədə də məlumat verib. O bildirib ki, sözügedən təhsil ocağını bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88200 dollardır:
Muxalifet4 - 15-03-2020