Parisdə “sarı jiletlilər”in növbəti aksiyası keçirilir - KORONAVİRUSLA BAĞLI QADAĞAYA MƏHƏL QOYULMADI

Baxış sayı:
2539

Fransa hökuməti tərəfindən yeni koronavirusa qarşı tədbirlər çərçivəsində kütləvi tədbirlərə qadağa qoyulmasına baxmayaraq “sarı jiletlilər” Parisdə növbəti etiraz aksiyasını keçirirlər.

Məlumata görə, Montparnas vağzalı yaxınlığında toplaşan izdiham polis və jandarmanın müşayiəti ilə yürüşə başlayıb.

Son məlumata görə, Fransada koronavirusa yoluxanların sayı 3 661, ölənlərin sayı 79 nəfərdir.

Ötən gün hərəkat fəalları hökumətin 100 nəfərdən çox yığıncaqları qadağasına fikir verməyib etirazlara davam etmək çağırışı yaymışdı.

“Report” xatırladır ki, “sarı jiletlilər” 2018-ci il noyabrın 17-dən etibarən hər şənbə günü sosial tələblərlə ölkə boyu etiraz aksiyaları keçirirlər. Bu aksiyalar zamanı vaxtaşırı olaraq polislə toqquşmalar baş verir.