Axtarış

The search found 105854 results in 0.098 seconds.

Search results

  1. Qarabağda "pilotsuz" müharibə ssenariləri - ZAKİR HƏSƏNOV İDLİB DÖYÜŞLƏRİNİN ÖYRƏNİLMƏSİNİ TAPŞIRIB

    Ötən gün Azərbaycan Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib və xəbər verildiyi kimi, müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın əvvəllərində keçirilmiş irimiqyaslı döyüş təlimlərinin nəticələrini müzakirə edib. Eyni zamanda döyüş hazırlığı tədbirlərində ən müasir idarəetmə üsullarından istifadənin əhəmiyyəti barədə danışıb.

    Muxalifet4 - 15-03-2020

  2. Özbəkistan koronavirusa ilk yoluxma halını təsdiq etdi, QAZAXISTANDA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNDU

    Martın 15-də Özbəkistan koronavirusa ilk yoluxma halının təsdiqləndiyini elan edib. Hökumət Fransadan qayıdan Özbəkistan vətəndaşının virusa yoluxduğunu bildirib.

    Eyni gündə qonşu Qazaxıstanda rəsmilər iki yeni hadisənin qeydə alınması ilə ölkədə virusa yoluxanlarının sayının səkkizə çatdığını bildirikdən sonra fövqəladə vəziyyət elan edib.

    Muxalifet4 - 15-03-2020

  3. Türkiyədən bir qrup vətəndaşımız Azərbaycana gətirildi - RƏSMİ AÇIQLAMA

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında qarşılıqlı razılıq əsasında sərnişinlərin hava və quru yolu ilə səfərlərinin müvəqqəti olaraq dayandırılmasından sonra Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün bu gün Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    Muxalifet4 - 15-03-2020

  4. Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlandı - BİR GÜNDƏ 6 NƏFƏR....

    Azərbaycan Respublikasında 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatında bildirilib.

    Qərargahın məlumatına görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

    Muxalifet4 - 15-03-2020

  5. DƏHŞƏT: Bir sutkada 368 nəfər koronavirusdan öldü - İTALİYADA

    İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyası səbəbindən 368 nəfər həyatını itirib, ümumilikdə isə ölkədə virusdan ölənlərin sayı 1809 nəfərə çatıb.
    “TASS” xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin yaydığı açıqlamada deyilir.
    Ölkədə hazırda koronavirus daşıyıcılarının ümumi sayı 20603 nəfər təşkil edir. Yoluxma hallarının artmasında da rekord göstərici qeydə alınıb – gün ərzində 2853 nəfər.

    Muxalifet4 - 15-03-2020

  6. Arvadını döyüb, çənəsini sındırdı - AĞSTAFADA

    Ağstafa rayonunda orta yaşlı qadın döyülüb.

    Belə ki, rayon sakini, 1981-ci il təvəllüdlü K.R çənə sümüyünün sınığı ilə yaxınları tərəfindən xəstəxanaya aparılıb.

    Həkimlər tərəfindən tibbi yardım göstərilən qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Zərərçəkənin yaxınlarının dediyinə görə, onu əri döyüb. Hadisənin səbəbi isə hələ məlum deyil.

    Faktla bağlı araşdırma aparılır./Report

    Muxalifet4 - 15-03-2020

  7. SON DƏQİQƏ: Mübariz Mənsimov sərbəst buraxıldı?

    Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun sərbəst buraxıldığı haqda Türkiyədə yaşayan azərbaycanlılar sosial şəbəkədə paylaşımlar ediblər.

    Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Palmali Şirkətlər Qrupundan Axar.az-a bildirilib ki, azərbaycanlı iş adamının sərbəst buraxılması ilə bağlı hazırda onlarda məlumat yoxdur.

    Muxalifet4 - 16-03-2020

  8. Mübariz Mənsimovun meneceri də həbs edildi

    Palmali Holdinqin İdarə Heyətinin sədri Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcahan Peker də həbs olunub.

    Türkiyə mediasının yazdığına görə, onların FETÖ üzvü olduğu və təşkilatın yüksək səviyyəli rəhbərliyi ilə əlaqələrinin olduğu bildirilir.

    Muxalifet4 - 16-03-2020

  9. Koronavirus dünyanı hara sürükləyir? – YER KÜRƏSİ AÇIQ HAVA HƏBSXANASINA ÇEVRİLİR

    Koronavirusun ilk dəfə elan edildiyi gündən bəri virusun mənbəyi kimi dünyaya təqdim olunan rəsmi izah bu idi: virus Uhandakı “Seafood Market”-də ortaya çıxıb. Bu, xəstəliyin sıfır nöqtəsi idi. Buradan bütün Uhan şəhərinə, Uhandan Hubey əyalətinə, daha sonra Çinin digər şəhərlərinə və nəhayət, bütün dünyaya yayılıb.

    Fevralın 22-ə qədər hamımız bu məlumatın doğruluğuna inanırdıq. Amma fevralın 22-də bir məqalə dərc olunub. Bir çox Çin aliminin töhfəsi ilə hazırlanan məqalədə Huanan dəniz məhsulları bazarının virus mənbəyi olması iddiaları tamamilə rədd edilib.

    Muxalifet4 - 16-03-2020

  10. Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhdudlaşdırdı - Vüsal Hüseynov vətəndaşlara müraciət etdi

    Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Facebook" vasitəsilə vətəndaşlara müraciət edib. 

    Muxalifet.az-ın xəbərinə görə, o, miqrasiya xidmətlərinin əldə edilməsi ilə bağlı qəbul şöbələrinin fəaliyyəti məhdudlaşdırıldığı üçün müraciətlərin müvəqqəti olaraq aşağıdakı formada edilməsini tövsiyə edib:

    Muxalifet4 - 16-03-2020

  11. Azərbaycanda keçmiş vəzifəli şəxs koronavirusa görə karantinə alındı - FOTO

    Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb.

    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb.

    Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb.

    Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir.

    Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

    Muxalifet4 - 16-03-2020

  12. Macarıstandan Azərbaycana təyyarə reysi təxirə salındı - Həmvətənlərimiz çətin vəziyyətlə üzləşdi / FOTO

    Macarıstandan Azərbaycana təyyarə reysi gözlənilmədən təxirə salınıb.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, yerli vaxtla saat 23:45-də Bakıya W6 2499 reysi ilə uçuş planlaşdırılıb. Amma uçuşa 3 saat qalmış reys təxirə salınıb.

    Muxalifet4 - 16-03-2020

  13. BÜDCƏDƏN SİMONYANLARA AXAN MİLYARDLAR... – Navalnı Putinin erməni cütlüyünə “sevgisinin” sirlərini ifşa etdi / VİDEO

    Rusiyada Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı adətən özünün ifşaedici videolarını onlar internetə çıxanadək məxfi saxlaya bilir.

    Muxalifet4 - 16-03-2020

  14. MANAT VƏ BÜDCƏ ÜÇÜN HANSISA TƏHLÜKƏ VARMI? – İqtisadçı ekspertlərin şərhi

    Əli Məsimli: "Ölkənin “təhlükəsizlik yastığı” kifayət qədər qalın olduğuna görə devalvasiya təhlükəsi yoxdur"

    Azər Mehtiyev: "Əgər qiymətlər aşağı səviyyədə qısamüddətli olarsa, dövlət büdcəsində ciddi problemlər yaratmaz"

    Muxalifet4 - 16-03-2020

  15. Ayətullanın ətəyindən öpməyi şərəf bilənlər… - VƏ YAXUD BAKI BİRLİK TƏŞKİLATININ SƏDRİNİ İRANLA NƏ BAĞLAYIR?

    Ötən həftə mətbuatda Bakı Birlik Təşkilatı (BBT) adlı yeni bir qurumun yaradıldığı haqda informasiya verildi. Təbii ki, bir bakılı kimi bu informasiya diqqətimi cəlb etməyə bilməzdi. Odur ki, dərhal bu təşkilatın kimlər tərəfindən və hansı məqsədlə yarandığı ilə maraqlandım...

    Muxalifet4 - 16-03-2020

  16. Koronavirusun yayıldığı laboratoriya ilə bağlı yeni fakt aşkarlandı – 35 yaşlı çinli alim 2 il əvvəl nəyi araşdırırmış?

    Hələ 2018-ci ildə Vuhan Virusologiya İnstitutunda (Çin) yarasalar üzərində aparılan təcrübələrlə və onların orqanizmində tapılan qeyri-adi virusların tədqiqatı ilə fəxr edirdilər.

    O zaman bu təcrübələr haqqında məlumatı dövlət informasiya agentliyi olan “Sinxua” nəşr etmişdi. Yeni koranavirusun yayılmasından sonra bəzi informasiya mənbələri bu institutu COVİD-19-un qaynağı adlandırdılar.

    Muxalifet4 - 16-03-2020

  17. “Bahalı neft dövrü arxada qalıb, ucuz neft dövrü başlanır” - ƏLİ MƏSİMLİ

    Muxalifet.az Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimlinin “Dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması, bunun səbəbləri, doğuracağı nəticələr, Azərbaycana mümkün təsirləri” və digər mövzularda Azpolitika.info-ya verdiyi müsahibəni oxucularına təqdim edir:

    - Əli müəllim, dünya neft bazarında mənfiyə doğru baş verən son dalğalanmanı necə şərh etmək olar, sizcə, bu nəyin əlamətidir?

    Muxalifet4 - 16-03-2020

  18. İsraildə koronavirusa yoluxanların sayı 250 nəfərə çatdı - MÜƏSSİSƏLƏR BAĞLANDI

    İsrailin Səhiyyə Nazirliyi ölkədə yeni tipli koronavirusa yoluxanların sayının 250 nəfərə çatdığını bildirib.  Xəstələrdən 5-nin vəziyyəti ağırdır. 4 nəfər isə xəstəlikdən sağalıb.

    Ölkədə koronavirusa qarşı tədbirlər çərçivəsində bağçalardan başqa, bütün təhsil müəssisələrində dərslər dayandırılıb, qapalı və açıq sahələrdə 100 nəfərdən artıq insanın iştirak edəcəyi tədbirlər qadağan edilib.

    Market, aprek, yanacaqdoldurma məntəqələri və banklar istisna olmaqla, bir çox ticarət müəssisələrinin də dünəndən etibarən bağladılması qərara alınıb./Hurriyyet.org

    Muxalifet4 - 16-03-2020

  19. Bakıya giriş-çıxış bağlanır? - DEPUTATDAN AÇIQLAMA

    Milli Məclisdə Bakıya giriş-çıxışı məhdudlaşdıran qanunun hazırlacağı haqda məlumat yayılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa Teleqraf.com-a açıqlama verib.

    Onun sözlərinə görə, hələlik bu haqda dəqiq məlumat yoxdur: “Qərarın qəbul olunması ehtimalı var. Bütün hallarda qaydalar sərtləşdiriləcək.

    Muxalifet4 - 16-03-2020

  20. DİQQƏT: Koronavirus 2018-ci ildə bu serialda eynilə təsvir olunubmuş - ŞOK VİDEO

    Koronavirus hazırda dünyada sürətlə yayılmağa davam edir.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, bu virusla bağlı maraqlı fakt ortaya çıxıb.

    Belə ki, 2018-ci il istehsalı olan bir Cənubi Koreya serialında koronavirus ilə bağlı hazırda mövcud olan situasiya eynilə təsvir edilib. Serialın adı "My Secret Terrius"dir. 

    Muxalifet4 - 16-03-2020

Pages