Axtarış
The search found 105854 results in 0.03 seconds.
Search results
Mübariz Mənsimov həbs edildi - OFİSİNDƏ AXTARIŞ APARILIR / Yenilənib
Muxalifet.az-ın məlumatına əsasən, APA-ya açıqlamasında M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumatı təsdiqləyərək bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.
Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.
**
Türkiyədə, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində "Palmali" qrupunun yaradıcısı Mübariz Mənsimov tutulub.
Muxalifet4 - 15-03-2020
Türkiyəli aparıcılar Pərvizi "Survivor"dakı bu sözlərinə görə alqışladılar - VİDEO
Türkiyənin "TV8" kanalında yayımlanan "Survivor Ekstra" verilişində azərbaycanlı idmançı Pərviz Abdullayevdən danışılıb.
Belə ki, "Survivor 2020" yarışmasında iştirak edən həmyerlimizin performansı haqqında söhbət edilib.
Aparıcılar Pərvizin ən güclü iştirakçılardan biri olduğunu deyib. Həmyerlimiz dil problemi olduğu üçün komanda yoldaşları ilə dialoq qura bilmirdi.
Muxalifet4 - 15-03-2020
ABŞ və Fransadakı Azərbaycan vətəndaşlarına səfirliklərdən müraciət
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi hazırda bu ölkədə olan Azərbaycan vətəndaşlarına müraciət edib.
Muxalifet.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
“ABŞ-da fövqəladə vəziyyət elan olunduğunu nəzərə alaraq, ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarından Vaşinqton şəhəri və ya Los Anceles şəhərində yerləşən Azərbaycan Respublikasının müvafiq konsulluq bölmələrində qeydiyyata düşmələri xahiş olunur” - deyə, məlumatda qeyd olunub.
Muxalifet4 - 15-03-2020
İsti hava koronavirusu öldürəcəkmi?
Şimal yarımkürəsində artıq bahar yaxınlaşır. Qış keçdikcə bəziləri COVID-19 pandemiyasının da qışla birlikdə keçəcəyini gözləyir.
Prezident Donald Tramp ötən ay pandemiyanın aprel ayında, temperaturun istilənməyə başladığı vaxt başa çatacağını proqnozlaşdırmışdı.
Bəziləri isə spekulyasiya edir ki, tropik ərazilərdə koronavirusa yoluxma hallarının aşağı olmasına istilik və rütubət səbəb olub.
Bu mümkündür.
Lakin Corc Vaşinqton Universitetinin arboviroloqu Kristofer Mores deyir ki, “Buna çox arxalanmamaq lazımdır.”
Muxalifet4 - 15-03-2020
SON DƏQİQƏ: Gözlənilən gün çatdı - Türklər hərəkətə keçdi
Rusiya hərbçiləri türklərlə patrul fəaliyyətinə başlamaq üçün İdlibə gəlib.
Rusiya mətbuatı xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Moskva görüşündə əldə edilən razılaşmalar çərçivəsində M4 magistral yolunun Türkiyə ilə ortaq patruluna start verilib.
Hərbçilər Sərakib şəhərinin qərb hissəsində görüşəcək.
Hərəkəti təmin etmək üçün magistral yolun şimal və cənubda təhlükəsizlik dəhlizi yaradılıb.
Muxalifet4 - 15-03-2020
Baş nazirin müavini marketlərdəki vəziyyətə görə MÜRACİƏT ETDİ - Foto
"Azərbaycan hökuməti məhsul idxalını tam təmin edib".
Bunu AzTV-nin “Hədəf” verilişində Baş nazirin müavini Şahin Mustafayev deyib.
O, bildirib ki, Azərbaycanda ərzaqla bağlı ajiotaja əsas yoxdur:
"Bizdə olan məlumata görə, bu günlərdə marketlərdə ərzaqla bağlı ajiotaj yaranıb. Buradan bəyan edirəm ki, tədbirlər görülüb, yüklərin daşınması əvvəlki dövrlərə nisbətən azalmayıb, əksinə 30-40 faiz artıb.Muxalifet4 - 15-03-2020
Azərbaycanda qaydaları pozan obyektlərin fəaliyyətinə qadağa qoyulub - DİN
Azərbaycanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 21.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstəriblər.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat daxil olub.
Muxalifet4 - 15-03-2020
Bakıda küçələr koronavirusa görə dezinfeksiya olunur - FOTO
Bakıda koronavirus təhlükəsinə görə dezinfeksiya işləri davam edir.
Belə ki, bu gün Bakının küçə və prospektləri dezinfeksiya işləri aparılır. Küçələr və prospektlər avtomobillərlə virus əleyhinə olan məhlullarla dezinfeksiya edilir.
Muxalifet4 - 15-03-2020
İlon Mask 5.5 milyard dollar itirdi
“Tesla” şirkətinin rəhbəri İlon Mask dünya bazarlarındakı qeyri-stabillik səbəbindən 5.5 milyard dollar itirib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.
Qeyd edək ki, ötən həftə təkcə Mask üçün ağır olmayıb. Nəşrin məlumatına görə, son bir həftədə dünyanın ən zəngin 20 adamı 78 milyard dollar itirib. /Axar.az
Muxalifet4 - 15-03-2020
Ultravarlılar və onların avtomobilləri: “Rolls-Royce” , “Lamborghini” və digərləri... / FOTOLAR
Rusiya milyarderlərin sayına görə dünya reytinqinin ilk beşliyinə daxil olub. “Knight Frank”ın məlumatına görə, bu ölkədə il ərzində milyarderlərin sayı üç nəfər artaraq 103-ə çatıb. Rusiyada həmçinin daşınmaz əmlak da daxil olmaqla təmiz kapitalı 30 milyon dolları aşanvarlıların (ultrahayterlər) sayı da artıb. Hazırda ölkədə demək olar ki, 9 min belə insan var.
Muxalifet4 - 15-03-2020
ZAQATALADA DƏHŞƏTLİ İNTİHAR - Benzin töküb, özünü yandırdı
Zaqatala rayonunda kababçı özünü yandırıb.
Hadisə bu gün səhər saatlarında rayonun Tala çayının kənarında baş verib.
Rayonun Çökək kənd sakini, Həsən adlı şəxs üzərinə benzin tökərək özünü yandırıb.
O, hadisə yerində yanaraq ölüb. Özünü yandıran şəxsin kababçı işlədiyi bildirilir. Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 15-03-2020
"1 həftə, 10 gün yetəcək qədər bazarlıq etmək kifayətdir" - TANINMIŞ İQTİSADÇI VƏTƏNDAŞLARA MÜRACİƏT ETDİ
Nazirlər Kabinetinin son məhdudlaşdırıcı qərarlarından sonra yeni bir durum yaranıb. Bu yeni vəziyyətdə hər kəs məsuliyyətini dərk etməlidir.
Bizdə iqtisadi vəziyyətinin ağırlığı daha çoxdur, neft qiymətlərinin kəskin ucuzlaşması və uzun müddət aşağı səviyyətdə qalması ehtimalı koronavirus təhlükəsi ilə birləşdi - bu iqtisadi proseslərə daha ağır təsir göstərəcək.Muxalifet4 - 15-03-2020
ŞOK: Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir. Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb.
Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən son məlumata görə, Azərbaycan Respublikasında dörd yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Muxalifet4 - 15-03-2020
Koronavirusdan qorunmaq üçün inək sidiyi içirlər - FOTOLAR
Dünyanı təsiri altına alan koronavirüs epidemiyasına qarşı Hindistanda fərqli mübarizə aparılır.
Muxalifet4 - 15-03-2020
"VİRUSUN GENİŞ YAYILMA TENDENSİYASI DAVAM EDİR..." - Operativ Qərargah vətəndaşlara növbəti dəfə müraciət etdi
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah növbəti dəfə vətəndaşlara müraciət edib.
"Report" xəbər verir ki, müraciətdə vətəndaşlar diqqətli olmağa və qərargahın qəbul etdiyi qərarlara riayət etməyə çağırılıb:
Muxalifet4 - 15-03-2020
Gürcüstan və Rusiya arasında gediş-gəliş məhdudlaşdırıldı
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan etibarən Gürcüstan və Rusiya arasında vətəndaşların gediş-gəlişi müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə razılıq Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, senator Qriqori Karasin arasında aparılan telefon danışığı zamanı əldə olunub.
Məhdudiyyətlər yük daşımalarına şamil olunmayacaq. Tərəflər vətənə qayıtmaq istəyən vətəndaşlara şərait yaradacaqlar./Report
Muxalifet4 - 15-03-2020
Gürcüstanda koronavirusa 33-cü yoluxma təsdiqləndi
Gürcüstanda koronavirusa yoluxma ilə bağlı üç yeni hal təsdiqlənib.
Bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.
Bununla qonşu ölkədə koronavirus diaqnozu qoyulan pasiyentlərin sayı 33-ə çatıb.
Qeyd olunub ki, karantində 427, stasionar nəzarətdə isə 73 nəfər saxlanılır./Report
Muxalifet4 - 15-03-2020
Almaniyada Azərbaycan əsilli qadın yandırılaraq öldürüldü
Almaniyada Azərbaycan əsilli qadın hücuma məruz qalaraq öldürülüb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Radiobielefeld” xəbər verir.
Məlumata görə, hadisə Şimali Reyndə baş verib.
Muxalifet4 - 15-03-2020
İran və Azərbaycan XİN rəhbərləri koronavirus məsələsini müzakirə etdi
İranın xarici işlər naziri Məhəmçəd Cavad Zərif Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefonla koronavirus məsələsini müzakirə edib.
Telefon danışığında koronavirus epidemiyasının bölgədə və dünyada yayılması və ölkələrin bu virusla mübarizədə birgə əməkdaşlığı və yaxından əməkdaşlığının zəruriliyindən danışıblar.
Telefon danışığında İranın XİN başçısı Azərbaycan dövləti və xalqına İrana göstərdikləri yardımlara görə təşəkkür edib.
Sonda İran XİN başçısı bu ağır günlərin geridə qalacağına ümid etdiyini bildirib./apa
Muxalifet4 - 15-03-2020
Mənim həyat hekayəm: mən necə dəli oldum? - ORXAN BAHADIRSOY YAZIR...
Ürəyim bulanır. Başım gicəllənir. Bu ifadəni də tez-tez eşidirdim və düşünürdüm ki, başın gicəllənməsi, görəsən, necə olur? “Baş dönməsi”, “baş fırlanması” ilə “baş gicəllənməsi”nin eyni şey olduğunu zənn edirdim. Mən sonradan anladım ki, bunlar bir-birindən fərqli anlayışlar imiş.
Muxalifet4 - 15-03-2020