Rusiya ordusunda tibbi maskaların istifadəsinə başlandı - FOTO
15-03-2020 01:10
Baxış sayı:
2905
Rusiya ordusunun əsgərləri koronavirusla mübarizə tədbirləri çərçivəsində tibbi maskalardan istifadə etməyə başlayıb.
Bu barədə “HaberGlobal” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Müdafiə Nazirliyi həmçinin, COVID-19 yeni tip koronavirusla mübarizə tədbirləri çərçivəsində hərbi hissələrə daxil olan və çıxan nəqliyyat vasitələrinin dərmanlandığını, bəzi əsgərlərin nüvə fəlakətləri zamanı istifadə olunan qoruyucu geyimlər geyindiyini qeyd edib.