Axtarış

The search found 105854 results in 0.167 seconds.

Search results

  1. Arxa oturacaqda da sərnişin kəmər taxmalıdır: Cərimə olunacaqlar - RƏSMİ

    "Son günlər respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzalar nəticəsində ölən və xəsarət alanların əksəriyyəti istismar müddəti çox olan, müasir təhlükəsizlik elementləri ilə təchiz edilməmiş köhnə avtomobillərin sürücüləri və sərnişinləridir".

    Muxalifet.az "Yeni Sabah"a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

    Muxalifet4 - 14-03-2020

  2. Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı sağaldı

    Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu 50 yaşlı azərbaycanlı sağalıb.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

    Onun sözlərinə görə, pasiyent 24 saat ərzində həkim nəzarətində saxlanılacaq və təkrar analizdən sonra evə buraxılacaq.

    Muxalifet4 - 14-03-2020

  3. 75 konqresmendən Azərbaycana qarşı erməni təxribatı - Bakıdan SƏRT REAKSİYA

    ABŞ-ın Ermənistana 100, separatçı rejimə 1.5 milyon dollar yardım göstərməsi xahiş olunur; politoloqlar təxribatı önləməyin yolunu göstərdilər...
     

    Muxalifet4 - 14-03-2020

  4. Azərbaycanlı Rahib özünü polis kimi təqdim etdi, özbək Gülşənoyu yerdə sürüdü - VİDEO

    İstanbulda özünü polis kimi təqdim edən Azərbaycan vətəndaşı küçədən keçən özbək qadından sənəd tələb edib. Daha sonra onun çantasını alaraq qaçmağa çalışıb.

    Muxalifet4 - 14-03-2020

  5. Bakıda bankın pulunu ödəməkdən yayınan iş adamına cinayət iş açıldı

    “Əmrahbank” ASC-nin Bakıxanov filialından götürdüyü kredit borcunu qəsdən ödəməkdən yayınan iş adamına cinayət işi açılıb.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Taryel Məmmədovun barəsində Cinayət Məcəlləsinin 196.1-ci (məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.

    Taryel Məmmədovun cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

    Muxalifet4 - 14-03-2020

  6. Zelenski koronavirusa görə xalqa müraciət etdi - VİDEO

    Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusun yayılması ilə bağlı ölkə vətəndaşlarına video-müraciət ünvanlayıb.

     Video-müraciət dövlət başçısı ofisinin Telegram kanalında yayımlanıb.

    V.Zelenski xatırladıb ki, martın 16-dan etibarən əcnəbilər Ukraynaya gələ bilməyəcəklər, istisnalar isə yalnız ölkə ərazisində daimi və ya müvəqqəti yaşayış hüququ olan insanlar üçün ediləcək.

    Muxalifet4 - 14-03-2020

  7. “Bu vəziyyətdə ölkədə işsizlik və sosial gərginlik arta bilər” – QUBAD İBADOĞLU

    “Bu gündən Azərbaycanda xüsusi koronavirus rejimi tətbiq edilir. Düzgün qərardır. Təki ömrü az olsun. Həyat, təhsil, biznes öz axarına tez qayıtsın. Xalqımız bu sınaqdan da sağlam qurtulsun. Yeni rejimin tələblərinə görə, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir”.
    Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

    Muxalifet4 - 14-03-2020

  8. “Koronavirusdan qorunmuram, qabağıma çıxanı öpürəm” – DEPUTAT

    “Koronavirusdan qorunmuram. Məncə, panika yaratmağa ehtiyac yoxdur. Ürəyim istəyən dostlarımla görüşür, qabağıma çıxanı bağrıma basıb öpürəm”.

    Muxalifet4 - 14-03-2020

  9. "Tədrisin dayandırılması haqda qərar hamıya aiddir" - REPETİTORLARA XƏBƏRDARLIQ

    Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq və bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sabahdan ölkə ərazisində xüsusi rejim tətbiq olunacaq. Bundan əvvəl isə bütün təhsil müəssisələrində tədris martın 3-dən 27-nə qədər dayandırılmışdı.

    Muxalifet4 - 14-03-2020

  10. Türkiyə İraqın şimalında əməliyyat keçirdi - TERRORÇULAR ZƏRƏRSİZLƏŞDİRİLDİ

    Türkiyənin Milli Müdafiə Nazirliyi İranın şimalındakı Metina məntəqəsində olduğu aşkar edilən 11 nəfər PKK terrorçusunun havadan dəstəklənən əməliyyatlarla zərərsizləşdirildiyini bildirib.

    Müdafiə Nazirliyinin “Tvitter” hesabındakı açıqlamasında deyilir: “Separatçı terror təşkilatı PKK-nın İraqın şimalındakı Metina bölgəsində kəşfiyyat və nəzarət vasitələri ilə aşkar edilən 11 nəfər üzvü keçirilən havadan dəstəkli əməliyyatlarla zərərsizləşdirilb. Terror təşkilatının bütün hinləri başlarına yıxılacaq”./Hurriyyet.org

    Muxalifet4 - 14-03-2020

  11. Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı - RƏSMİ AÇIQLAMA

    Koronavirus (COVİD-19)  infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılıblar.
     
    Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb.
     
    Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır./apa

    Muxalifet4 - 14-03-2020

  12. Kibercinayətkarlar bu yola da əl atdılar… - KORONOVİRUS XƏRİTƏSİNDƏN İSTRİFADƏ EDİB…

    E-poçt üzərindən fişinq kampaniyasından sonra kibercinayətkarlar insanların koronovirusla bağlı qorxularından sui-istifadə etmək məqsədilə hədəf olaraq koronovirus xəritələrini seçib.
    Elektron Təhlükəsizik Xidmətinin yaydığı məlumata əsasən, bir çox təşkilatlar, o cümlədən “John Hopkins” Universiteti tərəfindən ölkələr üzrə koronovirusla bağlı ən son statistik məlumatları insanlarla paylaşmaq məqsədilə koronovirus xəritələri/məlumat lövhələri yaradılıb.

    Muxalifet4 - 14-03-2020

  13. Azərbaycan nefti bahalaşdı - SON QİYMƏT...

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,79 ABŞ dolları, yaxud 2,44% artıb.

    Publika.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 33,14 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

    Muxalifet4 - 14-03-2020

  14. Azərbaycan-Gürcüstan sərhədində xüsusi dəhliz yaradıldı

    "Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan-Gürcüstan istiqamətində nəqliyyat vasitələrinin məhdudlaşdırılması 10 gün ərzində həyata keçiriləcək. Gürcüstan və Azərbaycan sərhədində yaradılmış xüsusi dəhliz də bu müddətdə fəaliyyət göstərəcək".

    Muxalifet.az xəbər verir ki, bunu “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

    Muxalifet4 - 14-03-2020

  15. Qar, güclü külək, yağış - SABAHIN HAVASI

    Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 15-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Gün ərzində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 6-9° isti, gündüz 13-15° isti olacaq.

    Muxalifet4 - 14-03-2020

  16. Ариф Алиев: «Иногда возникают ситуации, когда свобода слова вынужденно ограничивается»

    Коронавирус продолжает «победное» шествие по всем странам мира. Практически все государства мира бьют тревогу, объявляют карантины, вводят особые режимы и прочие меры безопасности.

    Muxalifet4 - 14-03-2020

  17. Azərbaycan-Türkiyə sərhədi müvəqqəti bağlandı - PREZİDENTLƏR RAZILIĞA GƏLDİ

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

    Muxalifet.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.

    Muxalifet4 - 14-03-2020

  18. “PANİKAYA HEÇ BİR ƏSAS YOXDUR” - Mikayıl Cabbarov mağazalarda kütləvi ərzaq alışı haqda danışdı / VİDEO

    “Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən, qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur”.

    Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib.

    Nazir qeyd edib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur.

    Muxalifet4 - 14-03-2020

  19. Bakıdan 5 şəhərə uçuşlar dayandırılır - OPERATİV QƏRARGAHDAN AÇIQLAMA

    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVID-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğu nəzərə alınaraq, COVID-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Almatı-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Muxalifet4 - 14-03-2020

  20. Bakıda müəllim koronavirusa klip çəkdi - VİDEO

    Türkiyənin Ərzurum şəhərindən olan Səmih İpək Bakıda koronavirus infeksiyasına mahnı həsr edərək klip çəkdirib.

    Klipdə Azərbaycanda təhsil alan çinli tələbələr də iştirak ediblər.

    Mahnının yaradılmasında məqsəd insanlara virusdan qorxmamaq və ona qarşı birlikdə mübarizə aparmaq mesajlarını verməkdir. Klipdə çinli tələbələr "Bəşəriyyət koronanı məğlub edəcək" deyirlər.

    Qeyd edək ki, S.İpək Bakı Atatürk Liseyində Türk dili müəllimi işləyir.

    Muxalifet4 - 14-03-2020

Pages