Koronavirusa görə bağlanan KƏBƏDƏ İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO

Məkkə şəhərində yerləşən Kəbədə diqqətçəkən görüntülər lentə alınıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, koronavirusa görə dezinfeksiya işləri ilə bağlı müvəqqəti bağlanan Kəbənin üzərində əbabil quşlarının uçduğu müşahidə edilib. Quşlar sürü şəklində Kəbənin üzərində dəfələrlə dövrə vurublar.

Bu hadisə isə dini saytlarda “Allahın evi boş qalmaz. İnsanlar təvaf etməsələr, quşlar təvaf edər” deyimi ilə təqdim olunub. Qeyd edək ki, əbabil quşlarından Quran kitabında bəhs edilir.