Şəhərsalmada baş verən pozuntu halları

Baxış sayı:
2575

Azərbaycanda ötən il 2 minə yaxın tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin pozulması halı qeydə alınıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alıb, onların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlayıb.
 Müxalifet.az xəbər verir ki, bu barədə Komitənin sədri Anar Quliyev qurumda keçirilən geniş kollegiya iclasında məlumat verib.
 Onun sözlərinə görə, tikintilərin dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə Komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə ümumilikdə 255 inzibati xəta ilə bağlı protokollar tərtib edilib.