Axtarış

The search found 105849 results in 0.046 seconds.

Search results

  1. “Zəlzələdən zərərçəkmiş hər kəsə lazımi köməklik göstəriləcək” - ƏRDOĞAN

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda zəlzələ nəticəsində ölən Ayşe Civelek və 10 yaşlı oğlu Məhəmməd Salihin vida mərasimində iştirak edib.

    “Anadolu” xəbər verir ki, dövlət başçısı mərasimdə çıxış edib. 

    Muxalifet4 - 25-01-2020

  2. “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” - Paşinyandan SENSASİON AÇIQLAMA

    Ermənistan baş naziri Nikol Paşinyan Qafanda mətbuat konfransı keçirib.

    Ermənistan KİV-i yazır ki, o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə toxunub. Paşinyan Serj Sarkisyan hakimiyyəti dövründə danışıqlar masasında olan sülh sazişinin detallarını bölüşüb.

    Muxalifet4 - 25-01-2020

  3. Ölümcül virus bu bazardan yayılıb – FOTO

    Sosial şəbəkələrdə Çinin Uxan şəhərində dəniz məhsulları bazarının fotoşəkli yayımlanıb. İlkin ekspert qiymətləndirmələrinə görə, yeni növ koronavirusa yoluxma məhz burdan başlayıb.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Şəkli paylaşan “Twitter” istifadəçisi @muyixiao, dükanlardan birini qırmızı dairəyə alaraq “vəhşi” mənasına gələn son heroqlifin qaralandığını bildirib.

    İstifadəçi bu görüntünün koronavirus səbəbiylə xəstəliyin başlaması haqqında məlumat aldıqdan sonra çəkildiyini vurğulayıb.

    Muxalifet4 - 25-01-2020

  4. Canlı yayıma hazırlaşan üç nazirin zəlzələyə reaksiyası – VİDEO

    Türkiyədə bir neçə nazir təbii fəlakətlə bağlı canlı yayımda açıqlama verməyə hazırlaşarkən zəlzələ baş verib. Həmin anlar kameralar tərəfindən qeydə alınıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Bildirilir ki, DİN rəhbəri Süleyman Soylu, Ətraf Mühit və Urbanizasiya naziri Murat Kurum və Səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsinə baxış keçiriblər, sonra isə açıqlama vermək üçün valilik binasına gəliblər. Canlı yayıma hazırlaşarkən isə yenidən yeraltı təkanlar başlayıb.

    Muxalifet4 - 25-01-2020

  5. Dağıntılar altından ümid səsi: “Əzizə, hamını söhbətə tut, heç kim yatmasın” - VİDEO

    Türkiyənin Elazığ vilayətində zəlzələ zamanı dağıntılar altında qalan qadının telefon danışığı yayılıb.

    Bu barədə “HaberGlobal” video yayımlayıb.

    Bildirilir ki, dağıntılar altında qalan Əzizə adlı qadınla xilasetmə xidmətinin əməkdaşı arasında telefon rabitəsi yaradılıb.

    Həmin şəxs Əzizədən dağıntılar altında qalanları danışdırmasını istəyib:

    “Əzizə, hamını söhbətə tut, heç kim yatmasın. Qorxmayın, hamımız yuxarıdayıq”./Oxu.az

    Muxalifet4 - 25-01-2020

  6. “Olduqca ciddi vəziyyətlə üz-üzəyik” - Prezidentdən ölümcül virusla bağlı ŞOK XƏBƏRDARLIQ

    “Olduqca ciddi vəziyyətlə üz-üzəyik”.

    Bu sözləri Çin prezidenti Sİ Çinpin deyib.

    Yeni tip koronavirusla bağlı yerli xəbər agentliklərinə açıqlama verən prezident virusun yayılmasının sürətləndiyini qeyd edib. Lakin virusa qarşı başladılan savaşda qalib gələ biləcəklərini də vurğulayıb.

    Qeyd edək ki, yerli media virusa yoluxan xəstələri müalicə edən 62 yaşlı həkim Lianq Vudonqun dünyasını dəyişdiyini xəbər verib.

    Ölkədə məktəb və universitetlər 17 fevrala qədər bağlı olacaq./Publika.az

    Muxalifet4 - 25-01-2020

  7. İran Suriyada "Mehdi Aslanları" adlı silahlı təşkilat qurdu

    İran, Iraq və Əfqanıstandan olan, muzdlu döyüşçülərdən ibarət döyüşçü qrup təşkil edərək, Bəşər Əsəd rejiminə dəstəyini artırdı.
    Muxalifet.az bildirir ki, Anadolu Ajansı yerli mənbələrə istinadla bu barədə məlumat verib. Silahlı qrup "Mehdi Aslanları" adlandırıldı.
    Suriya mənşəli şiələrin də qrupa qoşulması ilə silahlıların sayı 200-ə çatdı.
    Hama vilayətində hərbi təlimlərini bitirən silahlılar, İranın dəstəklədiyi terrorçu qrupların çox olduğu Deyrizordakı Elbukamal çölünə və İraq-Suriya sərhədinə göndərildi.

    Muxalifet3 - 25-01-2020

  8. Putin Ərdoğana başsağlığı mesajı göndərdi

    Rusiya prezidenti Vladimir Putin, Elazığdakı zəlzələ münasibəti ilə prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı göndərdi.
    Putin, "Rusiya, bu fəlakət nəticəsində ailə və yaxınlarını itirənlərin kədərlərlərini paylaşır, yaralıların tez zamanda sağlığına qovuşmalarına ümid edir" , deyə ifadə etdi.
    Muxalifet.az

    Muxalifet3 - 25-01-2020

  9. ABŞ "koronavirus" səbəbi ilə hərəkətə keçdi

    ABŞ-ın Çinin Vuhan şəhərindəki vətəndaşlarını və diplomatlarını, koronavirusu (2019-nVoC) epidemiyası səbəbilə ölkədən çıxaracağı bildirildi.
    “Wall Street Journal” qazetinin xəbərində, ABŞ hökumətinin, bazar günü koronavirus epidemiyasının təsiri altında olan Vuhana göndərəcəyi təyyarə ilə vətəndaşlarını Çindən çıxaracağı qeyd edildi. 
    Təyyarədə, tibbi personalın da olacağı barədə məlumat paylaşılarkən, Vuhanda təxminən min ABŞ vətəndaşı olduğu təxmin edilir.
    Xəbərdə, ABŞ-ın Vuhandaki konsulluğunu müvəqqəti olaraq bağlamağı planladığı bildirildi.

    Muxalifet3 - 25-01-2020

  10. Türkiyədə zəlzələ qurbanlarının sayı 29 nəfərə çatıb - 1466 NƏFƏR XƏSARƏT ALIB

    Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində azı 29 nəfər həlak olub, daha 1466 nəfər yaralanıb.

    Bu barədə TRT telekanalı Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər üzrə İdarəsinə istinadən məlumat yayıb.

    Telekanalın məlumatına görə, xilasedicilər dağılmış evlərin uçqunları altından azı 43 nəfəri xilas ediblər.

    Daha əvvəl təbii hadisə nəticəsində 22 nəfərin həlak olduğu, 1243 nəfərin xəsarət aldığı bildirilirdi.

    Muxalifet4 - 25-01-2020

  11. “Facebook”un işində NASAZLIQ: Yeniləmək mümkün olmur

    Azərbaycan da daxil olmaqla dünyanın bir sıra ölkələrində “Facebook” sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

    Publika.az xəbər verir ki, istifadəçilər daha çox xəbər lentində problemlə qarşılaşıblar. Belə ki, xəbər lentini bir müddət yeniləmək mümkün olmayıb.

    Problem daha çox ABŞ-da, Fransada, Polşada, Belçikada və Böyük Britaniyada qeydə alınıb.

    Muxalifet4 - 25-01-2020

  12. “Cəmiyyətin bir hissəsi pensiya yaşının artırılmasını istəyir” - YAP-çı deputatdan QALMAQALLI AÇIQLAMA

    “Müəyyən kateqoriya qruplar üçün pensiyaya çıxmaqla bağlı yaş həddini azaltmaq olar. Bu, mənim düşüncəmdir, 3 və daha çox uşağı olan anaların pensiya yaşını azaltmaq, güzəştli pensiyaya çıxmaq kateqoriyasındakı şəxslərin sayını artırmaq olar”.

    Muxalifet.az-ın xəbərinə görə, bunu deputat, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə deyib.

    Muxalifet4 - 25-01-2020

  13. Etibar Pirverdiyevin Gürcüstanda biznesi üzə çıxdı - HƏYAT YOLDAŞININ ADINA OLAN SƏNƏDLƏR VƏ...

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin həyat yoldaşı, Bakının Ə.Naxçivani küçəsində qeydiyyatda olsn 1964-cü il təvəllüdlü Pərvanə Pirverdi Həcəmməd qızı Gürcüstanda fəaliyyət göstərən ESKO LTD şirkətinin 3 təsisçisindən biridir.

    Muxalifet4 - 25-01-2020

  14. Elazığda yenidən zəlzələ baş verdi

    Qəndilli Rəsədxanası və AFAD-ın verdiyi məlumata görə, saat 19.30-da Elazığ Sivricedə yenidən 5.1 bal gücündə zəlzələ baş verib. 5.1 gücündəki zəlzələdən sonra 3.1, 4.4, 4.3, 4.1, 4.3 bal gücündə olmaqla yenidən zəlzələlər təkrarlanıb.
    Fövqəladə Hallar Nazirliyinin (AFAD) internet saytında yerləşdirilən məlumata görə, saat 19.30- dakı zəlzələ yerin təxminən 15,71 kilometr dərinliyində meydana gəlib.
    Muxalifet.az

    Muxalifet3 - 25-01-2020

  15. Azərbaycan xilasediciləri ELAZIĞDA – Türkiyəyə qardaş dəstəyi

    Türkiyənin Elazığ bölgəsində baş vermiş dəhşətli zəlzələnin yaratdığı dağıntıların nəticələrini aradan qaldırmaq üçün Azərbaycanda xilasedicilər heyəti bölgəyə yola düşüb.
    Muxalifet.az xəbər verir ki, azərbaycanlı xilasediciləri daşıyan təyyarə Elazığ aeroportunda yerə enib.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubu Elazığda baş vermiş güclü zəlzələilə bağlı bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

    Muxalifet3 - 25-01-2020

  16. “Azərbaycanın normal seçki keçirmək vaxtı gəlib çatıb” - HƏSRƏT RÜSTƏMOV

    Müsahibimiz Azərbaycan Demokrat Partiyasının (ADP) 14 saylı Xəzər seçki dairəsindən deputatlığa namizədi Həsrət Rüstəmovdur. Partiyanın sədr müavini ilə söhbətimizdə ölkədəki seçki öncəsi vəziyyəti müzakirə etdik.

    - Həsrət bəy, növbədənkənar parlament seçkilərinə qatılmaqda əsas hədəfləriniz nədir?

    Muxalifet4 - 25-01-2020

  17. Daşaltı əməliyyatından 28 il ötür - 90 NƏFƏRİ İTİRMİŞDİK...

    Bu gün Azərbaycan Ordusunun keçirdiyi, lakin uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı"ndan 28 il ötür.

    Xatırladaq ki, əməliyyat Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

    Muxalifet4 - 26-01-2020

  18. “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” - Çindəki azərbaycanlı FƏRYAD EDİR / FOTO

    Çində yayılan koronavirus təhlükəsi ölkənin Hubey vilayətinin on üç şəhərində karantin elan edilməsi ilə nəticələnib.

    Karantin elan edilən ərazilərdə azərbaycanlı tələbələr də var və onlar ölkəyə qayıda bilmir.

    Muxalifet.az xəbər verir ki, mövcud durumla bağlı modern.az-a danışan Çinin karantin elan edilmiş Vuhan şəhərində yaşayan doktorantura tələbəsi Leyla Quliyeva övladının xəstəliyə yoluxacağından çox narahat olduğunu deyir:

    Muxalifet4 - 26-01-2020

  19. Soyadı Süleymani olduğuna görə ABŞ-a buraxılmadı

    ABŞ polisi Kanada vətəndaşı olan bir iranlının Süleymani soyadını daşıdığı üçün sərhəddən keçməsinə icazə verməyib.

    Muxalifet4 - 26-01-2020

  20. 80 azərbaycanlı tələbə Türkiyənin zəlzələ zonasından Naxçıvana təxliyyə olundu - FOTO

    Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr iki avtobusla Naxçıvana yola düşüb.

    APA-nın məlumatında belə deyilir.

    Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədovun verdiyi məlumata görə, Elazığdan çıxan birinci avtobus yerli vaxtla saat 17:00-da Naxçıvan sərhədi istiqamətində yola çıxıb, avtobusda 41 tələbə olub:

    “İkinci avtobus Malatyadan 30 tələbəni götürüb Elazığa start alıb, orada 10-dək tələbəmizi də götürüb sərhədə doğru yola çıxacaq”.

    Muxalifet4 - 26-01-2020

Pages