Axtarış
The search found 105849 results in 0.028 seconds.
Search results
35 saylı Xətai üçüncü seçki dairəsinin sədrinin sirli istefası
35 saylı Xətai üçüncü seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib.
Muxalifet.az xəbər verir ki, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər səbəb olub. İ.Hüseynəliyev səhhəti ilə bağlı hospitala yerləşdirilib.Muxalifet3 - 25-01-2020
Zəlzələ ilə bağlı Türkiyədəki səfirliyimiz hərəkətə keçdi
Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı “qaynar xətt” yaradılıb.
Muxalifet.az səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.
Qaynar xətt: 00905526792565.
Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb.Muxalifet3 - 25-01-2020
Eçmiədzinin qanlı sirrləri-onları kim açır?
Artıq əsas geosiyasi oyunçuları və Vatikanı özündə cəmləşdirən Erməni Apostol Kilsəsinə (EAK) nəzarəti uğrunda ciddi mübarizənin getdiyi barədə müxtəlif vaxtlarda yazılmışdı. Xüsusilə, EAK uğrunda mübarizənin bəzi detalları “Eçmiədzin yeni “ağaların” əlinə keçməkdədir və Rusiya ilə Gürcüstana qarşı istifadə ediləcək” (http://kavkazplus.com/news.php?id=27150#.Xia1jzIzbIU) məqaləsində vurğulanmışdı.
Muxalifet3 - 25-01-2020
Koronavirus AVROPADA: dünya ölkələri hərəkətə keçdi
Çində ortaya çıxan və sürətlə yayılan yeni koronavirusun Fransada daha bir daşıyıcısı aşkarlanıb.
Müxalifet.az xəbər verir ki, ölkənin səhiyyə naziri Anyes Büzen məlumatı təsdiqləyib.
3-cü xəstə Bordeauks şəhərində xəstəxanaya yerləşdirilib.Muxalifet3 - 25-01-2020
Kremlin "boz kardinal"ı istefa verdi
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov dövlət qulluğundan istefa verib.
“İnterfaks” xəbər verir ki, bu barədə Siyasi Konyunktura Mərkəzinin direktoru Aleksey Çesnakov məlumat verib.
Çesnakov qeyd edib ki, bu qərar Ukrayna istiqamətində gedişatın dəyişməsi ilə əlaqədar verilib. Surkov bu addımın səbəbləri və gələcək planları barədə bir ay ərzində məlumat verəcəyinə söz verib.
“Növbəti ay ərzində meditasiya ilə məşğul olacaq”, - deyə Çesnakov öz Telegram kanalında bildirib.Muxalifet3 - 25-01-2020
Təyyarə təcili eniş etdi-BOMBA HƏYACANI
“Latam Airlines” aviaşirkətinin Lima-Hulyaka reysini həyata keçirən təyyarəsi göyərtəsində bomba olması xəbərdarlığından sonra Perunun Pisko şəhərinin hava limanında təcili eniş edib.
Müxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təcili eniş etmək barədə qərarı hava gəmisinin kapitanı təlimata müvafiq olaraq verib. Təyyarənin uğurla eniş edib və göyərtəsindəki 118 sərnişin hava limanının binasına aparılıb.Muxalifet3 - 25-01-2020
BMT rəhbərliyi: Whatsapp-dan istifadə etməyin təhlükəli oldugunu dedi
BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak mühüm açıqlama ilə çıxış edib.
Müxalifet.az bildirir ki, o, BMT rəhbərliyinin “WhatsApp” messencerindən iş yazışmaları üçün istifadə etmədiyini deyib.
BMT nümayəndəsinin sözlərinə görə, tətbiq "qorunmayan rabitə mexanizmi" kimi qiymətləndirilib.
“Hazırda BMT-nin yüksək rəhbərliyinə WhatsApp-ı etibarlı ünsiyyət mexanizmi kimi istifadə etməmələri tövsiyə edilib. Yəni ola bilməz, düşünmürəm ki, baş katib Antonio Quterreşin bundan istifadə etsin", - Fərhan Hak deyib.Muxalifet3 - 25-01-2020
Salyanda polis qıza təcavüz edib? - DİN-dən AÇIQLAMA
Muxalifet.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun "Report"a müsahibəsini təqdim edir:
- Son günlər ölkə mətbuatının gündəmini zəbt etmiş Salyan məsələsi - polis əməkdaşı Həmzə Əzizovla vətəndaş Aytəkin Abıyeva arasında olan mübahisə haradan qaynaqlanır?
Muxalifet4 - 25-01-2020
YAP-ın 200-dən çox üzvü partiyadan çıxarıldı - ŞOK SƏBƏBLƏR
Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) 200-dən çox üzvü fərdi qaydada deputatlığa namizədliyini irəli sürüb, onların bir qismi partiyadan çıxarılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında YAP İcra katibinin müavini Siyavuş Novruzov bildirib.
Muxalifet4 - 25-01-2020
Azərbaycanlı məşhur 54 milyarda mənzil aldı - VİDEO
Rusiyada yaşayan azərbaycanlı videobloqer Hüseyn Həsənov aldığı daha bir evinin görüntülərini paylaşıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Moskvanın ən bahalı və elit məkanlarından birində və şəhərə möhtəşəm mənzərə açılan binada 200 kvadrat metrlik üçotaqlı mənzil alıb.
Təmirsiz vəziyyətdə aldığı yeni mənzilinin görüntülərini "Instagram” hesabının "Hekayə” bölməsində paylaşan bloqer tezliklə evə köçəcəyini bildirib. Bununla yanaşı, Hüseyn Həsənov eyni kompleksdə anasına da mənzil alıb.
Muxalifet4 - 25-01-2020
İnsanların ölümsüzlük əldə etməsinə 22 il qalıb - “Google” rəsmisindən ŞOK PROQNOZLAR
“Google" şirkətinin Texniki Direktoru Rey Kurtsveylin "Gələcəkdə bizi nə gözləyir?" mövzusunda proqnozunu açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, onun proqnozlarına görə, gələcək utopiyadan fərqlənməyəcək:
2020 – Kompüterin hesablama gücü insan zəkası ilə müqayisə olunan səviyyəyə çatacaq.
2021 – Simsiz internetə çıxış Yer kürəsi əhalisinin 85 faizini əhatə edəcək.
2022 – ABŞ və Avropada insanların robotlarla münasibətini tənzimləyən qanunlar qəbul ediləcək.
Muxalifet4 - 25-01-2020
Türkiyədə zəlzələ qurbanlarının sayı 21-ə çatdı- MİN NƏFƏRDƏN ÇOX YARALI VAR
Türkiyədə baş vermiş zəlzələdə ölü və yaralıların sayı durmadan artır.
Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 21-ə, yaralıların sayı 1030 nəfərə çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi yayıb.
Muxalifet4 - 25-01-2020
"Zəlzələdə zərərçəkənlərə kömək edirik, səfirlik bizimlə maraqlanmır" - AZƏRBAYCANLI TƏLƏBƏ
Türkiyənin Elazığ bölgəsində baş verən zəlzələ ilə əlaqədar olaraq orada təhsil alan azərbaycanlı tələbələr əziyyət çəkir.
Dünən Axşam saatlarında 6.8 bal gücündə baş verən zəlzələdən sonra imtahanlar ləğv edilib.
Mövcud durumla bağlı Modern.az-a danışan Elazığı bölgəsinin Fırat universitetində təhsil alan tələbə, tanınmış jurnalist Elnarə Kərimovanın oğlu Araz Zamani Azərbaycanın Türkiyədəki səfirliyinin onlarla maraqlanmadığını deyir:
Muxalifet4 - 25-01-2020
Zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr təyyarə ilə Bakıya gətiriləcəklər - TÜRKİYƏDƏKİ SƏFİRLİYİMZDƏN AÇIQLAMA
Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr avtobuslarla Naxçıvana aparılacaq.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, tələbələr daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.***
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyəsinə başlanılıb”.Muxalifet4 - 25-01-2020
Bıçaqla hədələyib avtomobilini əlindən aldılar - İKİ NƏFƏR TUTULDU, DİGƏRİ AXTARILIR
Bakı sakininə bıçaqla hədə-qorxu gəlinərək avtomobili əlindən alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər sakini E.Həmidov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək yanvarın 22-də “Ford” markalı avtomobilinə oturmuş 3 nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu 1000 manatı geri qaytardıqdan sonra verəcəklərini bildirib.
Muxalifet4 - 25-01-2020
Ərdoğan proqramını ləğv edib, zəlzələ bölgəsinə yolda düşdü - FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş proqramında dəyişiklik edib.
Muxalifet.az xəbər verir ki, prezident ötən gün 6,8 bal gücündə zəlzələnin dağıntılar törətdiyi Elazığ şəhərinə gedib.
İstanbuldakı tədbirlərə qatılmayan Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop müşayiət edir.
Qeyd edək ki, zəlzələ nəticəsində 22 nəfər dünyasını dəyişib, 1030 nəfər xəsarət alıb. 40 nəfər dağıntılar altından çıxarılıb, 21 nəfərin isə axtarışları davam etdirilir./Publika
Muxalifet4 - 25-01-2020
Dağıntının altından sağ çıxarılan ana görün NƏLƏR DEDİ - VİDEO
Türkiyənin Elazığ vilayətində baş verən 6,8 bal gücündəki zəlzələdən sonra dağıntı altında qalan vətəndaşların xilasetmə əməliyyatı həyata keçirilir.
Publika.az xəbər verir ki, xilas edilən yaralı bir ananın bu sözləri anbaan kameraların yaddaşına köçüb.
“Uşaqlarım nərdivanın yanında polad qapının altındadır, onları xilas edin”.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet4 - 25-01-2020
Koronavirusa yoluxanların sayı SÜRƏTLƏ ARTIR - Dünya qorxu içində
Çinin 25 vilayətində və bəzi muxtar şəhərlərində ən yüksək səviyyədə fövqəladə vəziyyət elan olunub.
Buna səbəb Vuhan şəhərində yayılmağa başlayan koronavirusa (2019-nCoV) yoluxanların sayında artımın baş verməsidir.
1,2 milyard insanı əhatə edən fövqəladə vəziyyət Çinin Dövlət Şurası və mərkəzləşdirilmiş qərargah tərəfindən icra olunur.
Qeyd edək ki, koronavirusa yoluxanların sayı 1330, ölənlərin sayı isə 41 nəfərə çatıb.
Virus 10-a yaxın ölkədə də təsbit olunub.
Muxalifet4 - 25-01-2020
Paşinyan 7 rayonun Azərbaycana qaytarılması barədə sənəddən danışdı - “ONLAR RAZILAŞSA DƏRHAL MASAYA QOYULACAQ...”
Ermənistan baş naziri Nikol Paşinyan bu gün Qafanda keçirdiyi mətbuat konfransında Qarabağ nizamlanmasına dair keçmiş prezident Serj Sərkisyanın ona qoyub getdiyi irsdən danışıb. O qeyd edib ki, bu yaxınlarda mətbuatda Serj Sərkisyanın dövründə aparılan danışıqlar zamanı masa üzərində olan sənəddən bir hissə dərc edilib.
“Əvvəlki hakimiyyətdən bu barədə hər hansı təkzib gəlmədi, ona görə də deyə bilərik ki, doğrudan da bizə belə irs qoyublar”,-Nikol Paşinyan belə deyib.
Muxalifet4 - 25-01-2020
Lukaşenkonu kənddə görüblər, odun doğrayanda... - FOTO
İnternetdə Belarus prezidenti Aleksandr Lukaşenkonun doğma kəndində çəkilmiş fotosu yayılıb.
Virtualaz.org xəbər verir ki, fotonu Lukaşenkonun mətbuat xidmətinə yaxın olan Telegram-kanalı yayıb. “Foto düz kəndin ortasında çəkilib, kənd sakinlərinin oraya girişi bağlanmayıb, təbiidir”,-fotonun altındakı qeyddə deyilir.
Fotoya əsasən Lukaşenko əlində balta odun doğrayır. Habelə məlumata görə o, kənd qəbiristanlığına da baş çəkib, ata-anasının məzarını ziyarət edib.
Muxalifet4 - 25-01-2020