Axtarış
The search found 105849 results in 0.169 seconds.
Search results
“31 NƏFƏR HƏLAK OLUB, 1607 NƏFƏR XƏSARƏT ALIB” - Ərdoğan zəlzələdə ölən və yaralananlar haqda danışdı
Zəlzələ nəticəsində indiyə qədər 31 vətəndaşımız həlak olub, 1607 nəfər də yaralanıb. 45 nəfər isə xilas edilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında keçirdiyi mətbuat konfransında deyib.
Muxalifet4 - 26-01-2020
Bakıdan Qəbələyə gedən avtobus qəzaya düşdü - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Trend-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında İsmayıllı yolunun Bilzan kəndi ərazisində qeydə alınıb.
Bakıdan Qəbələyə gedən "Mercedes-Benz" markalı sərnişin mikroavtobusu "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "VAZ 2106"da olan 2 nəfər ölüb, avtobusda olan 5 sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Muxalifet4 - 26-01-2020
BAKIDA SƏSSİZ VƏ RƏNGSİZ "TERROR" - "Hər gün 10 nəfər dəm qazından zəhərlənir"
Bu günlərdə sosial şəbəkələrdə Bakıda dəm qazından kütləvi zəhərlənmələrlə bağlı məlumatlar yayılıb. Bildirilir ki, son 1 gündə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə 40-50 nəfər gətirilib.
Muxalifet4 - 26-01-2020
Koronavirusa yoluxanların sayı 2002-yə çatdl - 56 NƏFƏR ÖLÜB
Çində koronavirusa yoluxanların sayı artıb.
Demokrat.az TASS-a istinadən xəbər verir ki, Çin Xalq Respublikası Regionlarının Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsinin məlumatına görə, koronavirusa yoluxanların sayı 2002 nəfərə çatıb. Xəstəlik həmçinin 56 nəfərin həyatına son qoyub.
Çin hakimiyyəti daha əvvəl 1975 nəfərin xəstəliyə yoluxması barədə xəbər yayıb.Muxalifet4 - 26-01-2020
Gömrük rüsumlarından sonra maşınların qiyməti qalxıb - AÇIQLAMA
Ötən ilin sonundan etibarən 2020-ci ildə maşın bazarında qiymətlərin artacağı barədə məlumatlar dolaşırdı. Səbəb isə Dövlət Gömrük Komitəsinin rüsumları artıracağı haqda məlumatlar yayması və hökumətə bununla bağlı təkliflər göndərməsi oldu. Belə ki, təkliflərdə istehsal ili 2013-cü ildən aşağı olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat rüsumunun yeni avtomobillərə nisbətən artırılması qeyd olunub.
Muxalifet4 - 26-01-2020
Amerika şirkəti “Aztelekom”u məhkəməyə verdi - 5 MİLYON MANAT TƏZMİNAT TƏLƏB OLUNUR
Amerika şirkəti olan və 20 ildir internet bazarında fəaliyyət göstərən Avirtel şirkəti "Aztelekom" MMC-ni məhkəməyə verib.
Muxalifet.az xəbər verir ki, bu barədə bizimyol.info-ya şirkətin hüquqşünası Qəzənfər Paşayev məlumat verib.
O qeyd edib ki, təmsil etdiyi şirkət haqsız rəqabət və süni inhisarçılıq fəaliyyətinin nəticəsi olaraq 10.000-dən artıq müştəri itirib.
Muxalifet4 - 26-01-2020
Türkiyə 8 nəfəri xilas edən bu qadından danışır - VİDEO
Türkiyənin Elazığ şəhərində yanvarın 24-də meydana gələn zəlzələdən sonra başladılan xilasetmə işləri bir çox anlarla yadda qalıb.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, “UMKE” adı verilən könüllülər dəstəsinə qoşulan tibb işçisi Əminə Kuştepe fədakarlığı ilə insanların rəğbətini qazanıb.
Belə ki, dağıntılar altında qalmış Əzizə adlı qadını xilas etmək üçün onunla dialoq aparan Əminə 8 nəfərin həyatını xilas edib. Yaddaşlarda “Əzizə…Əzizə…” çağırışı ilə qalan Əminə Kuştepenin qadınla bu dialoqu hər kəsi göz yaşlarına boğub:
Muxalifet4 - 26-01-2020
İRƏVANIN YENİ AĞASI - Rus bazasını "qara işi" yerinə yetirdikdən sonra birdəfəlik rədd edəcək...
Heç kimə sirr deyil ki, İranla ABŞ arasında "böyük müharibə"dən möcüzəvi şəkildə qaçmaq mümkün olsa da, bu ölkə ətrafında vəziyyətin kəskinləşməsi Gümrüdəki 102-ci Rusiya hərbi bazasının təchizatını şübhə altına alır.
Muxalifet3 - 26-01-2020
Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək
Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsinin inşası nəzərdə tutulub.
AzərTAc bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava məlumat verib.
Onun sözlərinə görə, yeni sərhəd-keçid məntəqəsinin tikilməsi ilə bağlı danışıqlar və layihələndirmə işləri davam edir.
Xidmət rəisi deyib ki, mövcud gömrük infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi ilə bağlı yeni planlar da var.Muxalifet3 - 26-01-2020
Bakıda məcburi köçkünlərin məskunlaşdığı poliklinikada yanğın olub
Bu gün saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev 78 ünvanında yerləşən köhnə poliklinika binasının ikinci mərtəbəsində yanğın baş verib.
Muxalifet3 - 26-01-2020
Ana yeni doğulmuş uşağını paltaryuyan maşında yudu
Rusiya Federasiyasının Talits şəhər sakini yeni dünyaya gəlmiş övladını paltaryuyan maşında “yuyub”. Bu barədə “E1” nəşri hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə çoxuşaqlı ailədə baş verib. Gecə vaxtı ər və üç uşaq yatdığı zaman qadının vaxtından əvvəl doğuş sancıları başlayıb. Dünyaya gətirdiyi uşağı paltaryuyan maşına atıb, işə salan qadın daha sonra iddia edib ki, övladı dünyaya ölü gəlib.Muxalifet3 - 26-01-2020
Uçuş zamanı yanan təyyarə İranda eniş edib
Uçuş zamanı yanmağa başlayan təyyarə İranda təcili eniş etməli olub. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Yanğın Qorqandan Tehrana uçan laynerin bortunda başlayıb. İlkin ehtimala görə, təyyarənin motorlarından biri yanıb.Pilotlar təyyarəni uğurla endirə biliblər. Təcili eniş zamanı xəsarət alan olmayıb.
Hələlik təyyarənin məxsus olduğu aviakompaniya və laynerdə olanların sayı ilə bağlı məlumat verilmir.Muxalifet3 - 26-01-2020
KORONAVİRUSUN ƏN TƏHLÜKƏLİ XÜSUSİYYƏTİ - Yoluxandan 14 gün sonra üzə çıxır, bu müddət ərzində digər insanlara da keçir
Çin rəsmilərinin bildirdiyinə görə, təxminən 2000 nəfəri xəstələndirmiş yeni koronavirusun yoluxuculuq qabiliyyətinə artıq inkubasiya dövründən malik olması xüsusiyyəti bu virusun qarşısının alınmasını çətinləşdirir.
Bu virusdan ölənlərin sayı 56 nəfərə çatıb.
Səhiyyə naziri Ma Xiaowei-nin jurnalistlərə bildirdiyinə görə, virusun yayılma qabiliyyəti, görünür, güclənir.
Bəzi Çin şəhərləri səyahət etmək istəyənlər üçün ciddi məhdudiyyətlər tətbiq edib.
Muxalifet4 - 26-01-2020
Çində dəhşətli virusdan ölənlərin sayı artır
Çində koronavirusa yoluxanların sayı 1975 nəfərə çatıb, 56 nəfər isə xəstəlikdən dünyasını dəyişib.
Bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi xəbər yayıb.Komitənin məlumatına əsasən, xəstəliyə yoluxanlardan 324 nəfərinin vəziyyəti ağırdır.
Daha əvvəl koronavirusa yoluxanların sayının 1743 nəfərə çatdığı, 54 nəfərin öldüyü bildirilirdi.
05:30
Çində koronavirusdan ölənlərin sayı 54 nəfərə çatıb.
Bu barədə “Global Times” qəzeti məlumat yayıb.Muxalifet3 - 26-01-2020
Azərbaycanlı Rusiya ordusuna məxsus radioaparatı ABŞ-a göndərmək istəyərkən tutulub - FOTO
Rusiyanın Kaluqa vilayətində hərbi texnika qaçalmalçılığı edən şəxslər saxlanılıb.
Bu barədə REN TV məlumat yayıb.
Kanalın bildirdiyinə görə, 2019-cu ilin aprel ayında ABŞ-a R-853V1 (Varevo-1) radiostansiyası üçün komponentlər - batareyalar, antenna və qulaqlıq göndərilib. Bağlama yerli gömrükçülərin əlinə düşüb. Onlar bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Təhlükəsizlik qüvvələrinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi radiostansiyanın yalnız Rusiya ordusunun maraqları üçün yaradıldığını təsdiqləyib.Muxalifet3 - 26-01-2020
Pekində üç həkim koronavirusa yoluxub
Çinin paytaxtı Pekində üç həkim 2019-nCoV koronavirusuna yoluxub.
Bu barədə "Jenmin jibao" qəzeti özünün “Twitter” səhifəsində yazıb.
Qəzetin məlumatına görə, hazırda tibb işçiləri xəstəxanada karantindədirlər.
Bildirilir ki, həkimlərdən ikisi bir müddət əvvəl sətəlcəmin yayıldığı Uhan şəhərində işgüzar səfərdə olublar.
Son məlumatlara görə, Çində yeni növ sətəlcəmdən 41 nəfər ölüb, xəstəliyə yoluxanların sayı 1372 nəfərə çatıb.Muxalifet3 - 26-01-2020
Koronavirusa yoluxmuş şəxsin dəhşətli görüntüləri yayıldı - VİDEO
Koronavirus ilə yoluxmuş şəxsin titrətmə anları Çin xəstəxanasında lentə alınıb.
Muxalifet.az xəbər verir ki, görüntüləri “Daily Mirror” nəşri yayımlayıb.
Kadrlardan kişinin xəstəxana çarpayısında necə titrədiyi, yanında dayanan maska taxmış qadının onun başını tutduğu görünür.
Qeyd edilir ki, virusun yayılmağa başladığı Uxanda xəstəxanalar dolub və insanlar kömək gözləməyə məcburdurlar.
Son məlumatlara görə, koronavirus nəticəsində ölənlərin sayı 56-ya çatıb./Yeniavaz
Muxalifet4 - 26-01-2020
Uçuş zamanı yanan təyyarə İranda eniş etdi
Uçuş zamanı yanmağa başlayan təyyarə İranda təcili eniş etməli olub.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Yanğın Qorqandan Tehrana uçan laynerin bortunda başlayıb. İlkin ehtimala görə, təyyarənin motorlarından biri yanıb.
Pilotlar təyyarəni uğurla endirə biliblər. Təcili eniş zamanı xəsarət alan olmayıb.
Hələlik təyyarənin məxsus olduğu aviakompaniya və laynerdə olanların sayı ilə bağlı məlumat verilmir. /Oxu.az
Muxalifet4 - 26-01-2020
DYP dəhşətli qəza ilə bağlı AÇIQLAMA YAYDI
Muğanlı-İsmayıllı avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (Baş DYP İdarəsi) açıqlama yayıb.
Muxalifet4 - 26-01-2020
Trampın gizli videosu yayıldı, işlər lap dolaşdı "ONU ELƏ SABAH XARİC EDİN, VECİMƏ DƏ DEYİL..."
ABŞ prezidenti Donald Tramp 2018-ci ildə donorlarla görüşdə çəkilmiş videoya əsasən, Ukraynanın Rusiyanın təcavüzünə nə qədər müqavimət göstərə biləcəyi ilə maraqlanıb.
“Onlar Rusiya ilə mübarizədə nə qədər dayana biləcəklər?”, video yazıda Trampın dediyi eşidilir.
Vaşinqtondakı Trump otelində 80 dəqiqəlik naharın tam videosu şənbə günü Associated Press agentliyi tərəfindən əldə edilib. Videodan çıxarışlar cümə günü ABC News tərəfindən yayımlanıb. İnsanların üzü videonun yalnız bəzi hissələrində görünür.
Muxalifet4 - 27-01-2020