Axtarış
The search found 105849 results in 0.144 seconds.
Search results
Azərbaycanda koronovirusa yoluxma təhlükəsi var – Baş infeksionistdən ŞOK AÇIQLAMA
2019 (2019-nCoV) koronovirus təhlükəsi getdikçə böyüyür. Virusun ortaya çıxdığı Çində koronovirusdan ölənlərin sayı 80-ə çatıb.
Virusa yoluxanların sayı 2 min 744, onlardan 461-nin vəziyyəti isə ağırdır. Ölkənin Milli Səhiyyə Komissiyasının açıqlamasına görə, Tibet Muxtar Vilayətindən başqa digər bütün bölgələrdə virusa yoluxma qeydə alınıb.
Qeyd edək ki, xəstəlik ABŞ da daxil olmaqla, Avropa, eləcə də Asiya ölkələrində də qeydə alınıb.
Azərbaycan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölkədə virusa yoluxma halı qeydə alınmayıb.
Muxalifet4 - 27-01-2020
“Lotu Quli”nin “izlədiyi” qız kimdir? - FOTO
Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) “İnstagram”da izləyicilərinin sayı 3800 nəfərə çatıb. Bu, oxuculara az görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, səhifə qapalıdır və Nadir Səlifov hər izləyicini sorğusunu qəbul etmir.
Muxalifet4 - 27-01-2020
Bakı metrosunda həyəcan - Sərnişinlər vaqonlardan təxliyə olundular - RƏSMİ
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.
Bu barədə sərnişinlər baku.ws-in “qaynar xətt”inə məlumat veriblər.
Bildirilir ki, səhər saatlarında metronun “Gənclik”, “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişin sıxlığı yaranıb. Eyni zamanda “Nərimanov” stansiyasında qatarda nasazlıq yaranıb və sərnişinlər vaqonlardan boşaldılıblar.
Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq.
Muxalifet4 - 27-01-2020
Daha bir vəzifəli şəxsə cinayət işi açıldı - külli miqdarda vəsaiti mənimsəyib
"Lifttəmir" İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir nəfərə cinayət işi başlanıb.
Muxalifet.az apa-ya istinadən məlumatına görə, İstehsalat Birliyində aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Hüseynov Əhməd Nəsrəddin oğlunun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Muxalifet4 - 27-01-2020
"Cənab İlham Əliyevin istənilən cavabı bizim üçün müsbət nəticə hesab olunacaq" - NAZİM SÜLEYMANOV
Nazim Süleymanovun tədbirini AFFA boykot edib?
Xəbər verdiyimiz kimi, yanvarın 24-də AFFA Həmkarlar İttifaqının (AFFAHİ) mətbuat konfransı keçirilməli idi.
Muxalifet4 - 27-01-2020
Azərbaycana bu məhsulların gətirilməsinə QADAĞA QOYULDU - SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə həyata keçirilən tədbirlərlə bağlı məlumat yayıb.
Muxalifet3 - 27-01-2020
AŞ PA-ya yeni sədr seçildi
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında qurumun yeni sədri seçilib.
Müxalifet.az xəbər verir ki, belçikalı senator Hendrik Dams bu vəzifədə isveçrəli deputat Lilian Mori Paskyeni əvəz edəcək.Qeyd edək ki, H.Dams bu vəzifəyə yeganə namizəd idi.Muxalifet3 - 27-01-2020
UYĞURLAR ÜÇÜN BÖYÜK TƏHLÜKƏ: “Əgər koronavirus düşərgəyə yayılsa..."
Çində koronavirus təhlükəsi davam edir. İddialara görə, Çin hökuməti sözügedən virusu xüsusi laborotoriyada hazırlayaraq, Şərqi Türküstanda yaşayan uyğur türklərinə qarşı istifadə etmək niyyətində olub, lakin virus laborotoriyadan sızdığı üçün niyyət baş tutmayıb.
Muxalifet.az bildirir ki, modern.az bu iddialarla bağlı Şərqi Türküstan Milli Məclisinin sədri Seyit Tümtürklə əlaqə saxlayıb. O, sayta açıqlmasında koronavirusla bağlı bəzi narahatlıqlarının olduqlarını deyib:
Muxalifet4 - 27-01-2020
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutununda daha bir xəstə ölüb
Bu barədə Mediaya ictimai vəkil Samir Zeynalov məlumat verib. Onun sözlərinə görə, hadisə yanvarın 22-də baş verib. 69 yaşlı Bakı şəhər sakininə ağciyərlərin xroniki obstruktivi və böyrək çatışmazlığı diaqnozu qoyulub. “Xəstəxanada baş verən ölüm faktları ciddi-cəhdlə gizlədilir. Bir neçə gündür bu faktı dəqiqləşdirməyə çalışırıq. İnstitut rəhbərliyi tibb heyətini qorxutmaqla məlumat verməklərini əngəlləyir”, -Zeynalov iddia edib.
Muxalifet3 - 27-01-2020
Əhali artıb, amma qaz, elektrik istehsalı kəskin azalıb – Paradoksun səbəbi nədir?
“2008-2018-ci illərdə əhalinin sayı 13% artıb - 1.1 milyon nəfərdən söhbət gedir. Amma rəsmi statistikaya baxanda məlum olur ki, həmin müddətdə vətəndaşların məişətdə təbii qazdan istifadəsi 1% (30 mln. kubmetr) azalıb. Eyni vəziyyət elektrik enerjisində də müşahidə edilib. 2008-2018-ci illərdə ev təsərrüfatlarının istehlak etdiyi elektrik enerjisinin həcmi təxminən 10% və 700 mln. kvt. saat azalıb”.
Muxalifet4 - 27-01-2020
Paşinyan Qarabağ danışıqları zamanı hərdən özünü dəliliyə vurur? - “İNDİ SƏN KİMİ DƏLİ YERİNƏ QOYMUSAN?...”
Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə sonu Qafanda keçirdiyi mətbuat konfransı zamanı Dağlıq Qarabağ münaqişəsinə dair verdiyi açıqlamalar bu ölkədə yenidən məsələ ətrafında kəskin polemikaya səbəb olub. Xəbər verildiyi kimi Paşinyan keçmiş hakimiyyətdən Qarabağ məsələsində ona “ağır irs qaldığını” deyib, Serj Sərkisyanın vaxtında danışıqlar predmeti olmuş həll modelindən sitatlar gətirib.
Muxalifet4 - 27-01-2020
BDU-da prorektor işdən çıxarıldı
Bakı Dövlət Universitetində (BDU) növbəti kadr dəyişikliyi aparılıb.
Bu barədə Oxu.Az-a Bakı Dövlət Universitetindən məlumat verilib.
Bildirilib ki, universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə öz ərizəsinə əsasən, tutduğu vəzifədən azad edilərək, rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.
Onun yerinə fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn Məmmədov, ümumi məsələlər üzrə prorektor vəzifəsinə isə Mahir Hüseynov təyin edilib.Muxalifet3 - 27-01-2020
Daha bir təyyarə qəzaya uğradı: Göyərtəsində 83 sərnişin olub
Əfqanıstanda Qəndəhar şəhərindən Kabilə gedən “Ariana Afghan Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin Qəzni vilayətinin Deh Yak bölgəsində dağlıq əraziyə düşdüyü məlum olub.
Bu barədə “Haber 7” xəbər verib. Təyyarədə ən azı 83 nəfərin olduğu və hava gəmisinin yerə çırpıldıqdan sonra yandığı vurğulanıb.Faciənin səbəbləri hələ məlum deyil.Muxalifet3 - 27-01-2020
“Evimin və bütün əmlakımın talan edilməsi faktının Azərbaycan Prezidentinə çatdırılmasına kömək edin...” – TANINMIŞ CƏRRAHDAN VLADİMİR PUTİNƏ SENSASİON MÜRACİƏT
“Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov haqqının bərpa olunması istiqamətində mübarizəsini davam etdirir.
Muxalifet4 - 27-01-2020
Mərkəzi Banka daha bir baş direktor təyin edildi - FOTO
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktorlarının sayı altıdan yeddiyə çatdırılıb.
Müxalifet.az xəbər verir ki, qurumun yeni baş direktoru Fərid Tofiq oğlu Osmanovdur.
O, AMB-də 2005-ci ildən çalışır, 2013-ü ildən indiyə qədər qurumun İnformasiya texnologiyaları departamentinin direktoru olub.
Muxalifet3 - 27-01-2020
İranda güclü zəlzələ olub
İranın cənubunda yerləşən Fars əyalətinin mərkəzi Şiraz şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.
“Anadolu” agentliyi xəbər verir ki, Tehran Universiteti Seysmoloji Mərkəzindən verilən açıqlamaya görə, episentri Şirazın Xane Zinyan qəsəbəsi olan zəlzələ yerli vaxtla saat 16:58-də qeyd edilib.Zəlzələnin fəsadları haqqında hələlik heç bir məlumat yoxdur.Muxalifet3 - 27-01-2020
Bakı polisi: “İlkin Rüstəmzadənin şikayəti üzrə araşdırma aparılır"
“İlkin Rüstəmzadənin məlum avtomobil tərəfindən vurulma təhlükəsilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.
Bu barədə ,Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.Rəis qeyd edib ki, araşdırmalar nəticəsində həmin avtomobil müəyyən olunaraq, sürücünün izahatı alınıb, ərazi üzrə “Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxılıb.E.Hacıyev əlavə edib ki, iddiallar təsdiqini tapmayıb:“Vətəndaşın müraciəti üzrə araşdırmalar davam etdirilir”.Muxalifet3 - 27-01-2020
Dəhşətli virus daha bir ölkəyə keçdi
Qazaxıstanda dörd nəfərdə koronovirus aşkar edilib.
Sondakika.com-un xəbərinə görə, Almatı Beynəlxalq Hava Limanında çinli turistləri daşıyan təyyarədə axtarış aparılıb.
Nəticədə, dörd nəfərin ölümcül virusa yoluxduğu müəyyən edilib.
Virus aşkar edildikdən sonra onlar geri - Çinə göndərilib.Muxalifet3 - 27-01-2020
Koronavirus qəsdən yayılıb: Çin çökdürülür? -AÇIQLAMA
Yanvar ayının əvvəllərindən etibarən Çində sürətlə yayılan ölümcül koronavirusun Çinlə Qərb arasındakı iqtisadi savaşın bir parçası olması ilə bağlı fərziyyələr irəli sürülür. Ekspertlərin fikrincə, Çindən gələn təyyarə reyslərinin ləğv edilməsi, eləcə də Çin məhsullarına məhdudiyyətlər tətbiq olunması bu virusun təxribat məqsədilə yayılması ehtimalını artırır.
Mövzu ilə bağlı açıqlama verən politoloq Natiq Cəfərli koronavirusun hansısa qüvvələrin əli ilə yayılması barədə səsləndirilən versiyaları istisna etməyib:Muxalifet3 - 27-01-2020
Rafael Cəbrayılov həbs oluna bilər - Zakir Qaralova müraciət edildi
Keçmiş deputat Rafael Cəbrayılov həbs edilə bilər.
Onun borclu olduğu vətəndaşlar Baş prokuror Zakir Qaralova və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. 6 nəfərin imzaladığı müraciətdə Rafael Cəbrayılovun müxtəlif bəhanələrlə borcunu qaytarmadığı bildirilir.
Məlumatda bildirilir ki, borc sahibləri Rafael Cəbrayılovun mandatı ləğv ediləndən sonra Baş prokurora müraciət etmək istəyiblər. Lakin keçmiş deputat onlarla görüşərək tezliklə borcu qaytaracağını bildirərək müraciətin qarşısını alıb.
Muxalifet4 - 27-01-2020