İstanbulda 3 azərbaycanlı həbs olundu - ƏMƏLİYYAT

Baxış sayı:
3622

Türkiyənin İstanbul şəhərində oğurluqla məşğul olan 3 azərbaycanlı saxlanılıb.

Hadisə Beşiktaşdakı bir ticarət mərkəzinin yeməkxana bölümündə yaşanıb.

Yerli mətbuatın yazdığına görə, oğrulardan biri yemək sifariş verməyə gedən qadının çantasını götürərək aradan çıxıb. Həmin anlar isə kameraya düşüb. Hadisədən xəbər tutan həmin xanım isə polisə məlumat verib.

Hüquq mühafizə orqanları isə ticarət mərkəzinə 3 nəfərlik qrupla gələn həmin azərbaycanlıları plan quraraq tutub. Belə ki, təhlükəsizlik kameralarından onların mindiyi avtomobilin nömrəsini götürən polis qəza baş verməsi adı ilə həmin şəxsləri çağırıb. Polis tərəfindən aldandıqlarını anlamayan azərbaycanlılar isə hadisə yerinə gəldikdə saxlanılıblar. Onların kimilyi açıqlanmayıb.