Zelenski nömrəsini Hindistanın ən varlı milyarderinə verdi

Baxış sayı:
458

Ukrayna prezidenti Vladimir Zelenski “Arselor Mittal” şirkətinin sahibi, hindli iş adamı, milyarder Lakşmi Mittalın telefonuna şəxsi nömrəsini yazıb.

Virtualaz.org bildirir ki, "Naftogaz"ın sözçüsü Alena Osmolovskaya yanvarın 22-də baş tutan görüşün fotolarını öz "Facebook" səhifəsində paylaşıb.

"Vladimir Zelenskinin Lakşmi Mittal ilə necə səmimi ünsiyyət qurduğunu və şəxsi nömrəsini digər investorların gözü qarşısında onun telefonuna yazmasını görmək Davosdakı Ukrayna Evində olmağa dəyər", - Osmolovskaya yazıb.

Onun sözlərinə görə, Ukrayna çox yaxşı qarşılanıb, otaq bütün panellərdə tutumuna görə dolub.

Eyni zamanda, Zelenski Davosda ABŞ-ın “Cargill Inc” idarə heyətinin rəhbəri və icraçı direktoru David Maklennann ilə görüşüb. Ukrayna prezidenti danışıqlar əsnasında torpaq islahatları barədə söhbətləşib.