DİN polisin özünü yandırması haqda AÇIQLAMA YAYDI

Baxış sayı:
4514

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Miri Fətiyevin özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb:

"Əməkdaş özünü yandırmağa cəhd edib. Əllərindən yüngül xəsarətləri alıb. Hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alır. Vəziyyəti qənaətbəxşdir. Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır. Yoxlamanın nəticəsində əməkdaşın hansı səbəbdən özünü yandırmağa cəhd etməsinin səbəbi məlum olacaq".

***

Ötən gün axşam saatlarında Salyan rayon polis şöbəsinin həyətində polis nəfəri özünü yandırmağa cəhd edib.

Virtualaz.org saytının məlumatına görə, ictimai təhlükəsizlik bölməsinin 33 yaşlı əməkdaşı, Salyan rayonunun Xalac kənd sakini, 2 azyaşlı uşaq atası Miri Bəxtiyar oğlu Fətiyev bu məqsədlə cibində gətirdiyi yanacağı üzərinə tökərək özünə od vurub. Həmin vaxt sıra baxışına hazırlıq getdiyi üçün polis nəfəri yaxınlıqda toplaşmış əməkdaşları tərəfindən söndürülərək Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Miri Fətiyevə ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.