YAP-ın hansı namizədləri dairəsini dəyişib?
28-12-2019 13:57
Baxış sayı:
4640

Yeni Azərbaycan Partiyasının namizədlər siyahısında yer alan Elman Nəsirov, Səməd Seyidov və Mixail Zabelin seçki dairəsini dəyişib.
Yenisabah.az xəbər verir ki, beşinci çağırış Milli Məclisin deputatı olan hər üç şəxs hansısa səbəbdən bu dəfə təmsil olunduqları dairələrdən namizəd olmayıblar.
2015-ci ildə 89 saylı Göyçay – Ağdaş seçki dairəsindən mandat qazanan Elman Nəsirov bu dəfə seçki yarışına 68 saylı Cəlilabad kənd seçki dairəsindən qatılıb.
Səməd Seyidov isə deputatı olduğu 36 saylı Xətai dördüncü seçki dairəsini 107 saylı Qazax seçki dairəsinə dəyişib.
Mixail Zabelinə gəlincə, o, bu dəfə 34 saylı Xətai ikinci seçki dairəsindən namizəddir. Bundan əvvəl isə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən mandat qazanmışdı.