İsa Həbibbəyli və İbrahim Quliyev birinci vitse-prezident seçildilər

Baxış sayı:
4549

Xəbər verdiyimiz kimi dekabrın 28-də AMEA-nın illik ümumi yığıncağı çərçivəsində akademiyanın birinci vitse-prezidentləri vəzifələrinə seçkilər keçirilib.

Muxalifet.az AZƏRTAC-a istinadən  xəbər verir ki, səsvermə nəticəsində akademik İsa Həbibbəyli AMEA-nın humanitar və ictimai elmlər üzrə birinci vitse-prezidenti, akademik İbrahim Quliyev təbiət və dəqiq elmlər üzrə birinci vitse-prezidenti seçiliblər.

Qeyd edək ki, indiyədək AMEA-da ancaq vitse-prezident vəzifəsi vardı. 

Bu il oktyabrın 23-də AMEA-nın rəhbəri dəyişib. Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev AMEA prezidenti seçilib. Mehdiyev bu vəzifəyə seçiləndən sonra AMEA-da bir sıra islahatlar həyata keçirilib.