Hakim partiyanın deputatlığa namizədlərinin bir qismi bəlli oldu - SİYAHI

Yeni Azərbaycan Pariyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub. Muxalifet.az lent.az-a istinadən xəbər verir ki, partiyanın siyahısında yer alan şəxslərin bir hissəsinin adı məlumdur: 47 saylı seçki dairəsindən Aydın Mirzəzadə; 46 saylı Şirvan seçki dairəsindən Azər Quliyev; 92 Zərdab-Ucar seçki dairəsindən Urfan Əhmədov; 93 Bərdə şəhər seçki dairəsindən Yıldırım Fatma; 125 Zəngilan-Qubadlı seçki dairəsindən İmamverdi İsmayılov; 41 saylı Sumqayıt I seçki dairəsindən Hicran Hüseynova; 42 saylı Sumqayıt II seçki dairəsindən Tahir Mirkişili; 34 saylı Xətai II seçki dairəsindən Mixael Zabelin; 43 saylı Sumqayıt III seçki dairəsindən Emin Hacıyev; 29 saylı Səbail seçki dairəsindən Aytən Hüseynova; 26 saylı Sabunçu I seçki dairəsindən Afaq Hacıyeva; 11 saylı Qaradağ seçki dairəsi Aydın Hüseynov; 5 saylı Şahbuz-Babək seçki dairəsindən Siyavuş Novruzov.