İcra başçısı YAP-ın namizədi oldu - ƏMİSİ OĞLU CAVİD QURBANOVUN ƏVƏZİNƏ
27-12-2019 16:59
Baxış sayı:
4843

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov ölkədə keçiriləcək növbədənkənar Parlament Seçkilərində iştirak edəcək. Muxalifet.az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarına əsasən, A.Məmmədov 123 Saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülüb. Qeyd edək ki, bundan əvvəl bu dairənin deputatı Cavid Qurbanov olub.