Türkiyənin 17 vilayətində əməliyyat: saxlanılanlar var

Baxış sayı:
1489

Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.

“Gürz-35” kod adlı əməliyyat çərçivəsində son bir həftə ərzində 42 şübhəli saxlanılıb.

Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkələrdə yazıb ki, əməliyyat digər ərazilərlə yanaşı, Ankara, Bursa, Qaziantep, İstanbul, Diyarbəkir, Qəhrəmanmaraş və Kayseri vilayətlərini də əhatə edib.

Saxlanılanlar terror təşkilatlarını maliyyələşdirməkdə və sosial şəbəkələrdə qadağan olunmuş ideologiyanı təbliğ etməkdə ittiham olunurlar.