Dövlət Departamentinin mətbuat katibi o olacaq

Baxış sayı:
1105
"Fox News" jurnalisti Temmi Bryus Donald Trampın rəhbərliyi altında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə rəhbərlik edəcək.
 
Bu barədə Tramp sosial şəbəkə hesabında yazıb. 
 
“Temmi BryusunDövlət Departamentinin mətbuat katibi vəzifəsinə qoşulacağını elan etməkdən şərəf duyuram. Temmi mediada uzun müddət işləmək təcrübəsinə malikdir və iyirmi ildən artıqdır ki, Amerika vətəndaşlarına həqiqəti çatdırır. Əminəm ki, o, yeni rolunda da eyni inam gücünü və qorxmaz ruhunu nümayiş etdirəcək”.
 — deyə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib.
 
Hazırda ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsini Metyu Miller tutur.