Almaniya və Fransa XİN başçıları Dəməşqdə səfərdədir

Baxış sayı:
1480

Almaniya xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Suriyanın paytaxtı Dəməşqdə səfərdədir.

Bu barədə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X hesabında yazıb.

XİN başçılarının AB-ni təmsil etdikləri vurğulanıb.

K.Kallas Suriyanın yeni rəhbərliyinə mesajlarını da çatdırıb:

"Regional aktorlarla razılaşdırılmış prinsiplərə hörmət etmək və bütün mülki şəxslərin, eləcə də azlıqların müdafiəsini təmin etmək son dərəcə vacibdir".