Axtarış

The search found 105701 results in 0.072 seconds.

Search results

  1. İcra başçısının müavini işdən ÇIXARILDI

    Qusar Rayonu İcra Hakimiyyətinin başçısının müavini işdən çıxarılıb.

    Sahir Məmmədxanovun müavini Elman Mustafayev bir neçə gün əvvəl vəzifəsindən azad edilib

    O, həmçinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 

    Elman Mustafayevin yerinə təyinat olmayıb.

    Qeyd edək ki, avqust ayında başçının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova da vəzifəsindən ayrılıb. Onun yerinə də təyinat olmayıb.

    Muxalifet2 - 14-12-2024

  2. Bakıda yağıntılar nə vaxta kimi davam edəcək?

    Saat 9:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar, Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır.

    Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir.

    Muxalifet2 - 14-12-2024

  3. Mənim məlumatına görə, İlham Əliyevin reytinqi… - Kolerov

    Şəxsən mənim aldığım məlumatlar Qarabağ müharibəsindən sonra İlham Əliyevin reytinqinin maksimuma yüksəldiyini göstərir. Bu mənada onu heç nə təhdid etmir.

    Bu sözləri rusiyalı politoloq Modest Kolerov erməni mediasına açıqlamasında deyib.

    “Qərbdən kimlərsə Əliyevi devirmək qərarına gəlsə, bunu edə bilməz. Qarabağ müharibəsindən sonra Əliyev xalqın 99 faiz dəstəyinə malikdir”, - o bildirib.

    Muxalifet2 - 14-12-2024

  4. Metro stansiyalarına zibil atanların cəriməsi ARTDI

    Metro stansiyalarının vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə cərimələr 15 manatdan 200 manata qaldırılıb.

    Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

    Muxalifet2 - 14-12-2024

  5. “Nar” Şirvanda yeni satış və xidmət şəbəkəsini təqdim etdi!

    Azərbaycanın bütün bölgələrində sərfəli və keyfiyyətli rabitə xidmətlərini genişləndirməyə davam edən “Nar” üstün müştəri təcrübəsinə əsaslanan növbəti Nar mağazasını istifadəyə verdi.
    Şirvan şəhərində, Xaqani küçəsi 19-da yerləşən yeni “Nar” mağazası genişliyi, müasir interyeri və rahat müştəri xidməti sahəsi ilə seçilir. Mağazada müştəri xidmətləri ilə yanaşı, müxtəlif smartfon və aksessuarların satışı həyata keçirilir. Şirvan şəhərinin sakinləri, mağazanın açılışı haqqında SMS vasitəsilə məlumatlandırılıb.

    Muxalifet2 - 16-12-2024

  6. ADP Bəşər Əsədin mühakimə olunmasına çağırış etdi...

    Partiya dövlət başçısını Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə töhfə olaraq, həbsolan jurnalistləri və aktiv siyasiləri əfv etməyə də çağırıb

    Muxalifet2 - 16-12-2024

  7. ​Azərbaycan - “Azərbaycan SSR ərazisində”? - MƏĞRUR BƏDƏLSOY YAZIR

    Nazirlər Kabineti “SSR”-dən qopmaq istəmir

    Muxalifet2 - 16-12-2024

  8. ABŞ-da yaşayan həmyerlimizin yeni hüquqi kitabı işıq üzü görüb - FOTO

    Amerikada yaşayan beynəlxalq hüquq üzrə ekspert Vusal Mehdiyevin “Hüquqi baxış: müqavilələr, insan hüquqları və sən” adlı kitabı işıq üzü görüb.

    Kitab, geniş ictimaiyyət üçün müqavilələr və insan hüquqları sahələrində praktik hüquqi bələdçi rolunu oynayır. Kitabın məqsədi, hüquqi anlayışları sadələşdirərək, oxucuların gündəlik həyatlarında qarşılaşa biləcəkləri hüquqi məsələləri daha yaxşı başa düşməsinə və bu bilikləri praktikada tətbiq etməsinə kömək etməkdir.

    Kitabın birinci hissəsi müqavilə hüququna həsr olunub.

    Muxalifet2 - 17-12-2024

  9. İLLƏR SONRA ORTAYA ÇIXAN ŞOK GERÇƏKLƏR - İlham Rəhimovla Rəbiyyət Aslanovanın evliliyi niyə cəmi 6 ay sürdü?

    Və yaxud bunun “siyasi evlilik” kimi təqdim olunması kimlərin marağına xidmət edirdi?
    I YAZI

    İstənilən ölkədə siyasi evliliklər hər zaman olub. Xüsusilə də qeyri-demokratik, avtoritar rejimlərdə bu, belə desək, daha çox “dəbə” çevrilir. Çünki xalqın maraqlarına zidd fəaliyyət göstərən, addımbaşı qanunları tapdalayan məmurlar özlərini bu cür siyasi evliliklərlə “qarant” altına almağa çalışırlar.

    Muxalifet2 - 17-12-2024

  10. Əsədin təyyarə qəzasında ölməsi yalanı niyə yayıldı?

    Suriyanın keçmiş prezidenti Bəşər Əsədin təyyarə qəzasında öldüyü haqda saxta xəbərlərin arxasında Suriyadakı xaosda maraqlı olan ölkələrin xüsusi xidmətləri dayanırdı.

    Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

    “Bu, sadəcə olaraq, bütün lazımi komponentləri özündə əks etdirən klassik saxtakarlığın nümunəsidir. Niyə yaydılar? Bunun arxasında Suriyadakı xaosda maraqlı olan ölkələrin müvafiq xidmətləri dayanırdı”, - o bildirib.

    Muxalifet2 - 17-12-2024

  11. Rasim Məmmədov həbsxanada nazir müavini və icra başçısına...- "Türmə"dən ŞOK MƏLUMAT

    Bir müddət əvvəl həbsdən çıxan İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov yeni vəzifəyə təyin olunub. O, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti "seçilib". Bəs necə olur ki, həbsdən yeni çıxan Rasim Məmmədov belə yüksək vəzifəyə təyin olunub? 

    Muxalifet2 - 17-12-2024

  12. Netanyahu Suriyaya gəldi və meydan oxudu

    İsrail Baş naziri Benyamin Netanyahu Suriyada işğal edilən bölgədə yer alan Hermon dağına səfər edib.

    Bu barədə İsrail hökumətinin məlumatında deyilir.

    Netanyahunu müdafiə naziri, Baş Qərargah rəisi və digər vəzifəlilər müşayiət edib.

    Netanyahu buradan verdiyi açıqlamada İsrail ordusunun ehtiyac olduğu müddətcə Suriya ərazilərində qalacağını bildirib.

    Muxalifet2 - 17-12-2024

  13. Livanın baş naziri də Ərdoğanla görüşə gəlir

    Livanın Baş naziri Nəcib Mikati sabah Türkiyəyə səfər edəcək.

    Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə səhifəsində yazıb.

    Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.

    Liderlərin Suriya və Fələstindəki son vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

    Muxalifet2 - 17-12-2024

  14. “Qarabağ” təsdiqlədi - “Sevilya” Juninyo üçün təklif göndərib

    “Bəli, “Sevilya”dan Olavio Juninyo ilə bağlı rəsmi təklif almışıq”.

    Bunu “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın direktoru Emrah Çelikel deyib.

    İspaniya təmsilçisinin Ağdam klubunun futbolçusuna elçi düşməsini şərh edən klub rəsmisi bildirib:

    Muxalifet2 - 17-12-2024

  15. "Nar"ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi - FOTO

    "Nar"ın tərəfdaş qismində çıxış etdiyi “Media Savadlılığı” Həftəsi çərçivəsində “Media Savadlılığı” Konfransı təşkil edildi. Konfransın əsas məqsədi media savadlılığının əhəmiyyətini vurğulamaq, beynəlxalq təcrübələri paylaşmaq və həssas sosial qrupların, xüsusən gənclərin bu sahədə bilik və bacarıqlarını təkmilləşdirmək idi.
     

    Muxalifet2 - 18-12-2024

  16. Mənzilin kirayəsinə görə vergini kim ödəməlidir?

    Günümüzdə kirayə ev axtaranların sayı kifayət qədərdir. Bu durumda tərəflər razılaşarsa, 14 faiz vergi ödənməlidir. Bəs, bu, kimin üzərinə düşür?

    Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

    Muxalifet2 - 18-12-2024

  17. Əli Əsədov Misirə getdi - Foto

    Bu gün Baş nazir Əli Əsədov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə gəlib.

    Bu barədə Axar.az Nazirlər Kabinetindən məlumat verilib.

    Muxalifet2 - 19-12-2024

  18. Rusiyada qatarlar toqquşdu: 1 ölü, 17 yaralı

    Murmansk ərazisində yük və sərnişin qatarları toqquşub.

    Bu barədə Rusiya KİV-i məlumat yayıb.

    Qəza nəticəsində sərnişin qatarının 3 vaqonu və yük vaqonları relsdən çıxıb.

    Qatarda 326 sərnişinin olduğu bildirilib. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

    ***

    Rusiyada qatarların toqquşması nəticəsində 14 nəfər yaralanıb.

    Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yaralılardan üçünün vəziyyəti ağırdır.

    ***

    Muxalifet2 - 19-12-2024

  19. Əliyevin sözləri erməniləri həyəcanlandırdı: “Qardaş Afina”…

    Azərbaycan Prezidenti İlham Əliyevin Dmitri Kiselyova verdiyi müsahibəyə Ermənistandan müxtəlif reaksiyalar gəlməkdədir. Ermənistan mediasında “Əliyev Makrona meydan oxuyur”, “Əliyev Ermənistanı təhdid edir” başlıqları ilə yayımlanan xəbərlərdə İlham Əliyevin Azərbaycanın hərbi büdcəsinin artımı və hərbi sahədə Ermənistanın Azərbaycanla ayaqlaşa bilməyəcəyi barədə fikirlərinə geniş yer ayrılıb.

    Muxalifet2 - 19-12-2024

  20. "Hər dekabr bunu yada salıram..." - Messi

    "İnter Mayami" və Argentina millisinin futbolçusu Lionel Messi 2022-ci ilin dünya çempionatının final görüşünün 2-ci ildönümünə aid paylaşım edib.

    O, sosial şəbəkələrində yazıb: 

    "Dekabr ayını və Milad bayramlarını sevirəm. 2 il bundan öncə ilin ayı xoşagəlməz ola bilərdi. Amma nəticədə idman karyeramın ən gözəl ayı oldu. İndi isə hər dekabr bunu yada salıram... Hər kəsi 2-ci ildönümü ilə təbrik edirəm". 

    Muxalifet2 - 19-12-2024

Pages