Avropa Komissiyasının sədri xəstəliyə yoluxdu - Vəzifələrini icra edə bilməyəcək
3-01-2025 21:41
Baxış sayı:
1489
Avropa Komissiyasının sədri Ursula von der Leyen pnevmoniyaya (ağciyər iltihabı) yoluxub.
Bu barədə AK nümayəndəsi Stefan de Keersmaeker “PAP” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sədr müvəqqəti olaraq vəzifəsini icra etməyəcək.
Qeyd olunub ki, Ursula von der Leyen yanvarın 3-də Varşavada Polşanın Avropa İttifaqı Şurasına sədrliyinin başlanması mərasimində iştirak etməyəcək.