Axtarış
The search found 105701 results in 0.041 seconds.
Search results
Blinkenin köməkçisi: “Rüfət Səfərovun həbsi ABŞ-yə güclü mesaj idi”
Azərbaycanda xalq hakimiyyətin qərarlarından əziyyət çəkir”
Muxalifet2 - 12-12-2024
Estetik əməliyyat etdirmək istəyən xanımlara nazir tövsiyə verdi
Dünən Səhiyyə naziri Teymur Musayev ziyanlı prosedurlar haqqında danışıb.
O, jurnalistlərə danışarkən əsasən xanımlara tövsiyə verib. Muxalifet.az nazirin dediklərini sizə təqdim edir:Muxalifet2 - 12-12-2024
Qanunvericilik çərçivəsində bütün şikayətlərə baxılır - Nazir
Qanunvericilik çərçivəsində bütün şikayətlərə baxılır.
Bu sözləri jurnalistlərlə açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir vurğulayıb ki, bütün şikayətlər araşdırılır:
"Söhbət yüzminlərlə şagirddən, onların valideynlərindən və müəllimlərdən gedir. Burada hansısa hallar ola bilər. Əgər pozuntular varsa, onlara hüquqi qiymət verilir. Məsələ tərbiyədirsə, onu da valideynlərlə həll etməyə çalışırıq".
Muxalifet2 - 12-12-2024
Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəisə - 9 il həbs!
Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham edilən sabiq şöbə rəisi Elşən Quliyevə hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nazirliyin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin sabiq rəisi E.Quliyevə 9 il həbs cəzası verilib.
O, Cinayət Məcəlləsinin 311 və 312-1-ci (rüşvət alma və nüfuz alveri) maddələri üzrə təqsirli bilinib.
Qeyd edilib ki, E.Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb.
Muxalifet2 - 12-12-2024
Futbolumuzda biabırçı olay - Oyuna hakim təyin etmək yaddan çıxdı
Azərbaycan futbolunda biabırçı hal yaşanıb. AFFA-nın müvafiq komitəsi U-15 liqasında keçirilməli olan "EFA" - "Qəbələ" oyununa hakim təyin etməyi unudub.
Bu haqda əvvəlcə "Qəbələ" Futbol Akademiyasının keçmiş əməkdaşı Namiq Hacızadə sosial şəbəkə hesabında məlumat yayıb.
Muxalifet2 - 12-12-2024
Sakinlər və MTK üz-üzə qaldılar: "Bizi evlərimizdən çıxardılar"
Bakının Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən bina MTK tərəfindən 2018-ci ildə sakinlərlə razılaşdırılaraq sökülüb.
Sökülən binanın sakinlərinə kirayə pulu ödənilib. Lakin bir müddət sonra onlara verilən kirayə pulu dayandırılıb.
"Bu, Nazirlər Kabinetinin qərarı idi, dövlət layihəsi idi. Dövlətə inanıb, evimdən çıxmışam. Mənim evimi, kirayə pulumu versinlər", - deyə şikayətçi Natiq Cəfərov bildirib.
Problemlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələdən xəbərdardırlar.
Muxalifet2 - 12-12-2024
Paşinyan sosial şəbəkələrdə onu söyənləri bağışlayır...
"Hər yazının altındakı məzmunlu ittihamları görmək real olmadığı üçün (nə qədər şərh yazsanız da!), mən bu postu yazmaq qərarına gəldim. Şərhlərdə dəyərli istifadəçilərimiz mənə qarşı ittihamlarını yaza bilərlər, məzmunlu olanlara isə ən qısa zamanda, ayrıca cavab verəcəm.
Muxalifet2 - 12-12-2024
QAYNAR ÖLKƏ – Eldəniz Quliyev yazır
Səni eşitmək istəməyənə söz demək, kora güzgü vermək kimidir – «sağ ol» deməz...
Muxalifet2 - 12-12-2024
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı - Özünə biznes qurdu
Bakıda 13 yaşlı qızdan külli miqdarda qızıl və pul alan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
“Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlilabad rayon Göytəpə şəhər sakini 2003-cü il təvəllüdlü E.Məmmədova 6 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-Külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Muxalifet2 - 12-12-2024
“3 minə yaxın şəxs namizədliyini irəli sürüb”
“Ölkə üzrə 685 bələdiyəyə 8071 üzv seçiləcək. Artıq 3 min nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb”.
Bu sözləri jurnalistlərə açıqlmasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Komissiya sədrinin sözlərinə görə, indiyədək hər hansı xoşagəlməz hal ilə bağlı müraciət daxil olmayıb. Seçkilərə hazırlıqla əlaqədar bütün addımlar Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq atılır:
Muxalifet2 - 12-12-2024
Tramp Putini dəvətsiz qoydu
“Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampdan onun inauqurasiyasında iştirakla bağlı dəvət almayıb”.
Bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“Xeyr, dəvət göndərməyib”, - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq. “CBS News” telekanalının məlumatına görə, Tramp Çin sədri Si Cinpini tədbirə dəvət edib.
Muxalifet2 - 12-12-2024
Daha iki ölkə şengen zonasına daxil oldu
Bolqarıstan və Rumıniya Şengen zonasına daxil olub. Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, AB-yə üzv ölkələr 2025-ci il yanvarın 1-dən etibarən bu iki ölkə ilə daxili quru sərhədlərində yoxlamaları ləğv edəcəklər.
Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2011-ci ildən Şengen zonasına daxil olmaqla bağlı danışıqlar aparırdı.
Muxalifet2 - 12-12-2024
Rusiyada kütləvi həbslər
Rusiyanın Sankt-Peterburq şəhərində polis əməkdaşları qeyri-qanuni mühacirlərin axtarışı üçün kütləvi miqrasiya reydi keçirib və 20 nəfərin şəxsiyyətini müəyyənləşdiriblər.
Bu barədə Lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin şəhər və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Muxalifet2 - 12-12-2024
"Biz öyrəşmişik, buranın soyuq havası "Qarabağ"a xoş olmaya bilər"
"Çox şadıq, qarşıda komandamızı çox maraqlı oyun gözləyir. Cümə günü keçirdiyimiz yoxlama matçından sonra biz tam olaraq "Qarabağ"la oyuna köklənmişik".
Bu sözləri "Elfsborq"un futbolçusu Ahmed Kasem bildirib.
O, klubun saytına açıqlamasında bu gün Azərbaycan çempionuna qarşı keçiriləcək Avropa Liqasının 6-cı turunun oyunu barədə fikirlərini açıqlayıb.
İsveç millisinin 21 yaşlı yarımüdafiəçisi deyib:
"Fikrimcə, komanda yoldaşlarım da mənim razılaşar ki, bu, bizim üçün ilin ən vacib oyunu olacaq. Bizə xal, daha yaxşısı isə qələbə lazımdır.
Muxalifet2 - 12-12-2024
Ərdoğanın müşaviri Bakıdan hədələdi
Suriya ərazisində kənar qüvvələr nə xəyal edibsə, Türkiyə bunu kabusa çevirib. Sərhədlərimizdə, 100 il əvvəl bizim ərazilərimiz olan torpaqlarda terror dövləti qurula bilməz. Türkiyə rəsmiləri bunu müxtəlif tribunalardan bəyan ediblər. Bizi ən yaxşı Cənubi Koreya əsgəri tanıyır. Hamı bilməlidir ki, türklə savaşmaq onlara fayda verməz. Bizlə dost olmaq lazımdır. Hamı ağlını başına toplamalıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu Teleqraf.com-a müsahibəsində deyib.
Muxalifet2 - 12-12-2024
Uşağınız oxumaq istəmirsə nə etmək olar? - Onu günahlandırmayın
Uşaqların oxumağa qarşı maraqsızlıq göstərməsi çox yaygın bir vəziyyətdir və buna qarşı doğru yanaşma çox vacibdir.
Əgər uşağınız oxumaq istəmirsə, onu günahlandırmamaq və həddindən artıq təzyiq etməmək lazımdır.
Milli.Az xəbər verir ki, bunun əvəzinə, aşağıdakı məsləhətlər faydalı ola bilər:
İlham verin: Uşağınızın maraqlarını anlamağa çalışın və onu maraqlandıran mövzularda kitablar seçin. Beləliklə, oxumağa başlaması daha cazibədar ola bilər.
Muxalifet2 - 12-12-2024
Bakıda gənc toyundan bir neçə gün sonra intihar etdi - TƏFƏRRÜAT
Bakıda qaynar suda yanaraq öldüyü bildirilən gəncin intihar etdiyi məlum olub.
Bu barədə mərhumun ailəsindən bildirilib.
Qeyd olunub ki, məlum hadisə noyabrın 12-də baş verib.
Belə ki, 24 yaşlı Şəhriyar Eyvaz oğlu Həsənovun adına qonşusu kredit götürübmüş. Ş.Həsənov bu barədə ailəsinə heç nə deməyib. Kreditin aylıq ödənişi vaxtı çatanda qonşu ödəniş etməyib və gecikməyə görə Şəhriyar Həsənova zəng gəlib. Bu zaman hadisədən Ş.Həsənovun ailəsi də xəbər tutub. Bundan narahat olan gənc ailəsindən utandığı üçün canına qəsd etməyə qərar verib.
Muxalifet2 - 12-12-2024
"Futbolda elə bir qayda yoxdur ki, hər il daha yaxşısını etməlisən" - Qurban Qurbanov
"Yaxşı müdafiə olunan bir komandaya qarşı oynayırdıq. Əfsuslar olsun ki, məğlub olduq. İlin son oyunu idi. Bura qələbə qazanmaq üçün gəlmişdik".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda səfərdə "Elfsborq"la (İsveç) keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Muxalifet2 - 13-12-2024
Trampın Əliyevə və Nikola münasibəti... – Markov
Tramp üçün Cənubi Qafqaz prioritetlər baxımından periferik olacaq. O, bura fəal təsir göstərməyəcək. Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq.
Bunu rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib.
Muxalifet2 - 13-12-2024
Rüşvət alan xəstəxana rəhbəri və həkimə - Şərti cəza verildi
Rüşvət almaqda ittiham edilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyevanın məhkəməsi başa çatıb.
Onlar Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (rüşvət alma, təkrar rüşvət alma) təqsirli biliniblər.
Muxalifet2 - 13-12-2024