Daha iki ölkə şengen zonasına daxil oldu
12-12-2024 16:42
Baxış sayı:
169
Bolqarıstan və Rumıniya Şengen zonasına daxil olub. Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, AB-yə üzv ölkələr 2025-ci il yanvarın 1-dən etibarən bu iki ölkə ilə daxili quru sərhədlərində yoxlamaları ləğv edəcəklər.
Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2011-ci ildən Şengen zonasına daxil olmaqla bağlı danışıqlar aparırdı.