Axtarış

The search found 105701 results in 0.047 seconds.

Search results

  1. Siyavuş Hacıyev AMEA-nın həyətindəki stadionda ölübmüş - FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin dünən futbol oynayarkən vəfat etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

    Muxalifet.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, hadisə Yasamal rayonu ərazisində - Azərbaycan Milli Elmlər Akademiyasının həyətində yerləşən stadionda baş verib.

    Muxalifet3 - 14-11-2024

  2. Nazim Bəydəmirlinin şikayəti əsasında məhkəmə başlayır

    Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

    Muxalifet.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.

     Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilib.

    Muxalifet3 - 14-11-2024

  3. Elman Paşayevin həbs müddəti uzadıldı

    Moskva Qarnizonu Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq vəkil Elman Paşayevin həbs müddətini uzadıb.

    Bu barədə TASS-a məhkəmədən məlumat verilib.

    "Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarı ilə təqsirləndirilən Paşayev barəsində həbs qətimkan tədbirinin müddətinin yanvarın 15-dək uzadılması ilə bağlı istintaq orqanının vəsatəti təmin edilib", - məlumatda deyilir.

    Hərbi müstəntiqlərin tələbi ilə həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

    Muxalifet3 - 14-11-2024

  4. Adil Əliyev və Hicran Şərifov Əməkdar idman xadimi Cavanşir Qurbanovu ziyarət etdilər - VİDEO

    Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və beynəlxalq dərəcəli hakim Hicran Şərifov Əməkdar idman xadimi Cavanşir Qurbanovu ziyarət ediblər.
    Muxalifet.az xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Cavanşir Qurbanovun oğlu Cəlal Qurbanov verib.

    Muxalifet3 - 17-11-2024

  5. “UNİBANK”-IN SAHİBİNİN DEPUTAT OĞLU İLƏ BİRGƏ "SƏHM ƏMƏLİYYATI"... - Fransanın yaxın dostu Avropa bankını aldadıb? / FOTO

    "Unibank"-ın əsas səhmdarı Eldar Qəribov ötən il bankda səhmlərini 7.31 faiz artıraraq 91 faizə yüksəldib”.

    Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində yazıb.

    Onun sözlərinə görə, bu işdə ona yaxın dostu, Fransanın Nisada şəhərində qapı qonşusu olan iş adamı Bəylər Məmmədov kömək edir.

    Muxalifet3 - 18-11-2024

  6. Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi

    Deputat Aqil Abbasın oğlu vəzifəsindən azad edilib.

    Milli.Az-ın əldə etdiyi məlumata görə, Aqil Abbasın oğlu Tuncay Abbas Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi vəzifəsindən azad edilib.

    O, fəaliyyətini Dövlət Sərhəd Xidmətində davam etdirəcək.

    Muxalifet3 - 18-11-2024

  7. Cinayət Məcəlləsində yeni maddə - Bu şəxslər 15 ilədək həbs olunacaq!

    Ekoloji sistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllər 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

    APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Muxalifet3 - 18-11-2024

  8. Gürcüstan müxalifəti itaətsizlik aksiyaları keçirəcək – 30-dək çadır quraşdırıblar

    Gürcüstanın tələbə qrupları Rusiyayönümlü "Gürcü arzusu"nun qələbə qazandığı parlament seçkilərininin nəticələrini qınayan çağırış imzalayıb. Tələbələr ölkənin azadlığı naminə mübarizə aparmağa hazır olduqlarını bildiriblər: "Buz, Gürcüstan vətəndaşları olaraq, demokratik dəyərlərə və dövlət maraqlarına sadiq qalmaqda davam edirik".

    Çağırışı azı 13 gürcü universitetinin tələbələri imzalayıb.

    Hökumət əleyhinə qüvvələrsə növbəti 24 saat ərzində itaətsizlik kampaniyası keçirəcəklərini deyiblər.

    Muxalifet3 - 18-11-2024

  9. KOR NƏ İSTƏR?.. - Eldəniz Quliyev yazır

    (Görəsən, müxalifətlə iqtidar güləşsə hansı yıxar?..)
    Mənə deyirlər:
    – Sənnən gözümüz su içmir.
    Deyirəm:
    – Niyə?
    Deyirlər:
    – Çünki sən hətərən-pətərən danışırsan!..
    Deyirəm:
    - Noolsun, sizin də ağıl dişləriniz qulaqlarınızdan çıxır!..
    Nəysə... Burada ərz eləyim ki, mən siyasətçi-zad deyiləm, siyasətlə məşğul olmuram, olmamışam, heç olmayacağam da. Amma bu, mənim siyasətdən tamam bixəbər olduğum  anlamına gəlmir.

    Muxalifet3 - 19-11-2024

  10. “İsgəndər Həmidov MTN-nin istintaq fəaliyyətinə kobud müdaxilə etmişdi...” - SENSASİON MÜSAHİBƏ

    Taryel Əliyev: “Həmin vaxt MTN-ə və Respublika Prokurorluğuna rəhbərlik edən şəxslərin dişsizliyi səbəbindən, məsələnin həllinə Əbülfəz Elçibəy vasitəsilə nail olmaq istəmişdim”
    “Təəssüf ki, Elçibəyin məsələyə münasibəti də digərlərindən fərqlənmədi...”

    Muxalifet3 - 19-11-2024

  11. Etirazçılar parlamentə basqın etdilər: Abxaziya lideri istefa verdi

    Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən Abxaziyada oktyabrın 30-da Rusiya ilə imzalanan investisiya müqaviləsinə reaksiyalar davam edir.

    Muxalifet.az xəbər verir ki, müxalifətin başçılıq etdiyi çoxlu sayda etirazçı sazişin təsdiq üçün deputatlara təqdim olunacağı Abxaziya parlamentinin qarşısına toplaşıb.

    Bijanya müxalifətlə danışıqlardan sonra açıqlama verib.

    Muxalifet3 - 19-11-2024

  12. "Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir" - DEPUTAT

    Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir.

    Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında 2025-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

    Muxalifet3 - 19-11-2024

  13. BAKIDA YAŞLI QADINA QARŞI DƏLƏDUZLUQ – Aldadaraq, evini bankda girov qoydular...

    Nigar Həsənzadə: ““Bank Respublika “ pulu kimə veribsə gedib ondan tələb etsin”
     
    Bakı şəhəri, Xəzər rayonunda qeydiyyatda olan Həsənzadə Nigar Zəkiş qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:

    Muxalifet3 - 19-11-2024

  14. ​“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

    Regionlarda sosial məsuliyyət təşəbbüsləri ilə seçilən “Nar” Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birgə 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş yeni layihəyə start verib. Layihə çərçivəsində Naxçıvan, Bakı, Gəncə, Lənkəran və Qəbələdə bir ay ərzində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı geniş maarifləndirmə tədbirləri həyata keçiriləcək.

    Muxalifet3 - 20-11-2024

  15. ​Bərbər qardaşını müdir postuna gətirən Xidmət rəisi ona70 minlik avtomobil hədiyyə etdi

    Bir müddət bundan öncə  ölkə mətbuatında “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədovun qanunsuz əməllərindən bəhs olunmuşdu. Qeyd edilmişdi ki, Nəsimi Əsədov tutduğu postdan  istifadə edərək ali təhsili olmayan, Sumqayıtda bərbər işləyən qardaşı Rauf Əsədovu Laçında işıq idarəsinin müdiri vəzifəsinə yerləşdirib.

    Muxalifet3 - 22-11-2024

  16. Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT

    Lerik rayonu, Piran kənd sakini Sultanov Rizvan Səməd oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2021-ci ilin aprel ayından əlilliyə görə müavinəti səsəbsiz yerə kəsilib:
    “Mən, Sultanov Rizvan Səməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
    Bildirim ki, Bakı şəhəri, Xəzər rayonunda qeydiyyatdayam. 03.06.1998-ci ildə Füzuli istiqamətində ön xətdə odlu silahla yaralanmışam.

    Muxalifet3 - 22-11-2024

  17. Xətai məhkəməsinin hakimi Şəhriyar Əliyevdən absurd qərardad

    “Elektron imza”lı iddia “imzalanmadığından” geri qaytarılıb

    Muxalifet3 - 25-11-2024

  18. Güney Azərbaycanla bağlı yeni araşdırmalar toplusu nəşr olundu

    Bu günlərdə “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” adlı elmi məqalələr toplusu yayınlanıb. Professor Vaqif Sultanlı və doktor İrəc İsmayılın hazırladığı, “Aveprint” nəşriyyatında yayınlanan kitabda Güney Azərbaycanın aktual problemlərinə həsr olunmuş müxtəlif məzmunlu araşdırmalar toplanmışdır.

    Muxalifet3 - 25-11-2024

  19. ZƏHƏRLİ TOXUM - Eldəniz Quliyev yazır

    Bu toxumu kimlər səpdi, İlahi? Bu sayaq cırlıq, bu qədər düşüklük, bunca şərəfsizlik nədən baş qaldırdı?.. Biri dəyyusluğu, biri işverənliyi ilə fəxr edir, digəri harınlığı, qudurğanlığı ilə öyünür!..
    Aman, kimlər elədi bunu, nədən, nə səbəbə elədilər?.. Məgər anlamırdılarmı, bu toxum zəhərlidir və nəhayətdə cücərib-boy atıb möhtəşəm bir millətin qan nizamına hopacaq, ləyaqətinə, qüruruna, heysiyyətinə qənim kəsiləcək?! Necə qıydılar axı bu millətə?..
    ***

    Muxalifet3 - 25-11-2024

  20. Qərbi Azərbaycan İcmasının Türkiyə nümayəndəliyi qardaş ölkədə bir sıra görüşlər keçirib - FOTO

    Qərbi Azərbaycan İcması (QAİ) Türkiyədə bir sıra görüşlər keçirib. 
    Nümayəndə heyətində Qərbi Azərbaycan İcmasının Türkiyə nümayəndəsi Dr.Asif Kurban, icmanın Ankara nümayəndəsi Prof.Dr.Seyit Aydın, İstanbul nümayəndəsi Dilqəm Əhməd, Qars rəsmisi Ali Cenap Senger iştirak ediblər. 

    Muxalifet3 - 25-11-2024

Pages