Estetik əməliyyat etdirmək istəyən xanımlara nazir tövsiyə verdi

Baxış sayı:
361

Dünən Səhiyyə naziri Teymur Musayev ziyanlı prosedurlar haqqında danışıb.
O, jurnalistlərə danışarkən əsasən xanımlara tövsiyə verib. Muxalifet.az nazirin dediklərini sizə təqdim edir:

“Media vasitəsilə çağırış edirik ki, gəlin, gözəllik standartları nə deməkdir hər kəsə düzgün başa salaq. Yanlış, süni gözəllik anlayışlarını təbliğ etməyək. Sağlam insan öz xarici görünüşünə görə problem yaşamamalıdır. Xanımlara ziyan olan prosedurlardan kənar durmağı tövsiyə edirik”, - nazir vurğulayıb.