Axtarış
The search found 105701 results in 0.052 seconds.
Search results
Hərbi xidmətdən boyun qaçıranların ölkədən çıxışı qadağan olunur
Vətəndaşların ölkədən getmək hüququnun məhdudlaşdırıldığı hallar artır.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək Vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq.
Muxalifet2 - 13-12-2024
Bağlanmış bank əməkdar jurnalist Mübariz Əsgərovu məhkəməyə verib - SƏBƏB
Əməkdar jurnalist Mübariz Əsgərov "Sabaha saxlamayaq" verilişində başına gələn hadisədən danışıb.
O iki il əvvəl fəaliyyətini donduran "Əmrah Bank"la bağlı problem yaşayıb.
Belə ki, Mübariz Əsgərov bankda hesab açdırıb. Daha sonra isə öz adına həmin bankdan 22 faizlə kreditə pul götürüb.
Bir müddət sonra bank bağlananda aparıcı kredit borcunun müəyyən hissəsinin hesabında pulla ödənilməsini tələb edib. Bank bununla razılaşmayaraq Mübariz Əsgərovu məhkəməyə verib:
Muxalifet2 - 13-12-2024
İlqar Qurbanov Şevçenko ilə görüşdü - Foto
Azərbaycan yığmasının direktoru, millinin sabiq futbolçusu İlqar Qurbanov Ukrayna futbolunun əfsanəsi, bu ölkənin Futbol Federasiyasının prezidenti Andrey Şevçenko ilə bir araya gəlib.
Bu barədə İ.Qurbanov öz instaqram hesabında paylaşım edib.
Belə ki, onlar İsveçrənin Sürix şəhərində keçirilən DÇ-2026-nın püşkatmasında görüşüb.
Muxalifet2 - 13-12-2024
Putinlə Paşinyanın görüşü planlaşdırılmır - Kreml
Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırmır.
TASS xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
Xatırladaq ki, Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının bu gün keçiriləcək iclasında iştirak etmək üçün Moskvaya səfər edib. Sözügedən şura Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın Nazirlər Kabinetinin rəhbərlərindən ibarətdir.
Muxalifet2 - 13-12-2024
Kavelaşvili ölkənin maraqlarına xidmət edən prezident olacaq
“Mixail Kavelaşvili xarici güclərə deyil, ölkənin maraqlarına xidmət edən prezident olacaq”.
“Bunu Gürcüstanın Birinci Kanalına açıqlamasında “Xalq Gücü” partiyasının üzvü Quram Maçaraşvili deyib.
“Mən əminəm ki, Mixeil Kavelaşvili Gürcüstanın prezident institutuna yanaşmasını dəyişəcək prezident olacaq. Təəssüf ki, Gürcüstanın son iki prezidenti arasında Gürcüstanın yox, xarici güclərin maraqlarına xidmət edənlər olub”, deyə Maçaraşvili əlavə edib.
Muxalifet2 - 13-12-2024
İrandakı səfirliyimizin konsulluq şöbəsi fəaliyyətini bərpa etdi
Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi fəaliyyətini bərpa edib.
Bu barədə Axar.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, 15 dekabr 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edib.
Konsulluq şöbəsinin ünvan və əlaqə vasitələri:
Muxalifet2 - 13-12-2024
Prezident 2 fərman imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 56-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Muxalifet2 - 13-12-2024
“Ümumi möhlət verilənlərdən 60 %-i Türkiyədə təhsil almağa gedir”
Azərbaycan vətəndaşı olan tələbələrə hərbi xidmətdən möhlət üçün xaricdə hansı ali məktəblərin daha çox arayış təqdim etdiyi açıqlanıb.
Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev danışıb.
Muxalifet2 - 13-12-2024
Röya Ayxan İstanbul metrolarında klip çəkdirdi
Pop kraliça Röya Ayxan "DOL" adlı yeni mahnısını təqdim edib.
Mahnının sözləri OGB-yə, musiqisi isə Kazım Cana məxsusdur.
Fərqli üslubu əks etdirən bu mahnı rəngarəng klipi ilə də diqqət çəkib.
Mahnıya çəkilən klip İstanbulun metro stansiyalarında lentə alınıb. Klipin rejissorları Türkiyədə məşhur olan Samet Eruzun və Ümit Şahindir. Onlar əvvəllər Simge, KÖFN, Emre Fel və digər məşhur sənətçilərin kliplərinə imza atıblar.
Muxalifet2 - 13-12-2024
“Suriyanı terrordan təmizləyəcəyik” - Ərdoğan
“Suriyanı terrordan təmizləyəcəyik”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Suriyalı qardaşlarımız müvəqqəti hökumət qurdular, nizam-intizam yaratmağa başladılar. Suriyanın digər bölgələrini də terror təşkilatlarından və işğalçılardan təmizləyəcək yeni hökumətin qurulmasına lazımi zəmin yaradacağıq” , - Türkiyə lideri bildirib.
Muxalifet2 - 13-12-2024
Bakı metrosunda ölüm
Qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib.
“İş vaxtı bitən, “İnşaatçılar” stansiyasında iş yerini 05:30-da tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Muxalifet2 - 14-12-2024
“Biz Azərbaycanı yaxşı tanıyacağıq” - İslandiya millinin kapitanı
“Bu, çətin, lakin eyni zamanda çox maraqlı qrupdur”. Bu sözləri İslandiyanın futbol millisinin kapitanı Yohann Berq Qudmundsson DÇ-2026-nın püşkünü dəyərləndirərkən mbl.is saytına bildirib.
Püşkün nəticəsinə əsasən, İslandiya D qrupunda Millətlər Liqasının 1/4 finalının Fransa - Xorvatiya cütünün qalibi, Ukrayna və Azərbaycan komandası ilə yarışacaq.
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubunda çıxış edən 34 yaşlı futbolçu bildirib:
Muxalifet2 - 14-12-2024
Gürcüstanda prezident seçkisi başa çatdı
Gürcüstan parlamentində keçirilən prezident seçkisi yekunlaşıb. Bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, ilk dəfə olaraq Gürcüstanda dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilib.
Əlavə edək ki, seçkidə yeganə namizəd hakim Gürcü Arzusunun təqdim etdiyi Mixail Kavelaşvilidir.
Muxalifet2 - 14-12-2024
Nazir Nicat Əliyevi vəzifədən azad etdi
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) rəisi Nicat Əliyev vəzifəsindən azad edilib.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Murad Paşayev təyin olunub.
Qeyd edək ki, Nicat Əliyev 2022-ci ilin noyabr ayında sözügedən vəzifəyə təyin edilib. Nicat Əliyev həmçinin Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb.
Muxalifet2 - 14-12-2024
"Lənkəran" ABŞ-li basketbolçusu ilə yollarını ayırıb
"Lənkəran" basketbol klubu ABŞ-li oyunçusu ilə yollarını ayırıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Cənub təmsilçisi Filmon Gebriyhitin müqaviləsinə qarşılıqlı şəkildə xitam verib.
Muxalifet2 - 14-12-2024
Dünya yeni pandemiyaya hazırdır? - ÜST-dən açıqlama
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib ki, dünya yeni pandemiyaya qismən hazırdır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində akkreditə olunmuş jurnalistlərlə görüşən Qebreyesus 2024-cü ildə səhiyyə sahəsində baş verən hadisələrlə bağlı qiymətləndirmələr aparıb.
O bildirib ki, son bir ildə vəbadan ölümlər 71, qızılcadan isə 20 faiz artıb:
Muxalifet2 - 14-12-2024
Cənubi Koreya prezidentinin səlahiyyətləri dayandırıldı: İmpiçment
Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib, onun səlahiyyətləri dayandırılıb.
Bildirilir ki, Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib. Milli Assambleyanın səsvermə zalında dövlət başçısının vəzifəsindən kənarlaşdırılmasının lehinə 204, əleyhinə isə 85 deputat səs verilib. Amma hesab olunurdu ki, istefaya daha çox deputat səs verəcək.
Muxalifet2 - 14-12-2024
Aprel ayından etibarən 4 günlük iş həftəsi tətbiq ediləcək
Yaponiya hökuməti məhsuldarlığı və ailə institutunu gücləndirmək üçün iş vaxtını dörd günə endirib.
Tokio Bələdiyyəsi tərəfindən edilən açıqlamada, aprel ayından etibarən dörd günlük iş qaydasının tətbiq ediləcəyi açıqlanıb.
Yaponiyanın paytaxtı Tokioda doğum nisbətinin artırılması üçün dörd günlük rejimi tətbiq edilir. Həmçinin övladları ibtidai sinifdə oxuyan valideynlərə də işdən vaxtından əvvəl çıxmağa icazə veriləcək. Bu imtiyazdan yararlanmaq istəyənlərin maaşlarında ixtisarlar olacaq.
Muxalifet2 - 14-12-2024
Məktəb direktorları və müəllimlərə danışmaq qadağası qoyulub?
Orta məktəb direktorları, müəllimlər mediaya danışmağa sanki qorxurlar. Bəzi iddialara görə, yuxarı qurumlardan direktor və müəllimlərə danışmaq qadağası qoyulub.
Mövzu ilə bağlı elm və təhsil eksperti Elçin Muradla maraqlı fikirlər bildirib:
Ekspert bildirib ki, məktəblərdəki problemli məsələlər gündəmə gətirilməlidir:
Muxalifet2 - 14-12-2024
Azərbaycan Rusiya qazını Qərbə SATMIR
Azərbaycanın Rusiya təbii qazını Qərbə satmağına dair iddialar açıq-aydın dezinformasiyanın bariz nümunəsi oldu. Azərbaycan Rusiya qazını Qərbə satmır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda STRATCOM-2024 çərçivəsində Azərbaycana həsr olunmuş paneldə bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı da Azərbaycana qarşı çox sayda dezinformasiya qeydə alınıb.
Muxalifet2 - 14-12-2024