Axtarış

The search found 105701 results in 0.059 seconds.

Search results

  1. Rusiyaya işləyən casus şəbəkənin üzvləri yataqdaca tutulublar - ŞOK DETALLAR

    İngiltərədə keçirilən əməliyyat nəticəsində Rusiyaya casusluq edən şəxslər saxlanılıb.

    Bu hadisədə maraqlı detallar üzə çıxıb. Rusiyaya işlədiyi iddia edilən iki bolqar polisin keçirdiyi reyd zamanı yataqda çılpaq halda tapılıb. Casus şəbəkəsinin çox peşəkarcasına işlədiyi bildirilir.

    Hadisənin maraqlı tərəfi o olub ki, saxlanılan 43 yaşlı Biser Cambazov və 32 yaşlı Katrin İvanova ilə yaşayıb. Polis basqın edərkən, Dzhambasov Vanya Qaberova (29) adlı başqa bir şübhəli ilə yataqda çılpaq olub.

    Muxalifet2 - 10-12-2024

  2. Putin: Rusiya nüvə doktrinasını sərtləşdirmir, təkmilləşdirir

    Rusiya nüvə doktrinasını sərtləşdirmir, əksinə, təkmilləşdirir.

    Rusiya KİV-ləri xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Putin bildirib.

    "Oreşnik"in kifayət qədər olması faktiki olaraq nüvə silahından istifadə zəruriliyini aradan qaldırır", - o qeyd edib.

    Muxalifet2 - 10-12-2024

  3. "Suriyada vəziyyət sabitləşəndən sonra ikitərəfli münasibətlərin bərpa olunacağına ümidvarıq" - RƏSMİ BAKI

    Azərbaycan Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Suriyada son vəziyyət barədə bəyanatında bildirilir.

    Eyni zamanda, Azərbaycanın Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır.

    Muxalifet2 - 10-12-2024

  4. Rusiyada miqrant uşaqlar ilə bağlı qanun qəbul edildi

    Rusiyanın Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanunu qəbul edib.

    Bu barədə məlumatı Dumanın spikeri Vyaçeslav Volodin öz teleqram kanalında açıqlayıb.

    “Miqrantların uşaqları rus dili biliyi olmadan məktəbə qəbul edilməyəcək”, - deyə Volodin qeyd edib. 

    409 deputat sözügedən təşəbbüsün lehinə, 1 nəfər isə əleyhinə səs verib. 

    Muxalifet2 - 11-12-2024

  5. Azərbaycanda qiymətlər yenidən artmağa başlayıb – Səbəb nədir?

    2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən 4 faiz artıb.
    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

    Muxalifet2 - 11-12-2024

  6. Messi və komanda yoldaşları Bakıda fanatları ilə görüşdülər

    Xəbər verdiyimiz kimi, dekabrın 11-də futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba Azərbaycana gəliblər.

    Muxalifet2 - 11-12-2024

  7. Prezident Qanun imzaladı

    Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Qanun imzalayıb.

    Muxalifet2 - 11-12-2024

  8. Lionel Messi və dostları Bakıda Heydər Əliyevin xatirəsini anıblar

    Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Bakıdakı Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

    Onlar ümummilli liderin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.

    Lionel Messi və dostlarını iş adamı Adnan Əhmədzadə müşayiət edib.

    Muxalifet2 - 11-12-2024

  9. Yeni ildən pensiyalar neçə manat artacaq?

    Gələn ildən pensiyaların sığorta hissəsi təxminən 9% artacaq.

    Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, pensiyaların baza hissəsi ləğv edildiyindən indi yalnız sığorta hissəsi qalıb. Bu da pensiya məbləğinin özünü formalaşdırır ki, indeksləşdirmə zamanı məbləğə nəzərdə tutulan faiz sığorta hissəsinə də təsir edir.

    Musa Quliyev əlavə edib ki, minimum pensiyanın 320 manat məbləğində olacağı proqnozlaşdırılır.

    Muxalifet2 - 11-12-2024

  10. Əsədə xəbərdarlıq etmişdik - Xamenei

    İran kəşfiyyatı üç ay ərzində Suriya Prezidenti Bəşər Əsəd hökumətinə onu təhdid edən təhlükə barədə xəbərdarlıq edib.

    Bunu İranın dini lideri Əli Xamenei vətəndaşlara bugünkü müraciəti zamanı deyib.

    “Kəşfiyyatımız bir neçə ay əvvəl Suriya hakimiyyət orqanlarına xəbərdarlıq mesajları göndərmişdi. Bilmirəm, onlar yüksək vəzifəli məmurlara çatıb, ya yox”, - o bildirib.

    Qeyd edək ki, Xamenei bugünkü çıxışında Suriyadakı rejimin devrilməsi və İranın ağır zərbə alması fonunda Tehranın siyasətinə haqq qazandırmaq üçün uğursuz cəhdlər edib.

    Muxalifet2 - 11-12-2024

  11. Baş nazir Əli Əsədov Rusiyada işgüzar səfərdədir

    Dekabrın 11-də Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfər edib.

    Bu barədə Nazirlər Kabinetindən bildirilib.

    Səfər Rusiya Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə baş tutub.

    Ə.Əsədov MDB-nin Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.

    Muxalifet2 - 11-12-2024

  12. Bir qrup silahlı şəxs Bəşər Əsədin atasının məzarını yandırıb

    Bir qrup silahlı şəxs Bəşər Əsədin atasının məzarını yandırıb.

    Bu barədə Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.

    Qeyd edək ki, Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub.

    Bəşər Əsəd dekabrın 8-də ölkəni tərk edərək Rusiyaya gedib və oradan sığınacaq alıb.

    Muxalifet2 - 11-12-2024

  13. DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı

    Beynəlxalq Futbol Federasiyası (FIFA) 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına Mərakeş, Portuqaliya və İspaniyanın ev sahibliyi edəcəyini rəsmən açıqlayıb.

    Daha üç oyun Cənubi Amerikada – Uruqvay, Paraqvay və Argentinada baş tutacaq.

    Daha əvvəl məlum olub ki, İtaliya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün Səudiyyə Ərəbistanı və Misirlə birgə ərizə verməmək qərarına gəlib. Beləliklə, Mərakeş, Portuqaliya və İspaniyanın müraciəti yeganə olaraq qalıb.

    Muxalifet2 - 11-12-2024

  14. Məhkəmə Xoşqədəm Hidayətqızına QADAĞA qoydu

    Teleaparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a qadağa qoyulub.

    Muxalifet.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

    Belə ki, Xumar Məzahir qızı Quliyeva məhkəməyə ərizə ilə müraciət edərək bildirib ki, Xoşqədəm Hidayətqızı tərəfindən şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatların yayılması hərəkətlərinə məruz qalıb.

    Muxalifet2 - 11-12-2024

  15. Entoni Blinken Azərbaycan hökumətinin jurnalistləri və fəalları həbsdən azad etməsini tələb edir

    ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanda Vətəndaş Cəmiyyəti və mediaya qarşı təzyiqlərin gücləndirlməsi ilə bağlı bəyanatla çıxış edib. 

    Muxalifet2 - 11-12-2024

  16. Suriyalıların vətəndaşlıq və qaçqın statusu ləğv edilsin - İYİ

    Suriyalı qaçqınlar bütün imtiyazlardan və sosial müavinətlərdən məhrum edilməli, həmçinin Avropa Birliyi ilə miqrantlarla bağlı razılaşma dayandırılmalıdır.

    Bunu İYİ Partiyasının başqanı Müsavat Dərvişoğlu parlamentdə büdcə dinləmələri zamanı deyib.

    O, təxminən 240 min suriyalının Türkiyə pasportlarının ləğv edilməsini, 2025-ci ilin iyulundan isə Suriyadan olan bütün miqrantların qaçqın statusundan məhrum edilməsini təklif edib:

    Muxalifet2 - 11-12-2024

  17. Danışıqlarda üçüncü ölkəyə ehtiyac yoxdur - Hacıyev

    Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur.

    Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    “Əksinə üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir”, - o əıavə edib.

    Muxalifet2 - 12-12-2024

  18. Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər

    Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

    Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

    Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Muxalifet2 - 12-12-2024

  19. Ukraynaya 40 minlik ordu yeridiləcək - Makron hazırlaşır

    Fransa Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tuskla Varşavada görüşərək, Ukraynada müharibədən sonrakı sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək.

    Bu barədə "Politiko"ya AB diplomatı və Fransa rəsmisi məlumat verib.

    Muxalifet2 - 12-12-2024

  20. Əziz Orucovun üzərindən “qaçaqmalçılıq” ittihamının götürüldüyü bildirilir

    Kanal rəhbəri hakim qarşısına tək çıxarılacaq

    “Kanal 13” internet televiziyasının Bakı ofisinin həbsdə olan rəhbəri Əziz Orucovun işi Səbail Rayon Məhkəməsinə göndərilib. Onun işinə hakim Günel Səmədovanın sədrliyilə baxılacaq.

    Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılanda ona qarşı Cinayət Məcəlləsinin 188.2 (mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülmüşdü.

    Muxalifet2 - 12-12-2024

Pages