Qanunvericilik çərçivəsində bütün şikayətlərə baxılır - Nazir
12-12-2024 12:13
Baxış sayı:
301
Qanunvericilik çərçivəsində bütün şikayətlərə baxılır.
Bu sözləri jurnalistlərlə açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir vurğulayıb ki, bütün şikayətlər araşdırılır:
"Söhbət yüzminlərlə şagirddən, onların valideynlərindən və müəllimlərdən gedir. Burada hansısa hallar ola bilər. Əgər pozuntular varsa, onlara hüquqi qiymət verilir. Məsələ tərbiyədirsə, onu da valideynlərlə həll etməyə çalışırıq".