Axtarış
The search found 105793 results in 0.032 seconds.
Search results
Sərnişin qatarı qəza törətdi - ÖLƏNLƏR VAR
Finlandiyada dəhşətli hadisə baş verib.
Ölkənin Rasepori əyalətində sərnişin qatarı zirehli transportyor ilə toqquşub. Hadisə nəticəsində qatarda olan sakinlər arasında ölən və yaralananların olduğu bildirilir.Muxalifet2 - 26-10-2017
Moskvada kinoteatr təxliyə olundu - BOMBA TAPILDI?
Moskvada anonim zəngdən sonra kinoteatrdan 100-ə yaxın adam təxliyə olunub.
Trend-in məlumatına görə, təxliyədən sonra kinoteatrda bomba axtarışları aparılıb.
Moskvada son sutka ərzində yeddi kinoteatrda da bomba qoyulması barədə anonim zənglər daxil olub.
Zənglərin heç biri öz təsdiqini tapmayıb.
Qeyd edək ki, Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bugünədək ölkənin 170-ə yaxın şəhərində 1,4 milyondan çox adam təxliyə olunub.Muxalifet2 - 26-10-2017
İsmayıllı sakinindən 2 kq-a YAXIN NARKOTİK GÖTÜRÜLÜB
İsmayıllı şəhər sakini Elməddin Ələsgərovdan 1 kiloqram 960,3 qram marixuana götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib və nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.Muxalifet2 - 26-10-2017
İstanbulda 52 mərtəbəli BİNA YANIR
Türkiyənin İstanbul şəhərində 52 mərtəbəli binada yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın binanın 15-ci mərtəbəsində qeydə alınıb.
Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.Muxalifet2 - 26-10-2017
Müstəqil mətbuatın yükünü daşıyan ADAM - MEHMAN ƏLİYEVİN 60 YAŞI TAMAM OLUR
Bu gün “Turan” İnformasiya Agentliyinin rəhbəri, tanınmış jurnalist Mehman Əliyevin 60 yaşı tamam olur.
Mehman Əliyev 1957-ci ilin 26 oktyabrında anadan olub. 1964-1974-cü illərdə orta təhsil alıb. 1988-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1988-1989-cu illərdə "Molodyoj Azerbaycana" qəzetində müxbir, 1989-1990-cı illərdə "Azərinform" Dövlət Agentliyində müxbir, 1990-1991-ci illərdə "Xazar" jurnalında məsul katib, 1993-cü ildə Prezident Aparatının ictimai əlaqələr sektorunun müdiri vəzifələrində çalışıb.Muxalifet3 - 26-10-2017
Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 HƏRBÇİ HƏBS EDİLDİ
İşğalçı Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçunun həbs edildiyi barədə xəbər yayılıb.
Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın işğal olunmuş Xocavənd rayonu istiqamətində hərbi xidmətdə olan Karen Nuricanyan həbs edilib.
Məlum olub ki, K.Nuricanyan hərbi hissədən oğurladığı silahı və ona aid sursatları ovçuluqla məşğul olan yerli sakinlərə satarkən həbs edilib. Cinayət məsuliyyətinə cəlb edilən K.Nuricanyan izahatında bu işi zabitlərin tapşırığı ilə etdiyini bildirib.Muxalifet2 - 26-10-2017
İrandan İbadiyə kritik XƏBƏRDARLIQ: ƏSLA GÜVƏNMƏYİN
İranın dini lideri Ayətullah Xameneyi, İraq baş naziri İbadiyə “ABŞ-a güvənməyin” xəbərdarlığıı edib.
İran lideri Ayətullah Əli Xameneyi, İranda səfərdə olan İraqın baş naziri Heydər əl-İbadi ilə görüşündə, "İŞİD-i ABŞ yaratdı. ABŞ-a əsla güvənməyin" deyə, xəbərdarlıq edib.Muxalifet - 26-10-2017
Türkiyədə "terror" işində saxlanılan HÜQUQ MÜDAFİƏÇİLƏRİ ZAMİNƏ BURAXILDI
Türkiyədə terror ittihamları ilə saxlanılan səkkiz hüquq müdafiəçisi məhkəmə tərəfindən zaminə buraxılıb.
Onların arasında Almaniya və İsveç vətəndaşları və beynəlxalq insan hüquqları təşkilatı Amnesty İnternational-ın rəsmisi də var.
Onlara qarşı terrorçu təşkilata üzv olmaq və dəstək vermək ittihamlarına əsasən hər şübhəlini 15 ilədək həbs cəzası gözləyə bilər. Onlar bu ittihamları təkzib edirlər.
Amnesty International işin ittihamların siyasi motivli olduğunu və tənqidçiləri susdurmaq niyyətini daşıdığını deyir.Muxalifet2 - 26-10-2017
NATO Türkiyəni TƏHDİD ETDİ
NATO Hərbi Komitəsinin sədri Petr Pavel Türkiyənin Rusiyadan S-400 alma qərarı haqqında "qərarda müstəqildirlər, amma nəticələrinə də qatlanacaqlar" deyib.
NATO Hərbi Komitəsinin sədri Petr Pavel Vaşinqtonda jurnalistlərə açıqlama verərkən Türkiyənin Rusiyadan almağı planladığı S-400 müdafiə sistemiylə əlaqədar da fikrini bildirib.Muxalifet - 26-10-2017
İsraildən İrana müharibə təhdidi: "TRAMPIN SƏYLƏRİ NƏTİCƏ VERMƏSƏ..."
Hurriyyet.org xəbər verir ki, İsrailin təhlükəsizlik naziri İsrael Katz, İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin eləmək üçün hərbi seçimə üstünlük vermək niyyətində olduqlarını bildirib.
Bu gün Yaponiyad müsahibə verən İsrail təhlükəsizlik naziri İsrael Katz deyib: “Son vaxtlar ABŞ prezidenti Trampın liderlik elədiyi beynəlxalq səylər, İranın nüvə proqramını dayandırmaq üçün kifayət eləməsə, İsrail özü hərbi hücum edəcək”.Muxalifet2 - 26-10-2017
Rəşad Dağlı Lotu Qulinin azadlıq ziyafətində - VIDEO
Xəbər verdiyimiz kimi, uzun müddətdir həbsdə yatan qanuni oğru, Lotu Quli ləqəbli Nadir Səlifov azadlığa buraxılıb.
Unikal.org-un xəbərinə görə, artıq bir neçə gündür N.Səlifovun həbsdən çıxması böyük coşqu ilə qeyd edilir. Onun şəninə ziyafət də təşkil edilib.
Həmin ziyafətlərin birində məşhur meyxanaçılar Rəşad Dağlı, Orxan Lökbatanlı, Vasif Əzimov və digərləri də iştirak ediblər.
Rəşad Dağlı məşur avtoritetlə bağlı belə bir qafiyə deyib: "Quli də bizimdi, Namiq də bizimdi...”.
Qeyd edək ki, Lotu Quli nin qardaşı Lotu Namiq də azadlığa çıxıb.
Muxalifet2 - 26-10-2017
Evlərdən oğurluqlar edən DƏSTƏ ÜZVLƏRİ TUTULDU - MASALLIDA
Masallı rayonunda evlərdən oğurluqlar edən dəstə üzvləri saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumatda bildirilib ki, Masallı şəhərində yaşayan bir qadın Rayon Polis Şöbəsinə evindən oğurluq olması barədə müraciət edib. O, sentyabrın 29-da evindən 3000 manat dəyərində 3 ədəd televizorun və digər məişət əşyalarının oğurlandığını bildirib.
Həmin gün Polis Şöbəsinə eyni məzmunlu digər bir müraciət də daxil olub.Muxalifet2 - 26-10-2017
Teatrda qarşıdurma böyüdü - PREZİDENTƏ MÜRACİƏT OLUNDU
C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının işdən azad olunan aktyoru Əjdər Zeynalovla bağlı prezident İlham Əliyevə müraciət olunub.
Muxalifet2 - 26-10-2017
Peşmərgə Mosula gedən yolu bağladı – DÖYÜŞLƏR DAVAM EDİR
Şimali İraq Kürd Muxtariyyəti bu gün səhər saatlarında baş verən peşmərgə ilə İraq ordusu arasındakı silahlı toqquşmalara görə Ərbilin Duhok vilayəti ilə Mahmur qəsəbəsində Mosula gedən yolu bağlayıb.
Peşmərgə Ərbil-Mosul arasındakı quru yolda nəzarət nöqtələri yaradaraq, avtomobillərin giriş-çıxışına icazə vermir.
İraq ordusu və Haşdi Şabi ilə peşmərgə gücləri arasında Mosulun şimal-qərbində və cənubundakı Mahmur qəsəbəsində, həmçinin, Kərkükün şimalında Altunkörpü qəsəbəsində toqquşmalar davam edir.Muxalifet2 - 26-10-2017
Rusiyada 200-dən çox AGENT DEŞİFRƏ EDİLDİ
İlin əvvəlindən terrorçuluqla bağlı 43 cinayətin qarşısı alınıb, xarici kəşfiyyat idarələrinin 30-a yaxın əməkdaşının fəaliyyəti zərərsizləşdirilib.
Muxalifət.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabit və prokurorlarla görüşü zamanı bildirib.Muxalifet2 - 26-10-2017
Xaldan-Mingəçevir YOLUNDA AĞIR QƏZA
Xaldan-Mingəçevir yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, günorta saatlarında Yevlaxın Əkşəm kəndi ərazisində “Nissan X Trail” markalı, 90 ON 305 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Deformasiyaya uğrayan avtomobilin sürücüsü, 1942-ci il təvəllüdlü Baxışov Ziyəddin Mirəli oğlu və onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Həsənova Səfurə Kərəm qızı xəsarət alıblar.Muxalifet2 - 26-10-2017
Ermənistanda əsgər analarının etirazı: "Sarkisyan cinayətkardır" (VİDEO)
Bu gün Ermənistanda hökümət binasının qarşısında əsgər anaları tərəfindən etiraz aksiyası keçirilib
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar müdafiə naziri Vigen Sarkisyanla görüşmək istədiklərini deyiblər.
Etirazçıların sözlərinə görə, ordu rəhbərliyi yalnız danışmaqla məşğuldur, lakin orduda qətl hallarının qarşısının alınması üçün heç bir iş görülmür.
"Prezident Serj Sarkisyan Vigen Sarkisyanı bitki kimi yetişdirib. Buna görə onlar bir-birini yaxşı qiymətləndirirlər" - etirazçı əsgər anası deyib.Muxalifet2 - 26-10-2017
Avtobuslarda gediş haqqı artacaq? - RƏSMİ CAVAB
Bakı Nəqliyyat Agentliyi son dövrlər müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara cavab verib.
Muxalifet2 - 26-10-2017
Əsl dostumuz kürdlərin yanında olmalıyıq – MAKKEYN
Kərkükdə İraqa aid hərbi birləşmələrlə peşmərgənin toqquşması çox təhlükəlidir.
Bu sözlər amerikalı senator Con Makkeynin “Nyu York Tayms” qəzetindəki məqaləsində yer alıb.Muxalifet2 - 26-10-2017
İndoneziyada partlayış: 27 ÖLÜ
İndoneziyada fabrikdə güclü partlayış baş verib.
Muxalifət.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış paytaxt Cakartanın qərbində yerləşən Tangerangdakı fişəng fabrikində qeydə alınıb.
Nəticədə 27 nəfər ölüb, 35 nəfər yaralanıb. Partlayışdan əvvəl fabrikdə yanğın olub.Muxalifet2 - 26-10-2017