Peşmərgə Çin raketləri ilə tankı vurdu - ABŞ ŞOKDA - VİDEO

Peşmərgə İraq ordusuna aid, ABŞ istehsalı olan “M1A1 Abrams” tankını Çin istehsalı olan “HJ-8” raketilə məhv edib.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, bu fakt “War Is Boring” dərgisinin peşmərgəyə aid videosunu analiz etdikdən sonra ortaya çıxıb.
Hadisə oktyabrın 20-də Kərkükdə baş verən qarşıdurmalar zamanı olub. Çin rəsmi olaraq peşmərgəyə silah satmadığına görə, raketin 20140-cü ildə İŞİD-in əlindən alınmış ola biləcəyi təxmin edilir. İŞİD-in də bu silahı Suriya ordusundan ələ keçirdiyi, Suriyanın isə raketi Qətərdən aldığı ehtimal olunur.
Qeyd edək ki, Çin “HJ-8” raketlərini Sudan, Misir, BƏƏ və Pakistan da daxil olmaqla, 19 ölkəyə satır.