Axtarış
The search found 105793 results in 0.043 seconds.
Search results
Bilsuvarda “QAZEL” 12 YAŞLI QIZI VURDU
Dünən axşam saatlarında Biləsuvar rayonunun Xırmandalı kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet2 - 26-10-2017
Peşmərgələr İraq ordusu QARŞISINDA DİZ ÇÖKDÜ - FOTO
Iraq ordusuyla döyüşə girən Peşmərgələrin yaxalandığı və diz çökdürüldüğü fotoşəkillər böyük səs saldı.
Muxalifet - 26-10-2017
37 yaşlı kişi özünü yaşadığı binanın damından atdı - BAKIDA
APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Tural Müzəffər oğlu Hacıyev yaşadığı binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil. Onun spirtli içki aludəçisi olduğu bildirilir.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.Muxalifet2 - 26-10-2017
Ukraynada sui-qəsdi Kadırov törədib - İTTİHAM
Ukraynalı deputat İqor Mosiyçuka qarşı sui-qəsdin arxasında Çeçenistan lideri Ramzan Kadırov dayanır.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın Radikal Partiyasından olan deputat Dmitri Linko paylaşıb. O, buna heç bir şübhəsinin olmadığını bildirib.
Qeyd edək ki, dünən Mosiyçuka qarşı sui-qəsd təşkil olunub. Partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Ağır yaralanan Mosiyçuk hazırda xəstəxanadadır.Muxalifet2 - 26-10-2017
SƏUDİYYƏLİ NAZİRİN RAKKA SƏFƏRİ – Xarabazara çevrilmiş şəhərin yenidən qurulması Riyadın boynuna qoyulub - TƏHLİL
Səudiyyə Ərəbistanının Körfəz işləri üzrə dövlət naziri Samir əs-Sübhanın ABŞ-lı səlahiyyətlilərlə Suriyanın Rakka şəhərinə reallaşdırdığı səfər diqqəti Riyad rəhbərliyinin bu bölgəyə olan marağına çevirib. Nazir Sübhan, ABŞ dəstəkli PKK / PYD tərəfindən ələ keçirilən Rakka şəhərinin Ayn İsa bölgəsi və bəzi kəndlərini gəzərək burada yerli rəsmilərlə görüşlər keçirib.
Sübhanın ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett MakQurk ilə birlikdə reallaşdırdığı bu səfər Riyad rəhbərliyinin yeni Suriya siyasətinin də ipuclarını verir.Muxalifet2 - 26-10-2017
Tanınmış jurnalist FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Tanınmış jurnalist, "Ədalət", "Təzadlar" və "Həftə içi" qəzetlərində müxbir vəzifəsində çalışan Səxavət Məmmədli faciəvi şəkildə ölüb.
BakuPost.az xəbər verir ki, hadisə Şirvan şəhərində olub. Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.Muxalifet2 - 26-10-2017
RÜFƏT DADAŞOV: "Azərbaycan millisinə qayıtmaq istəyirəm"
Almaniyanın səviyyəcə dördüncü Regional liqasının Şimal-Şərq divizionunda çıxış edən Berlin "Dinamo"sunun futbolçusu Rüfət Dadaşov yenidən Azərbaycan milli komandasına qayıtmaq istəyir.
Bu barədə 26 yaşlı hücumçunun özü "Pressreader" nəşrinə açıqlamasında deyib.Muxalifet2 - 26-10-2017
İstanbulda atışma: YARALILAR VAR
Türkiyənin İstanbul şəhərində iki silahlı qrup arasında atışma olub.
Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, atışma nəticəsində iki nəfər yaralanıb.
Hadisə yerinə polis bölmələri gəlib. Silahlı şəxslər axtarılır.Muxalifet2 - 26-10-2017
Türk ordusu Simon qalasını ƏLƏ KEÇİRDİ
Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərinin sərhədində yerləşən Simon qalasına yerləşib.
Bu barədə “Xəbərtürk” məlumat yayıb. Bununla da türk ordusunun İdlib ilə Afrin arasındakı sərhəd xəttinə nəzarəti ələ keçirdiyi bildirilir.
Həmçinin, Afrin əməliyyatı üçün İdlibə hərbçi və zirehli texnikaların daşındığı vurğulanıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun Afrində əməliyyatlara başlayacağını açıqlayıb.Muxalifet2 - 26-10-2017
Rusiya dünyanı dəhşətə gətirən silahını üzə çıxartdı: FRANSANI XƏRİTƏDƏN SİLƏCƏK...
Rusiya dünyanı qorxuya salan “Satan-2” termonüvə silahını sınaqlarına başlayıb.
“Satan-2” Fransa böyüklüyündə ərazini bir atışla kül etmək gücünə sahibdir. Həmçinin, 10 min kilometr uzaqlıqdakı hədəfi vura bilir.
“Satan-2” ABŞ-ın II Dünya müharibəsinin sonunda Xirosima və naqasakiyə atdığı atom bombasından 2000 dəfə daha güclüdür.
40 meqaton ağırlığında döyüş başlığı daşıya bilən bu silah Fransa böyüklüyündə bir ərazini xəritədən silə bilmək gücünə malikdir.Muxalifet2 - 26-10-2017
Gəncədə avtoritetlər arasında ATIŞMA: yaralı var
Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.
Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb.
Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.
Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.Muxalifet2 - 26-10-2017
Прокуроры опять обвиняют Зию Мамедова
Шведские прокуроры опротестовали решение суда Стокгольма, в соответствии с которым сотрудник компании Bombardier российский гражданин Евгений Павлов, обвинявшийся в участии в подкупе чиновника в Азербайджане с целью добиться для компании контракта на $340 млн, был отпущен на свободу, сообщает haqqin.az со ссылкой на иностранные СМИ.
Muxalifet3 - 26-10-2017
Nəvaz Şərif həbs edilir – QƏRAR VERİLDİ
Pakistan Ali Məhkəməsi keçmiş baş nazir Nəvaz Şərifin həbsinə order verib.
Bu barədə informasiyanı Pakistan mətbuatı yayıb. Şərifin həbsinə orderin verilməsinə onun öz məhkəmə prosesinə gəlməməsi səbəb olub.
Şərifin vəkilləri bundan öncə eks-baş nazirin məhkəməyə həyat yoldaşı Begüm Gülsümün xəstəliyi ucbatından gələ bilməyəcəyini söyləsələr də, məhkəmə xahişi qəbul etməmişdi.
Pakistan mətbuatı isə artıq Şərifin ölkədə olmadığı haqqında informasiya yayıb. Onun Səudiyyə Ərəbistanına qaçdığı iddia edilib.Muxalifet2 - 26-10-2017
Жириновский устроил скандал в прямом эфире ВИДЕО
Лидер российской партии ЛДПР Владимир Жириновский в эфире вечернего шоу Владимира Соловьева пришел в ярость во время дискуссии с депутатом Государственной думы от фракции «Единая Россия» Константином Затулиным, сообщают «Вести.Ru».
Отмечается, что Затулин напомнил Жириновскому об обещаниях его партии перед выборами в 1993 году, чем вызвал приступ ярости у лидера ЛДПР.
«Владимир Вольфович, в свойственной ему экспрессивной манере, обрушил на оппонента град непарламентских выражений, в том числе обвинил Затулина во лжи», — говорится в публикации.Muxalifet3 - 26-10-2017
ABŞ-ın terrorçulara silah GÖNDƏRDİYİ YOL BAĞLANDI
İraq ordusu terror təşkilatı PKK/PYD'nin mövqedən çəkilməsindən sonra Rabia Sərhəd Məntəqəsini geri aldı.
Muxalifet - 26-10-2017
“Nar” şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir
Göstərdiyi rabitə xidmətlərini davamlı olaraq təkmilləşdirməklə öz abunəçilərinə sərfəli qiymətlər təklif edən “Nar” şəbəkənin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində apardığı işləri uğurla davam etdirir. Xüsusilə bölgələrdə 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM (Asynchronous Transfer Mode) texnologiyalı transmissiya xətləri müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP (Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz edilmişdir.
Muxalifet3 - 26-10-2017
İbadidən Bərzaninin TƏKLİFİNƏ ŞOK CAVAB
İraqın baş naziri İbadi, İKBY rəhbəri Bərzaninin 25 sentyabrda keçirilən referendumun nəticələrinin dondurulması təklifinə qarşı çıxdığını açıqlayıb.
İbadi, qeyri-qanuni referandumun tamamilə ləğv olunmasını tələb edib.
Qeyd edək ki, IKBY rəhbəri Bərzani, Iraq höküməti ve beynəlxalq ictimaiyyətə “referendumun nəticələrinin dondurulması və dialoqa başlanması” təklifi ilə çıxış etmişdi.Muxalifet - 26-10-2017
Rusiya tankları Ermənistan dağlarında döyüşə başladı - Cəbhə boyu HÜCUM
Ermənistandakı Rusiya qoşunları dağlarda “tank duelləri” təlimlərinə başlayıb.
Dağlarda keçirilən təlimlərdə T-72B tankları Alaqyaz piloqonunda şərti rəqibi məhv edəcək. Bundan başqa, tankçılar gündüz və gecə vaxtı taktik-texniki hazırlıq keçərəcəklər.
Ssenariyə görə, səngərdə maskalanan tanklar gizli şəkildə cəbhə üzrə təkbətək döyüş aparacaq.
Təlimdə 30 texnika və 100 hərbiçisi iştirak edir.Muxalifet2 - 26-10-2017
İŞİD-çilər bu ölkələrə geri dönür - SİYAHI
ABŞ-ın “Soufan Qrup” (Soufan Group) konsaltinq şirkəti İŞİD sıralarındakı xarici muzdlu döyüşçülərin sayını açıqlayıb.
Bu barədə şirkətin rəsmi saytında hesabat dərc olunub.Muxalifet2 - 26-10-2017
Gəncədəki atışma ilə bağlı açıqlama - POLİSİ HƏDƏLƏYƏRƏK QAÇIB...
Gəncədə kriminal aləmə yaxın şəxslərin atışması ilə bağlı rəsmi açıqlama verilib.
Muxalifət.az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 25-də saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib. Bu zaman E.Nəsirov tapançadan Q.Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib, habelə N.Kərimov tüfəngdən bir dəfə atəş açıb, xəsarət alan olmayıb.Muxalifet2 - 26-10-2017