Axtarış

The search found 105793 results in 0.025 seconds.

Search results

  1. Trampın seçki kampaniyası rəhbərinin pul yumada iştirakı araşdırılır

    ABŞ prezidenti Donald Trampın sabiq seçki kampaniyası rəhbəri yeni hüquqi problemlərlə üzləşmək üzrədir.
     
    Mətbuatın yaydığı məlumata görə, Nyu Yorkun Cənub Mahalının prokuroru, Pol Manafortun ehtimal edilən pul yuma əməliyyatlarında iştirakını araşdırır.
    Manafort Trampın seçki kampaniyasının aparıcı fiquru olduğundan onun adı həmin kampaniya ilə Rusiya höküməti arasında mümkün əlaqələri araşdıran xüsusi müstəntiq Robert Müllerin təhqiqatında tez-tez hallanır.
    Bu ana qədər Manafort istintaqla bağlı heç bir ictimai bəyanat yaymayıb.

    Muxalifet - 25-10-2017

  2. Demokratlardan Trampa Tvitter İRADI

    ABŞ Senatındakı demokratlar Tvitter fenomeni, ABŞ prezidenti Donald Trampı tənqid edib.
    Demokratların lideri hesab olunan Çak Şumer prezidentin Tvitter”dəki paylaşımlarını dayandırıb. vəzifə səlahiyyətlərini yerinə yetirməsi gərəkdiyini dilə gətirib.
    Mətbuata açıqlama verən Ç.Şumer onu da qeyd edib ki, prezident sadəcə virtual dünyada yaşayır:

    Muxalifet2 - 25-10-2017

  3. ​Moskvada ofis binasında YANĞIN - 300 NƏFƏR TƏXLİYƏ OLUNDU

    Moskvanın şimalında ofis mərkəzində yanğın baş verib.
    Trend-in məlumatına görə, yanğın səkkiz mərtəbəli binanın ikinci mərtəbəsində başlayıb.
    Hadisə ilə əlaqədar binadan 300-ə yaxın adam təxliyə olunub.
    Bir müddət sonra yanğının qarşısını almaq mümkün olub.
    Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb.

    Muxalifet2 - 25-10-2017

  4. "Avropa Şurası Azərbaycana qarşı sanksiya tətbiq edilməsi məsələsində ciddidir" – Rəsul Cəfərov

    Amerikanın Səsinə müsahibə verən REAL Hərəkatının idarə heyətinin üzvü Rəsul Cəfərov Avropa Şurasının Azərbaycanla münasibətlərinin gələcəyinə münasibət bildirib.
     
    REAL Hərəkatının idarə heyətinin üzvü Rəsul Cəfərovun sözlərinə görə, Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı səs-küy əslində hakimiyyətin özünün planıdır və məqsədləri də etdikləri blefin həcmini şişirtməklə cəmiyyətdə səhv təəssürat yaratmağa çalışırlar.

    Muxalifet - 25-10-2017

  5. ​Cənubi Osetiya Kataloniyada nümayəndəlik açdı

    Qondarma Cənubi Osetiya Kataloniyada öz rəsmi nümayəndəliyini açıb.
    Bunu “Reqnum” agentliyinə açıqlamasında qondarma respublikanın “xarici işlər naziri” Dmitri Medoyev söyləyib. Onun sözlərinə görə, “rəsmi nümayəndəlik” oktyabrın 24-də açılıb.
    Qeyd edək ki, Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra bu qondarma respublika yaranıb. Moskva bu müdaxilədən az sonra Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıb.

    Muxalifet2 - 25-10-2017

  6. ​İŞİD Rusiyanı DÇ İLƏ HƏDƏLƏDİ

    İŞİD terror təşkilatı Rusiyanı təhdid edib. “Qafqazinfo” xəbər verir ki, onlar gələn il Rusiyada keçiriləcək dünya çempionatının stadionlarını partlatmaqla qorxudub.
    Ümumiyyətlə, terrorçular son vaxtlar sosyal mediadakı hesablarından DÇ-lə bağlı təhdid dolu şəkillər paylaşmağa başlayıblar. Bu paylaşımlarda ən çox yadda qalanı isə Messi ilə bağlıdı.

    Muxalifet2 - 25-10-2017

  7. "Aslan İsmayılov barəsindəki istintaq davam etdirilir" - Bakı Şəhər Polisi

    Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) vəkil Aslan İsmayılovun ona qarşı qondarma cinayət işinin açılması və saxta ittiham irəli sürülməsi barədə fikirlərinə münasibət bildirib.  
     

    Muxalifet - 25-10-2017

  8. Milli Şuranın mitinqinə icazə verildi

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 28-də mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verib.
     
    Bu barədə Milli Şura üzvləri sosial şəbəkədə yazıb.
    Qeyd edək ki, Milli Şura keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət etmişdi.

    Muxalifet - 25-10-2017

  9. ​Dini lideri qaynar qazana atıb bişirdilər - DƏHŞƏTLİ RİTUAL - VİDEO

    Malayziyanın daosizm dini sektasının lideri öz inanclarına uyğun ritual zamanı ölüb.
    Hurriyyet.org xəbər verir ki, bu sektanın inancına görə, dini lider qazanda diri-diri bişirilməyə dözməliymiş. Dəhşətli ritual oktyabrın 23-də Ayer-Tavar şəhərindəki Sanglang Qringlog məbədinin yanında baş verib. Onların inancına tapınanlar 9 imperator Allaha bayram keçiriblər.

    Muxalifet3 - 25-10-2017

  10. Nümayəndəlik institutunun ləğvi barədə qanun yenidən parlamentdə

    Milli Məclisin oktyabrın 31-də keçiriləcək iclasının gündəliyinə 3 məsələ əlavə olunub.
     
    Bunlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərdir. Hər üç sənədə təklif olunan dəyişiklik nümayəndələrin fəaliyyətinin qadağan olunması ilə bağlı məsələdir.
    Bununla da, iclasın gündəliyindəki məsələlərin sayı 38-ə çatıb.

    Muxalifet - 25-10-2017

  11. ​Azərbaycan gələn il mis hasilatını kəskin artıracaq

    Gələn il Azərbaycanda 5 471,5 kq qızıl filiz və konsentratının hasil olunacağı proqnozlaşdırılır. Bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 3% artım deməkdir.
    Muxalifet.az report-a istinadan xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı 3 il üzrə iqtisadi proqnozlar göstəricilərinə istinadən xəbər verir.

    Muxalifet2 - 25-10-2017

  12. ​Nazirlər Kabinetində qaçqınlarla bağlı iclas keçirilib

    Nazirlər Kabinetində ölkənin mövcud qanunvericiliyində (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa) “əlavə himayə” anlayışının daxil edilməsi təşəbbüsü üzrə görülmüş işlər və nəzərdə tutulan tədbirlərin müzakirəsi ilə bağlı iclas keçirilib.

    Muxalifet2 - 25-10-2017

  13. Canavarlar 2 kəndə hücum çəkdi

    Şəkidə 2 kəndə hücum çəkən canavarlar 18 baş qoyunu parçalayıb.
     
    Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə bugün səhər saatlarında Şəkinin Çeşməli və Öryət kəndlərində baş verib.
    Çeşməli kənd sakini Oruc Məmmədovun həyətinə girən canavarlar orada olan 10 baş xırdabuynuzlu heyvanı parçalayıb.
    Öryət kəndində isə 2 təsərrüfata girən canavarlar 8 baş qoyunu parçalayıb.
    Şəki Rayon Baytarlıq İdarəsinin əməkdaşları ərazilərə baxış keçirib
     

    Muxalifet2 - 25-10-2017

  14. Nasistlərin 10 maraqlı mirası - şosedən tutmuş, ov qadağasınadək...

    Nasistlər dünyaya qorxu gətirmələrinə baxmayaraq, o vaxtkı Almaniyanın tibb sahəsindən tutmuş, heyvan hüquqlarına qədər bir çox mövzuda maraqlı nailiyyətləri olub.
    Muxalifet.az nasistlərdən qalma 10 maraqlı faktı təqdim edir:
    1. Tibb sahəsindəki nailiyyətlər

    Muxalifet2 - 25-10-2017

  15. ​Gədəbəydə torpaq üstündə kütləvi dava

    Gədəbəy rayonunda torpaq üstündə kütləvi dava baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.
    Belə ki, qonşular arasında düşən kütləvi dava zamanı kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Fətman qızı Quliyeva başından küt alətlə ağır zərbə alaraq yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.
    Dava zamanı qarşı tərəfdən də iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, xəstəxanaya müraciət etməyiblər.

    Muxalifet2 - 25-10-2017

  16. ​Putinin azad etdiyi Çiygöz və Umerov Ankarada

    Krım Tatar Məcslisinin spiker köməkçiləri Axtem Çiygöz və İlmi Umerovu gətirən təyyarə Ankaraya enib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin sözcüsü Svyatoslav Tseqolko məlumat verib.
    Tseqolko bildirib ki, Ukrayna prezidentinin tapşırığına əsasən, Çiygöz və Umerovu bu ölkənin Ankaradakı səfiri qarşılayacaq və onların rahatlığı təmin ediləcək.
    Qeyd edək ki, hər iki şəxs Krım tatarlarının önəmli nümayəndələrindən hesab edilir. Onlar Krımın Rusiya tərəfindən anneksiyasından bir müddət sonra həbs olunmuşdular.
     

    Muxalifet2 - 25-10-2017

  17. ​Noyabrın 1-dən şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək

    Noyabrın 1-dən Azərbaycanın orta ümumtəhsil məktəblərinin 1-11-ci siniflərində oxuyan şagirdlərin sayının “Şagird-məzun” sisteminə daxil edilməsinə başlanacaq.
    Muxalifet.az-ın apa-ya istinadən xəbərinə görə, bu proses Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar rayon (şəhər) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə təqvim planında əksini tapıb. 
     

    Muxalifet2 - 25-10-2017

  18. ​Azərbaycanda internet sürətinin zəifləməsinin səbəbi açıqlandı – ÖDƏDİYİNİZ MƏBLƏĞ BORCU ÖDƏMİR – EKSKLÜZİV

    “Delta Telekom LTD” MMM son vaxtlar Azərbaycanda internetin sürətində yaranan problemlərə aydınlıq gətirib.
    Muxalifet.az xəbər verir ki, “Delta Telekom LTD” MMM-dən ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq onlara olan borclarını ödəmir və nəticədə maliyyə çətinlikləri yaranıb:

    Muxalifet2 - 25-10-2017

  19. ​Onları ən sərt şəkildə cəzalandırmaq lazımdır – Politoloq

    İraqda kürd separatçılarının və onları himayə edən güclərin “müstəqillik” layihəsinin fiaskoya uğraması, eyni zamanda, region dövlətlərinin xarici müdaxiləyə və separatizmə qarşı vahid mövqe sərgiləmələri indiki dönəmdə çox önəmli haldır.
    Bu sözləri açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. Analitikin sözlərinə görə, bu hal regionda mövcud olan latent münaqişələrin və gizli separatizm meyillərinin qarşısının alınmasında presedent rolunu oynaya bilər:

    Muxalifet2 - 25-10-2017

  20. ​SOCAR-ın avtobusu jurnalisti vurub öldürdü

    Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az-ın APA-ya istinadən xəbərinə görə, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.
    Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib. 
    S. Məmmədlinin tanınmış jurnalist olduğu, Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərdiyi bildirilir.
     

    Muxalifet2 - 25-10-2017

Pages