​İŞİD-çilər bu ölkələrə geri dönür - SİYAHI

ABŞ-ın “Soufan Qrup” (Soufan Group) konsaltinq şirkəti İŞİD sıralarındakı xarici muzdlu döyüşçülərin sayını açıqlayıb.
Bu barədə şirkətin rəsmi saytında hesabat dərc olunub.
“Xilafət xaricində: xarici döyüşçülər və onların geri qayıdış təhlükəsi” adlı hesabatda İŞİD sıralarında 3417 rusiyalının döyüşdüyü bildirilib. Şirkətin hesablamalarına əsasən, dünyada İŞİD sıralarına ən çox muzdlu cəlb olunan ölkə Rusiyadır. Siyahıda ikinci yerdə Səudiyyə Ərəbistanı (3224 nəfər), üçüncü sırada İordaniya (3 min nəfər), sonrakı yerlərdə isə Tunis (2926 nəfər) və Fransa (1910 nəfər) qərarlaşıb.
Şirkətin hesablamalarına görə, İŞİD sıralarında döyüşən 400 nəfər Rusiyaya, 760 nəfər Səudiyyə Ərəbistanına, 250 nəfər İordaniyaya, 800 nəfər Tunisə və daha 271 nəfər isə Fransaya geri dönüb.