37 yaşlı kişi özünü yaşadığı binanın damından atdı - BAKIDA

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Tural Müzəffər oğlu Hacıyev yaşadığı binanın damından özünü atıb. Nəticədə  o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil. Onun spirtli içki aludəçisi olduğu bildirilir.  
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.