Axtarış

The search found 105793 results in 0.026 seconds.

Search results

  1. "Əhali əvvəlki ağır işlərdə işləmir, amma yenə də bundan məmnun deyillər..." - SƏBƏB

    Yaşadığımız dövrün ən aktual problemlərindən biri də işə olan laqeydlik, həvəssizlikdir. Hər gün ictimai nəqliyyatda - metroda, avtobusda işə gedən insanları görəndə insanda belə bir fikir formalaşır: "Onlar öz işlərini sevmirlər". Maraqlıdır, işə olan laqeydlik, istəksizlik nədən qaynaqlanır? Bu biganəlikdir, yoxsa ruh düşkünlüyü?

    Zəhmətkeşlərin yerini tənbəllər alıb

    Muxalifet2 - 25-10-2017

  2. ​Azərbaycan pasportu dünya reytinqdə

    “Passport index” araşdırma portalı sahiblərinin viza olmadan neçə ölkəyə ziyarət edə biləcəkləri əsasında pasport reytinqini dərc edib.
    Muxalifet.az-ın məlumatına görə, Azərbaycan pasportu 2017-ci ilin oktyabr ayı üçün olan reytinqdə 63-cü yeri tutub.
    Qeyd edək ki, pasportun nüfuzu sahibinin vizasız səfər edə biləcəyi (və ya sərhəddə viza ala biləcəyi) ölkələrin sayı ilə qiymətləndirilir.

    Muxalifet2 - 25-10-2017

  3. ​Bərzaninin sözçüsü: Qalib olmayacaq

    Ərbil və Bağdad münaqişəsinin qalibi olmayacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin mətbuat xidmətinin sözçüsü Kifah Sincari deyib.
    "Ərbil və Bağdad arasındakı döyüşdə qalib olacağını düşünmürəm və biz bu qarşıdurmaların hər iki tərəf üçün həlli olmayacaq nəticələrə gətirib çıxarmasından ehtiyatlanırıq. Mövcud problemlərin həlli üçün qızıl bir fürsət var", - Sincari qeyd edib.
     

    Muxalifet2 - 25-10-2017

  4. ​Trampdan yeni qərar: 11 ölkə vətəndaşları 90 gün...

    ABŞ Prezidenti Donald Trampın imzaladığı qərara əsasən, 3 ay müddətində 11 ölkədən gələcək miqrantlar 90 gün ərzində nəzarət altında saxlanılacaq.
    Muxalifet.az xəbər verir ki, Trampın qərarında hansı 11 ölkənin adının olduğu barədə məlumat verilməyib.
    ABŞ Dövlət katibi Reks Tillerson bəyanatında bildirib ki, qərarın məqsədi ABŞ xalqını qorumaqdır: "Verilən yeni qərarların məqsədi ABŞ-ın dünyanın ən çox zərər görən insanlarına yardım etməkdir".
     

    Muxalifet2 - 25-10-2017

  5. ​Günəşin səthində ləkələr müşahidə olunur - Babayev

    Bir neçə gün əvvələdək günəşin səthində ləkələr müşahidə olunmayıb. Artıq bu ləkələr yaranmağa başlayıb və onların sayı hazırda 23-ə bərabərdir. Bəzi hallarda Günəş ləkələrinin yaxınlığında alışma və bundan sonra plazma kütləsinin atılması halları qeydə alınır.
    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Elçin Babayev oktyabrın 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.

    Muxalifet2 - 25-10-2017

  6. ​Nazir yeni komandir təyin etdi

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taboruna yeni komandir təyin edilib.
    Muxalifet.az əldə etdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə vəzifəsindən azad edilən ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin yerinə ədliyyə polkovnik-leytenantı Azad Maşanov təyin olunub.
    A.Maşanov bu vəzifəyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayından gətirilib. O bu gün nazirliyin rəhbər şəxsləri tərəfindən Konvoy taboruna təqim edilib.
     

    Muxalifet2 - 25-10-2017

  7. ​Braziliya prezidenti xəstəxanaya yerləşdirildi

    Brazilyanın 77 yaşlı prezidenti Mişel Temer səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.
    Muxalifet.az xəbər verir ki, bu haqda məlumatı “Globo” telekanalı verib. Ona qismən koroner arteriya tıxanması diaqnozu qoyulub.
    Prezidentin sözçüsü Temerin xəstəxanada müayinə olunduğunu bilidirb.
    Qeyd edək ki, Deputatlar Palatası çərşənbə günü prezidentə qarşı ikinci korrupsiya iddiası ilə əlaqədar səsvermə planlaşdırırdı.
     
     

    Muxalifet2 - 25-10-2017

  8. ​Eynşteynin xoşbəxtlik resepti: 1,56 milyon dollara...

    Albert Eynşteynin xoşbəxt həyat reseptinin yazıldığı qeyd Qüdsdə keçirilən hərracda 1,56 milyon dollara satılıb.
    Muxalifet.az xəbər verir ki, bu qeydi Eynşteyn 1922-ci ildə Tokio otelinin kuryerinə bəxşiş qismində verib. Nobel mükafatı ilə təltif olunduğundan yenicə xəbər tutan alim kuryerə deyib ki, ola bilsin, bu qeyd bəxşişdən çox-çox qiymətli olacaq.

    Muxalifet2 - 25-10-2017

  9. ​"Real"ı tərk edəcəm - Zidan

    Bir gün "Real"ı tərk etmək məcburiyyətində qalacam.
    Muxalifet.az xəbər verir ki, bunu İspaniyanın "Real" klubunun fransalı baş məşqçisi Zinəddin Zidan deyib.
    "Futbol sürətlə inkişaf edir. Buna adaptasiya olmaq lazımdır. Bilirəm ki, bir gün "Real"ı tərk etmək məcburiyyətində qalacam. Mən buna hazıram", - Zidan qeyd edib.
     

    Muxalifet2 - 25-10-2017

  10. ​Bu ölkədə nəhəng layihə həyata keçirəcəyik - Ərdoğan

    Özbəkistanda nəhəng layihəni həyata keçirəcəyik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özbəkistanlı həmkarı Şövkət Mirziyayev ilə görüşü zamanı deyib.
    “Özbəkistanda turizm baxımından Səmərqənd, Buxara, Daşkənd önəmli yer tutur. Dağ turizmi ilə bağlı önəmli və nəhəng layihəni Özbəkistanda həyata keçirməyi planlaşdırırıq”, - Ərdoğan bildirib.
    O, həmçinin həmkarı ilə regional problemləri də müzakirə etdiyini qeyd edib.
     

    Muxalifet2 - 25-10-2017

  11. Qaçan məhbuslara görə işdən çıxarılan komandirin yerinə yeni – TƏYİNAT

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taboruna yeni komandir təyin edilib.
    Muxalifet.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə vəzifəsindən azad edilən ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin yerinə ədliyyə polkovnik-leytenantı Azad Maşanov təyin olunub.
    A.Maşanov bu vəzifəyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayından gətirilib. O bu gün nazirliyin rəhbər şəxsləri tərəfindən Konvoy taboruna təqdim edilib.
     

    Muxalifet2 - 25-10-2017

  12. Metroda bunu etsəniz 50 manat cərimələnəcəksiniz — RƏSMİ XƏBƏRDARLIQ

    Bakı metrosundan istifadə edənlər bu nəqliyyat növündə müəyyən hərəkətləri edərkən cərimələnə bilərlər. Bu cərimələr İnzibati Xətalar Məcəlləsində öz əksini tapır.
    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev  ölkə.az-a açıqlamasında bildirib ki, bu cərimələrdən xəbəri olmayanlar demək olar ki, hər gün bu qaydaları pozurlar. Onun sözlərinə görə, belə qaydalardan biri də qatarın qapılarını saxlamaqdır.

    Muxalifet2 - 25-10-2017

  13. ​ABŞ-da qalmaqal — Trampın üstünə Rusiya bayrağı atdılar

    ABŞ-da ölkə prezidenti ilə bağlı növbəti qalmaqal baş verib.
    Muxalifet.az xəbər verir ki, prezident seçildiyi gündən bu yana Rusiya qalmaqalı ilə başı dərddə olan Tramp Konqres binasında etiraza hədəf olub.
    Respublikaçılarla iclasa tələsən Trampın yanında senat lideri Mitç MakKonnell də olub.
    Rayan Kleyton adlı aksiya iştirakçı "Tramp xəyanətdir"- deyərək əlindəki rus bayraqlarını prezidentin üstünə atıb. Tramp bu hərəkətə heç bir reaksiya verməyib.

    Muxalifet2 - 25-10-2017

  14. ​“Lotu Quli” Gürcüstandan çıxarıldı - O, ÖLKƏNİ TƏRK EDƏRƏK...

    Ötən gün 21 illik həbs həyatından sonra azadlığa buraxılan “Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifov doğulduğu Gürcüstanı tərk edib.
    Muxalifet.az xəbər verir ki, lent.az-ın “Lotu Quli”yə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Gürcüstan hökuməti Azərbaycanda azadlığa buraxıldıqdan sonra bu ölkəyə, doğma kəndinə gedən kriminal aləm nümayəndəsinə ölkəni dərhal tərk etməsi barədə qeyri-rəsmi xəbərdarlıq edib.

    Muxalifet2 - 25-10-2017

  15. İŞİD Əsədin silah anbarını belə partlatdı

    İŞİD terror qruplaşması Suriya rejiminin Deyr əz-Zorda yerləşən silah-sursat anbarını partladıb.
    Muxalifet.az xəbər verir ki, partlayışın dron vasitəsilə törədildiyi bildirilib.
    Ard-arda baş verən partlayışdan sonra silah anbarı tamamən külə dönüb.
    Qeyd edək ki, Əsəd rejiminin Deyr əz-Zorda İŞİD-ə qarşı hərbi əməliyyatları davam edir.
     

    Muxalifet2 - 25-10-2017

  16. ABŞ bizə neçə TIR silah və... - YPG

    ABŞ-ın YPG-yə neçə TIR silah göndərdiyi və hərbi bazalar barədə məlumat verə bilmərik.
    Muxalifet.az xəbər verir ki, bunu YPG sözçüsü Nuri Mahmud deyib.
    Demokratik Suriya Qüvvələrinin onurğa sütunu olan YPG-nin sözçüsü Mahmud harada terrorçu varsa, orada da savaşacaqlarını qeyd edib: "Rakkada İŞİD-in kökünü kəsdik. İndi ruhunu kəsəcəyik. Suriyada İŞİD-in yox olmasına az qaldı".
     

    Muxalifet2 - 25-10-2017

  17. Millət vəkilindən jurnalistlərə: "Üslubunuzu dəyişin... Bu cür informasiya yaymaqdan çəkinin" - İSMARIC

    Ötən gün mənə sual verdilər ki, son iclaslarda xalq artisti Zeynəb Xanlarova iştirak etmir, onun məsələsinə İntizam Komisiyyasında baxıla bilərmi? Milli Məclisin İntizam Komissiyasının üzvü kimi cavablandırdım ki, ola bilsin ki, Zeynəb xanım üzrlü səbəbdən xəstəliyinə görə bir neçə iclasda iştirak etmir, buna görə hansısa intizam məsuliyyətindən söhbət gedə bilməz. İntizam məsuliyyəti deputat üçün 30-dan artıq iclasda üzrlü səbəbdən ardıcıl olaraq iştirak etmədikdə yaranır.

    Muxalifet2 - 25-10-2017

  18. ​“Media Məktəbi- 3” başlayır

    “Odlar Yurdu” Gənclər İB tərəfindən ənənəvi olaraq həyata keçirilən “Media Məktəbi” layihəsinin artıq üçüncü dəfə baş tutması gözlənilir.
    Muxalifet.az xəbər verir ki, gənclərin media sahəsində biliklərini artırmaq, mütəxəssislərin iştirakı ilə təlimləndirmək, həqiqi-praktiki iş şəraiti ilə tanış etmək və media sahəsində çalışmaq istəyən gənclərə dəstək olmaq məqsədi daşıyır.

    Muxalifet2 - 25-10-2017

  19. ​Milli Şuranın mitinqində terror törətmək istəyən şəxslər məhv edildi - DTX-dan AÇIQLAMA

    Qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş, qeydə alınan fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib.

    Muxalifet2 - 25-10-2017

  20. ​Çin dolların devrilməsi üçün güclü addım atarsa... - ŞƏRH

    Çin dolların qlobal hökmranlığına son qoymaq üçün ciddi addım atmaq niyyətindədir və proses artıq bu il baş verə bilər.
    Muxalifet.az bildirir ki, bu haqda CNBC telekanalının materialında deyilir.
    Çinin yeni strategiyasına əsasən yaxın aylarda neft müqavilələri Çin pul vahidi yuanla işə salınacaq. Pekində ümid edirlər ki, əgər yeni strategiya geniş yayılacaqsa, o zaman dünyanın ən güclü valyutası kimi dolların statusunu xeyli azaldacaq.

    Muxalifet2 - 25-10-2017

Pages