Axtarış
The search found 105793 results in 0.025 seconds.
Search results
"Ölkədə işsizlik səviyyəsi yox dərəcəsindədir. Əhalinin sosial rifahı təmin edilir..."- NAZİR AÇIQLADI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyası ilə görüş olub.
Muxalifet2 - 25-10-2017
Avropa Şurası Azərbaycandan cavab gözləyir – İLQAR MƏMMƏDOV İŞİ
Avropa Şurası Nazirlər Komitəsinin (NK) çərşənbə günü Strasburqda keçirilən iclasında Azərbaycanın siyasətçi İlqar Məmmədovu azad etməmək qərarına görə "görünməmiş hüquqi addım" niyyəti barədə xəbərdarlıq edilib və cavab üçün noyabrın 29-dək möhlət verilib.
İclasdan sonra NK-nin yaydığı bəyanatda qeyd edilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2014-cü ilin may ayında verdiyi hökmə əsasən, İlqar Məmmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) bir neçə maddəsinə ziddir.Muxalifet3 - 26-10-2017
2040-cı ildə yer üzünü su basa bilər – ARKTİKADA BUZLAR SÜRƏTLƏ ƏRİYİR
“Çərşənbə axşamı Kalqari Universitetinin yaydığı yeni araşdırmanın nəticələrinə əsasən, Şimal Buzlu Okeanda dəniz buzları təxmin edildiyindən daha sürətlə əriyir, çünki buzların üzərindəki duzlu qar peyk ölçülərinin dəqiqliyinə təsir göstərir.
Bizim nəticələr göstərir ki, bundan sonra Arktikadakı mövsümi buz fribordlarının peykdən alınan ölçülərində qarın şoranlğı nəzərə alınmalıdır”.Muxalifet3 - 26-10-2017
Balqabaq çempionu - VİDEO
Hər payız Birləşmiş Ştatlarda hər yerdə balqabaqlara rast gəlmək olur. Lattelərdən və dondurmalardan tutmuş piroqlar və peçenyələrə kimi hər şeydə balqabaqdan istifadə olunur. Onlardan həm də Hallovin üçün fənərlər hazırlayırlar.
Hallovinə az qalmış bir vaxtda Aşrita Durman bir dəqiqə ərzində çəkiclə ən çox balqabaq əzmək üzrə Qinnes rekordunu qırıb. Öncəki rekord 15 balqabaq idi. Bu dəfə isə Aşrita 60 saniyə ərzinə 31 balqabaq əzib.Muxalifet3 - 26-10-2017
Əmircanda 44 yaşlı kişinin QULAĞINI KƏSDİLƏR
Bakının Suraxanı rayonunda orta yaşlı kişinin qulağı kəsilib.
Report xəbər verir ki, hadisə Əmircan qəsəbəsində olub.
1973-cü il təvəllüdlü Məhərrəmov Vaqif Qərib oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı onun sol qulağı iti alətlə kəsilib. O, daha sonra döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. V. Məhərrəmov qulaq seyvanının yerinə tikilməsi üçün əməliyyat olunub.
Faktla bağlı Surxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsində araşdırma aparılır.Muxalifet2 - 26-10-2017
“AŞ-da qalmalı və mövqelərimizi müdafiə etməliyik” – MAHMUD MƏMMƏDQULİYEV
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı bir gündə iki qətnamə qəbul etməsindən sonra Avropa Şurası-Azərbaycan münasibətlərində gərginlik artıb. Hakimiyyət təmsilçiləri AŞ PA-nı Azərbaycana qərəzli münasibətdə ittiham edirlər. Deputatlar arasında hətta Azərbaycanın AŞ-dan çıxmaq qərarı verməsi çağırışı edənlər də var. Lakin bu çağırışa əks mövqedə olan deputatlar da var ki, mövqelərini Qarabağ məsələsini xüsusi önə çəkməklə əsaslandırırlar. Məsələn, deputat Zahid Oruc bildirib ki, Azərbaycan AŞ-dan çıxsa, bu, ermənilərin həmin qurumda əlini-qolunu açar.
Muxalifet3 - 26-10-2017
ABŞ və Şimali Koreya arasında VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞDİ
ABŞ və Şimali Koreya arasında vəziyyət yenidən gərginləşib.
Yaponiya mətbuatının yaydığı məlumata görə, oktyabrın sonunda ABŞ nümayəndə heyəti ilə nəzərdə tutulan görüş son anda ləğv edilib.
Rəsmi Pxenyan Norveçin paytaxtı Osloda baş tutacaq görüşü ləğv edib. İlkin ehtimala görə, səbəb ABŞ-ın Koreya yarımadasında keçirdiyi hərbi təlimlər olub.
Xatırladaq ki, görüş ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cozef Yun ilə KXDR XİN-in Şimali Amerika departamentinin direktoru Tsoy Son Xi arasında nəzərdə tutulmuşdu.Muxalifet2 - 26-10-2017
Abbas Abbasov və oğlu Putinin adamına sığındı
Abbasovların yeni mesajı - şifrəli foto; Sabiq vitse-primyerin Dağıstandakı biznesinə ciddi zərbə - VİP binanın tikintisi dayandırılıb; Rusiya prezidentinin Xəzər regionundakı yeni nümayəndəsi ilə fotolarını yayan Abbasovlar nəyə işarə ediblər?; Onların seçki ilində Kremlə lazım olub-olmadıqları tezliklə bilinəcək...
Muxalifet3 - 26-10-2017
“Rüfətin həyatı doğurdan təhlükə altındadır” - Eldar Sabiroğlu
Rüfət Səfərovla bağlı 9 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) işgəncə faktlarının araşdırılması üçün vəkil Bəhruz Bayramovun Xəzər rayon Prokurorluğuna müraciəti ilə əlaqədar prokurorluq orqanları araşdırma aparıb və nəticə olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib. Bu barədə Rüfət Səfərovun atası Eldar Sabiroğlunun bəyanatında deyilir.
Muxalifet - 26-10-2017
Goranboyda EV YANDI
Goranboyda ikimərtəbəli evdə yanğın baş verib.
Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Gödəkdərə kəndində ikimərtəbəli 6 otaqlı evin dam örtüyü, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet2 - 26-10-2017
Saakaşvili Ukrayna xalqını QƏLƏBƏYƏ APARA BİLƏCƏK? – Ekspert baxışı
Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Ukrayna müxalifətinin lideri Mixail Saakaşvili və tərəfdarları Ali Radanın qarşısında çadırlar qurub. Saakaşvili ukraynalıları artıq yeni mitinqə dəvət edib. İstəyir ki, xalq onu deportasiyadan qorusun. Ukrayna hakimiyyəti Odessanın keçmiş rəhbərinin qaçqınlıq statusu ilə bağlı müraciətini rədd edib. Amma o, təslim olmaq niyyətində deyil və artıq prezident Pyotr Poroşenkonun devrilməsinin planını cızır.
Muxalifet3 - 26-10-2017
KİYEVDƏ PARTLAYIŞ nəticəsində yaralanan deputat əməliyyat olundu
Kiyevdə baş verən partlayışda yaralanan Ali Radanın deputatı, “Radikal” partiyasının üzvü İqor Mosiyçuk əməliyyat olunub.
APA-nın xəbərinə görə, bu barədə İ.Mosiyçukun mətbuat katibi bildirib.
“Əməliyyat uğurla başa çatıb. Həkimlər İ.Mosiyçukun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda o reanimasiyadadır. İ.Mosiyçuk əməliyyatdan sonra özünə gəlib, danışa bilir”, məlumatda deyilir.Muxalifet2 - 26-10-2017
BAKIDA MÜHAFİZƏÇI BIÇAQLANDI
Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, insident keçmiş maşın bazarı yaxınlığındakı qeyri-yaşayış binasının mühafizə postunda qeydə alınıb.
Naməlum şəxs mühafizə olunan binaya daxil olmaq istəyərkən mühafizəçi, 1965-ci il təvəllüdlü Abbasov İlham Müseyib oğlu onun qarşısını alıb. Lakin o, naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.Muxalifet2 - 26-10-2017
ABŞ Bərzaninin TƏKLİFİNİ DƏSTƏKLƏDİ
ABŞ sözcüsü Nayert rəsmi Twitter hesabı vasitəsilə açıqladığı paylaşımda IKBY'nin qərarını məmnuniyyətlə qarşıladığını yazıb.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Nayert İraq Kürd Bölgəsəl İdarəetməsinin (IKBY) Bərzaninin, "atəşkəsin təmin edilməsi və IKBY'dəki bütün döyüş əməliyyatlarının təcili dayandırılması" təklifini məmnuniyyətlə qarşıladıqlarını bildirib.
Muxalifet - 26-10-2017
Keçmiş MTN generalının cinayət işində ZƏRƏRÇƏKMİŞ BƏRAƏT ALDI
Bakı Apellyasiya Məhkəməsində Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək “Azərsu” ASC-də iqtisadçı işləmiş Mətləb Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib, onun barəsində bəraət hökmü çıxarılıb.Muxalifet2 - 26-10-2017
6 otaqlı ev yandı - GƏDƏBƏYDƏ
Gədəbəydə ikimərtəbəli evdə yanğın baş verib.
Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Gödəkdərə kəndində ikimərtəbəli 6 otaqlı evin dam örtüyü, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet2 - 26-10-2017
Poroşenko həbsdən çıxan tatar liderlərə zəng etdi
Ukrayna Prezidenti Pyotr Poroşenko Krım Tatar Məclisinin həbsdən azad edilmiş liderləri Axtem Çiygöz və İlmi Umerovla telefonla danışıb.
Poroşenko hər iki lideri həbsdən azad olması münasibəti ilə təbrik edib və onları Kiyevə dəvət edib.
“Çox şadam ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşmam reallaşıb. Biz o zaman bu razılaşmanı elan edə bilməzdik. Amma mən bununla bağlı Krım tatarlarının lideri Mustafa ağanı xəbərdar etmişdim”, – deyə Poroşenko bildirib.Muxalifet2 - 26-10-2017
Türkiyə ordusu Afrin əməliyyatı ÜÇÜN ƏMR GÖZLƏYİR
Türkiyə Silahlı Qüvvələri (TSK), İdlib şəhər mərkəzinin şimal-şərqində Afrin sərhədlərində Simon Qalasına yerləşdi.
TSK bununla da İdlib ilə PYD / YPG nəzarətindəki Afrin arasındakı xətti tamamilə cənubdan nəzarət altına aldı.
Muxalifet - 26-10-2017
Oğurluq edərək ölkəni tərk etmək istəyən şəxs tutuldu- ZAQATALADA
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edərək ölkə hüdudlarını tərk etməyə cəhd edən şəxs "isti izlər" lə saxlanılıb.
Bu barədə DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov məlumat verib.Muxalifet2 - 26-10-2017
Bərzani bu gün İSTEFAYA GÖNDƏRİLƏCƏK
Bu gün İraq Kürd Muxtariyyətinin parlamenti Məsud Bərzani və onun müavininin vəzifə səlahiyyətlərinin dayandırılması ilə bağlı iclas keçirəcək.
Bu barədə RİA-ya Kürd Muxtariyyəti parlamentinin Maliyyə və İqtisadiyyat məsələləri komitəsinin sədri İzzət Sabir danışıb.Muxalifet2 - 26-10-2017