Axtarış

The search found 105793 results in 0.045 seconds.

Search results

  1. ​Bərzaniyə daha bir zərbə: daxildən devirəcəklər - GORAN MÜXALİFƏT KOMİTƏSİ QURDU

    Hurriyyet.org xəbər verir ki, Bərzaniyə üst-üstə bəd xəbərlər gəlməkdədir. İraq Kürd Regional İdarəsində (İKRİ) başda güclü müxalifət hərəkatı Goran (“dəyişiklik” mənasını verir) olmaqla, bir neçə partiya Məsud Bərzaninin idarəsinin dağıdılmasını və milli qurtuluş hökumətinin qurulmasını tələb ediblər.
    İraq Kürd Regional İdarəsi parlamenti dünən 1 noyabrda keçirilməsi planlaşdırılan prezident və parlament seçkilərini 8 ay təxirə salmaq qərarı vermişdi.

    Muxalifet2 - 25-10-2017

  2. ​“Bir milyon dollar verim, qızımı bağışlayın” - UKRAYNALI OLİQARX GÖZ YAŞI TOKÜB

    Ukraynalı oliqarx, iş adamı Vasili Zaytsev 20 yaşlı ögey qızı Alyona Zaytsevanın sərbəst buraxılması üçün göz yaşı tökərək yalvarıb.
    Hurriyyet.org xəbər veriri ki, Xarkov Universitetinin sosiologiya fakültəsinin tələbəsi olan Alyona idarə etdiyi avtomobili qırmızı işıqda saxlamaydan keçib. Nəticədə 5 nəfərin ölümü, 6 nəfərinsə yaralanması ilə nəticələnən qəza baş verib.
    Bundan daha öncə də yol hərəkəti qaydasında etdiyi yanlışlıq üçün xəbərdarlıq edən Alyonanın 10 il həbs cəzası alacağı gözlənilir.

    Muxalifet3 - 25-10-2017

  3. ​Penitensiar Xidmətin 11 əməkdaşı işdən qovuldu - Məhbusların qaçmasına görə - SİYAHI

    Bakıda məhbusların qaçması faktı ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 əməkdaşı işdən çıxarılıb.
    Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən Penitensiar Xidmətin əməkdaşları Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və adı hələ açıqlanmayan daha 4 nəfər işdən qovulub.

    Muxalifet2 - 25-10-2017

  4. Türk ordusundan ağır zərbə: 11 ÖLÜ

    Türk ordusu hərbi bazalara hücuma hazırlaşan terrorçu dəstəsinə hava hücumu təşkil edib.
    Bu barədə “Hürriyət” informasiya yayıb.
    Məlumata görə, Şırnakın mərkəzi hissəsində kəşfiyyat və müşahidə vasitələri tərəfindən hücuma hazırlaşan bir qrup terrorçu müəyyən edilib. Dərhal hava hücumu təşkil edən türk ordusu 11 terrorçunu məhv edib.

    Muxalifet2 - 25-10-2017

  5. Möhsün Yazıçıoğlu sui-qəsdində adı hallanan GENERAL AKŞƏNƏRİN PARTİYASINDA

    Maral Akşənərin qurduğu partiyanın qurucu siyahısında Möhsün Yazıcıoğluna sui-qəsd davasında şübhəli olan keçmiş Adana Bölgə Jandarm Komandiri general-mayor Əli Lapanta da var.
     

    Muxalifet - 25-10-2017

  6. ​Şəhid atası: Övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? — VİDEO

    İki gün öncə şəhid olan Azərbaycan Milli Ordusunun əsgəri Cabbar Zeynalovun atası Firudin Zeynalov sosial şəbəkələrdə yayılan fotosu ətrafında aparılan müzakirələrə aydınlıq gətirib.
    F.Zeynalov “Ölkə.Az”-a müsahibəsində traktorçu olduğu üçün köhnə paltarda olan fotosunun çəkilərək sosial şəbəkələrdə yayımlandığını bildirib:

    Muxalifet3 - 25-10-2017

  7. ​Rövşən Lənkəranskinin dəstəsinin üzvləri yaxalanıb: “Lotu Quli”nin adamlarını öldürdüyünə görə... - FOTOLAR

    Rusiyanın Sankt-Peterburq şəhərində Rövşən Lənkəranskinin dəstəsinin üzvləri olan Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanov saxlanılıblar. Həmin adamlar “Lotu Quli”nin yaxın ətrafına aid olan Elşən Məmmədovun qətlində günahkar bilinir.
    Bildirilir ki, Elşən Məmmədov Lotu Qulinin ən yaxın adamlarından biri olub. O, bu il sentyabrın 12-də Tiflisin mərkəzində “Toyota Land Cruiser” markalı avtomobilində güllələnib.

    Muxalifet2 - 25-10-2017

  8. İran “Kürdüstan”la SƏRHƏD MƏNTƏQƏSİNİ AÇDI

    İranla “Kürdüstan” arasındakı Başmak Sərhəd Məntəqəsi İraq hökümətinin tələbi ilə ticarət keçişləri üçün açıldı.
     
    Süleymaniyədə çalışan bir İraq rəsmisinin açıqlamasına görə, 10 gün əvvəl bağlanmış Başmak Sərhəd Məntəqəsi İraq hökümətinin tələbi ilə ticarət keçişləri üçün açılıb. İraq rəsmisi Sirvam Muhəmmədin dediyinə əsasən, Süleymaniyə vilayətində olan Pərvazxan keçid məntəqəsi də tezliklə açılacaq və bu yöndə artıq qərar verilmişdir.
    Müxalifət.az

    Muxalifet - 25-10-2017

  9. ​Türkiyədə sel hərbi maşını və hərbçiləri apardı - ÖLƏN VAR

    Türkiyənin Tekirdağ vilayətində sel hərbi maşını aparıb. Trend-in məlumatına görə, insident nəticəsində 1 nəfər hərbçi həlak olub.
    Məlumata görə, hadisə zamanı avtomobildə 4 hərbçi və 2 polis olub. Xilasetmə işləri nəticəsində 5 nəfəri sel sularından xilas etmək mümkün olub.
    Hazırda həlak olmuş hərbçinin cəsədinin axtarılması istiqamətində iş aparılır.
    Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

    Muxalifet2 - 25-10-2017

  10. Ermənistanda əsgər və zabitlər HƏRBİ HİSSƏDƏN QAÇIB

    Ermənistan Ordusunun hərbçiləri xidmət yerini özbaşına tərk ediblər.
    Ermənistan Ordusunda hökm sürən qanunsuzluqlar səbəbindən hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər. Bu günlərdə hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb.

    Muxalifet2 - 25-10-2017

  11. RONALDO: Rusiya mənə həmişə uğur gətirir

    2018-ci ildə keçiriləcək fubol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək Rusiya mənə həmişə uğur gətirib.
    Bu barədə “Real Madrid” klubunun hüçumcusu portuqaliyalı Kriştiano Ronaldo danışıb.
    “Mən Rusiyada dəfələrlə oynamışam. Məhz Moskvada ilk dəfə Çempionlar Liqasının qalibi olmuşam. Rusiya mənə uğur gətirib. Sonuncu dəfə bəxtimiz gətirməyərək Konfederasiyalar Kubokunu qazana bilmədik. Ümumiyyətlə isə maraqlı və faydalı bir təcrübə oldu. Yarımfinalda 11 metrlik cərimə zərbələri ilə Çiliyə məğlub olduq, lakin bu zərbələr hər zaman bir lotereyadır”, - Ronaldo deyib.

    Muxalifet2 - 25-10-2017

  12. Evlərdən oğurluq edən şəxs tutuldu - QUBADA

    Quba Rayon Polis Şöbəsi əməkdaşları rayonun Qorxmazoba kəndindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən kənd sakini Sahil Mursalovu saxlayıblar.
    DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA-nın şimal bürosuna verilən məlumata görə, S.Mürsəlov ev sahiblərinin evdə olmadığından istifadə edərək pəncərədən daxil olmaqla evdən 1100 manat və 100 ABŞ dolları, habelə qızıl əşyalar və təqaüd kartını oğurladığını etiraf edib.

    Muxalifet2 - 25-10-2017

  13. ​Nazirlikdən virus xəbərdarlığı - “Bad rabbit”

    Müxtəlif ölkələrdə 200–dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran “Bad rabbit” adlandırılan ransomware virusu aşkar olunub. Qeyd edək ki, virus “Win32/Diskcoder.D” “Trojan-Ransom.Win32.Gen.f”, “Win32/Tibbar”, “Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir.

    Muxalifet2 - 25-10-2017

  14. ​"Buta Airways"ın reklamına Ukrayna qızlarından çılpaq etiraz - VİDEO

    "Azərbaycan Hava Yolları”nın törəmə müəssisəsi – "Buta Airways”ın tanıtım çarxı qalmaqala səbəb olub.
    Muxalifet.az yenicag.az -a istinadla xəbər verir ki, reklamda Ukraynaya səfər edən azərbaycanlı kişisinin özü ilə qoz-fındıq aparması qabardılır ki, bu da subluminal mesaj kimi qəbul edilir.

    Muxalifet3 - 25-10-2017

  15. “Yaxşı Partiyası”nın sədri Maral Akşənər oldu

    “Yaxşı Partiyası”nın quruluşunu açıqlayan Maral Akşənər partiyanın təşkilat komitəsinin sədri seçildi. Akşənərin sədrliyi ümumi səsvermə ilə təsdiqləndi.
    Müxalifət.az

    Muxalifet - 25-10-2017

  16. ​METRO KARTLARI TELEFONLARLA ƏVƏZLƏNƏCƏK

    ABŞ-ın Nyu-York şəhər bələdiyyəsi bütün ictimai nəqliyyat şəbəkələrində ağıllı telefon və kredit kartları sistemlərini işə salacaq.
    Publika.az xəbər verir ki, nəqliyyatda istifadə edilən ödəniş kartları istifadədən qalxacaq və dijital modelə keçiriləcək.
    Yeni model kart oxuyanlar isə gələn ildən etibarən quraşdırılacaq. İnfrstruktur üçün şəhər bələdiyyəsindən 573 milyon dollar maliyyə ayrılacaq.

    Muxalifet2 - 25-10-2017

  17. ​Qazaxda avtomobil aşdı, SÜRÜCÜ XƏSTƏXANALIQ OLDU

    Bakı-Qazax magistralında sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
    APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Qazaxbəyli kəndi ərazisində hərəkətdə olan “KİA” markalı maşın ulağı vurub, idarəetmə itdiyindən avtomobil yolun kənarına aşıb.
    Qəza zamanı sürücü, Ağköynək kənd sakini, 1987-ci il təvəllüdlü Ədalət Mustafayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 25-10-2017

  18. Saakaşvili Ukrayna vətəndaşlığından MƏHRUM EDİLDİ

    O, bu qərardan tezliklə şikayət vermək niyyətindədir
    Gürcüstanın keçmiş prezidenti, Odessa rayonunun sabiq qubernatoru Mixeil Saakaşvili Prezident Administrasiyasından onun vətəndaşlıqdan məhrum edilməsi barədə sənədlərin aldığını bildirib.
    "RİA Novosti" xəbər verir ki, o, bu qərardan tezliklə şikayət vermək niyyətindədir.
    "Nəhayət, biz Prezident Administrasiyasından sənədləri almışıq, bu gün və ya sabah məhkəməyə gedib şikayət verəcəyik", - M.Saakaşvili deyib.

    Muxalifet2 - 25-10-2017

  19. ​Ərdoğan Ankara, Bağdad və Tehran üçlüyü haqqında

    Ankara, Bağdad və Tehran İraqın şimalında böyük uğurlara nail olub.
    Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Heydər əl-Abadi ilə birgə mətbuat konfransında deyib.
    O qeyd edib ki, qonşu ölkələrin Ərbilə müstəqillik referendumunun təxirə salınması ilə bağlı müraciətinə baxmayaraq, kürd muxtariyyətinin rəhbəri buna əhəmiyyət verməyib.
    O həmçinin əlavə edib ki, Türkiyə İraqın ərazi bütövlüyünü dəstəkləyir.

    Muxalifet2 - 25-10-2017

  20. Maral Akşənərin partiyasının 'YAXŞI”SI BƏLLİ OLDU

    Sabah saatlarında Maral Akşənər partiyanın quruluş sənədlərini Daxili İşlər Nazirliyinin əlaqədar idarəsinə təqdim etdi. Akşənər yeni partiyasını Ankarada Nazim Hikmət adına Mədəniyyət Mərkəzində 'Türkiyə Yaxşı Olacak' şüarı ilə ictimaiyyətə açıqladı.

    Akşənər kürsüyə çıxarkən salondakılar 'Baş Nazir Maral' şəklinde şüarlar səsləndirincə, 'Mən prezident olacağım' deyə, siyasətçi xanım cavab verdi. Maral Akşənər ümumi səsvermədə Partiya təşkilat Komitəsinin sədri seçildi.
    Müxalifət.az

    Muxalifet - 25-10-2017

Pages