Əmircanda 44 yaşlı kişinin QULAĞINI KƏSDİLƏR

Bakının Suraxanı rayonunda orta yaşlı kişinin qulağı kəsilib. 
Report xəbər verir ki, hadisə Əmircan qəsəbəsində olub. 
1973-cü il təvəllüdlü Məhərrəmov Vaqif Qərib oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı onun sol qulağı iti alətlə kəsilib. O, daha sonra döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. V. Məhərrəmov qulaq seyvanının yerinə tikilməsi üçün əməliyyat olunub. 
Faktla bağlı Surxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsində araşdırma aparılır.