​BAKIDA MÜHAFİZƏÇI BIÇAQLANDI

Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, insident keçmiş maşın bazarı yaxınlığındakı qeyri-yaşayış binasının mühafizə postunda qeydə alınıb.
Naməlum şəxs mühafizə olunan binaya daxil olmaq istəyərkən mühafizəçi, 1965-ci il təvəllüdlü Abbasov İlham Müseyib oğlu onun qarşısını alıb. Lakin o, naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.