Axtarış
The search found 105793 results in 0.043 seconds.
Search results
5 yaşlı uşağını zəhərləyən qadın: "Qızımı heç vaxt döyməmişəm"
Qusarda 5 yaşlı qızın zəhərləyərək qətlə yetirməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə başlayıb.
Muxalifet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid Vahid Babayev ifadə verib.
Qusar rayon sakini olan V.Babayev bildirib ki, eyni kənddə yaşayıblar və qohumdurlar: "Uşağın atası zəng edib dedi ki, belə bir şey olub. Onu deyə bilərəm ki, bu qadın qızını döyürdü. Hətta uşağı internata vermək fikri varıydı"Muxalifet3 - 25-10-2017
"Krım haqqında dediklərinə görə Sobçak cəzalandırılmalıdır" - JİRİNOVSKİ
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bəyan edib ki, Kseniya Sobçak Krım haqqında söylədiyi fikirlərinə görə cəzalandırılmalıdır.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, partiya sədri daha sonra əlavə edib ki, Sobçak kimi namizədlər ucbatında 2018-ci ilin martında Rusiyada prezident seçkilərində səsvermədə iştirak edənlərin sayı az ola bilər.Muxalifet3 - 25-10-2017
Prezident seçkilərinə 55 milyon manatdan artıq vəsait ayrılacaq - AZƏRBAYCANDA
Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinin keçirilməsinə ayrılacaq vəsaitin məbləği məlum olub.
Muxalifet.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində əks olunub.
Layihədə seçkilərin keçirilməsi üçün 55 136 429 manat vəsait nəzərdə tutulduğu qeyd olunub.
Qeyd edək ki, layihə Milli Məclisə təqdim olunub.Muxalifet3 - 25-10-2017
Türk jurnalist ABŞ sözçüsünü AĞLATDI
ABŞ xarici işlər nazirliyinin sözçüsü Heze Nauert gündəlik mətbuat konfransında "Daily Sabah Washington" müxbiri Raqib Soylu ilə mübahisə edəndən sonra salonu ağlayaraq tərk edib.
"Haberler" xəbər verir ki, "Amerikanın Sesi Washington"un müxbiri Mehmet Sümer "ABŞ xarici işlər nazirliyinin sözçüsü Heze Nauert türk jurnalistlə mübahisədən sonra salonu ağlayaraq tərk etdi" deyib.Muxalifet - 25-10-2017
İŞİD Messiyə "HÜCUM" ETDİ: terrorçuların Dünya çempionatı HAZIRLIĞI - FOTOLAR
İŞİD terror təşkilatı 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hücum edəcəyi ilə bağlı təhdid edib.
Muxalifet.az xəbər verir ki, sosial mediada İŞİD tərəfdarlarına aid profillərdən mütəmadi olaraq dünya çempionatını hədələyən posterlər yayımlanır.
Son günlərdə yayımlanan posterdə isə Lionel Messinin qan ağlayan fotosu göstərilib.Muxalifet3 - 25-10-2017
Qaçmış məhbuslar “Lotu Quli”nin adamları deyil? (AÇIQLAMA)
"Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən zaman qaçan məhbuslar Əli Ağami və Etibar Məmmədov "Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamları deyil".
Bunu "Report"a açıqlamasında "Lotu Quli”nin vəkili Təranə Əliyeva deyib.
Onun sözlərinə görə, qatardan qaçan məhbusların N.Səlifovun yaxın adamları olması ilə bağlı mətbuatda yazılanlar yanlışdır: "Biz bilmirik ki, mətbutada niyə həmin şəxsləri Nadir Səlifovun yaxın adamları kimi qeyd edirlər".Muxalifet - 25-10-2017
"Dedi ki, "Lotu Quli"nin qohumusan, getməlisən" - MƏHKƏMƏ İŞİ
"Lotu Quli"nin kirvəsinin növbəti məhkəməsi keçirilib.
Muxalifet.az xəbər verir ki, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb. M.Namazovun cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.Muxalifet3 - 25-10-2017
“Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideya deyil” - Mahmud Məmmədquliyev
“Düşünmürəm ki, Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideyadır. İkili standartlara və Azərbaycana qarşı ədalətsiz münasibətə baxmayaraq, güman edirəm ki, biz bu təşkilatda qalmalıyıq və öz mövqeyimizi müdafiə etməliyik”.
Bunu virtualaz.org-a eksklüziv şərhində Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Qeyd edək ki, M.Məmmədquliyev Avropa İttifaqı ilə danışıqlara cavabdehdir.Muxalifet - 25-10-2017
Yaşayış binasında yanğın - 11 SAKIN TƏXLİYYƏ OLUNDU
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının texniki mərtəbəsində 10 kv.m sahədə məişət tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet2 - 25-10-2017
KÜRDLƏR Azərbaycan şəhərində daha iki MƏKTƏBƏ HÜCUM ETDI
Urmiyanın İslamabad məhəlləsində radikal kürd dəstələrinə mənsub olduğu ehtimal edilən şəxslər daha iki məktəbə hücum edib.
Bu barədə Urmiya prokuroru Mustafa Həbibi məlumat yayıb. O bildirib ki, hücum edən şəxslərdən bəziləri saxlanılıb:Muxalifet2 - 25-10-2017
Ermənistanda tələbələr də əsgər aparılacaq
Ermənistan parlamentinin bu gün keçirilən iclasında “Müdafiə” haqqında qanun layihəsi ilk oxunuşda qəbul edilib.
Yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir.
Məlumata əsasən, qanun layihəsinin lehinə 86 deputat, əleyhinə isə 9 nəfər səs verib.
“Yelk” (Çıxış) bloku parlament fraksiyasının rəhbəri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının formalaşdırılması prinsipini özündə əks etdirən, həmçinin hərbi-sənaye kompleksinin inkişaf templərini nəzərdə tutan qanun layihəsini tənqid edib.Muxalifet - 25-10-2017
Ərdoğanla mühüm görüş - İBADİ ANKARADA
İraqın baş naziri Heydər əl-İbadi Türkiyəyə səfər edib.
İbadi Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.
Hazırda görüş davam edir. Görüşdə Şimali İraq Kürd Muxtariyyətinə qarşı embarqolar, Kərkük və PKK terror təşkilatı ilə mübarizə məsələlərinin müzakirə ediləcəyi deyilir. Bununla yanaşı, Ərdoğanla İbadi Mosulda son vəziyyəti də müzakirə edəcək, həmçinin, iki ölkə arasında iqtisadi müqavilələr imzalanacaq.Muxalifet2 - 25-10-2017
Bitkoinin qiyməti yaxın 10 ildə 50 MIN DOLLARA OLACAQ
Yaxın 10 ildə dünya bazarında bitkoinin qiyməti 50 min ABŞ dollarına qədər yüksələ bilər."Rambler News Service" xəbər verir ki, bu proqnozu "Standpoint Research" investisiya şirkətinin qurucusu Ronni Moas (Ronnie Moas) "CNBC" telekanalına müsahibəsində verib.
Moasın sözlərinə görə, "yaxın 10 ildə 200 mln. insanın cəmi 21 mln. ədəd olan bitkoinə tələbatı təklifi xeyli üstələyəcək".Muxalifet2 - 25-10-2017
AFFA 4 KLUBU CƏRIMƏLƏYIB
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Yığıncaqda Topaz Premyer Liqasının IX turunun qarşılaşmalarında baş verənlər də müzakirə olunub.
Turun xoşagəlməz hadisələrini müzakirə edən komitə üzvləri müvafiq qərarlar verib. “Sumqayıt” – “Zirə” görüşündə hər iki komanda cəzalanıb. Buna klubların hərəsinin 4 oyunçusunun sarı vərəqə alması səbəb olub. Bu üzdən tərəflər hərəyə 800 manat cərimə ödəyəcək.Muxalifet2 - 25-10-2017
Yol polisi sükan arxasındakı “SÖHBƏT”Ə SON QOYDU
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin sükan arxasında olarkən sərnişinləri ilə danışmalarına görə məsuliyyətə cəlb olunmaları ilə bağlı məsələyə aydınlıq gətirib.
Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, bununla bağlı sosial şəbəkələrdə əsassız müzakirələr aparılır, həqiqətə uyğun olmayan, guya qanunvericilikdə bununla bağlı dəyişikliklər olması haqda yanlış informasiyalar yayılmaqla yol hərəkəti iştirakçıları arasında bilərəkdən çaşqınlıq yaradılır.Muxalifet2 - 25-10-2017
GENERALIN BACISI OĞLU HƏBS OLUNDU – Məhbusların qaçırılması işi böyüyür
Bu gün xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
APA-nın xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, saxlanılan şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Muxalifet2 - 25-10-2017
“İnter” – “Mançester Yunayted” matçından sonra KÜTLƏVI DAVA
Azərbaycan çempionatının oyunundan sonra "Mançester Yunayted"in futbolçusu döyülüb
14 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının “İnter” – “Mançester Yunayted” matçından sonra kütləvi dava baş verib.
"Report"un məlumatına görə, yerli komandanın futbolçuları rəqib oyunçuların olduğu avtobusa hücum ediblər. İnsident zamanı “Mançester Yunayted”in futbolçusu Raul Məmmədova “İnter”in oyunçusu Tural Əmirhüseynovun valideyni Müşviq Əmirhüseynov zərbə endirib.Muxalifet2 - 25-10-2017
Kataloniya ispan kralını “PERSONA NON QRATA” ELAN ETDI
Kataloniya muxtar vilayətinə daxil olan Jirona şəhər şurası İspaniya kralı VI Filipi “persona non – qrata” elan edib.
İspaniya hökuməti oktyabrın 21-də keçirilən təcili toplantıda Kataloniya hökumətini istefaya göndərmək və altı ay ərzində növbədənkənar seçki keçirilməsi ilə bağlı qərar qəbul etmişdi.
Qərarı İspaniya senatı da təsdiqləməlidir. İclas oktyabrın 27-nə nəzərdə tutulub.
Özünü müstəqil elan edən Kataloniyanın lideri Karlos Puçdemon isə bu qərarı Kataloniya üçün təhqir və demokratiyaya hücum adlandırıb.Muxalifet2 - 25-10-2017
“Rəsul Quliyev Mütəllibovun devrilməsi üçün çoxlu pul xərcləyib” - DEPUTAT
“Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən şəxslər boş-boş danışmaqdansa, ölkə Konstitusiyasını və Seçki Məcəlləsini oxusunlar”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.Muxalifet2 - 25-10-2017
DOLLAR BAZARINDA SİLAHLI ƏMƏLİYYAT – Aylıq “rüsum” ödəyənlər də tutuldu
Bu gün, oktyabrın 25-də, səhərçağı, təxminən 9,30-da Masallının “Köhnə bazar”adlanan, dollar satanların “qara bazarı” hesab edilən ərazidə qəfil reyd keçirilib.
Şahidlərin bildirdiyinə görə həmin şəxslər əli avtomatlı imiş və üstlərində digər silahlar da olub. Əməliyyat təxminən 4-5 dəqiqə çəkib.Muxalifet2 - 25-10-2017