İran “Kürdüstan”la SƏRHƏD MƏNTƏQƏSİNİ AÇDI

İranla “Kürdüstan” arasındakı Başmak Sərhəd Məntəqəsi İraq hökümətinin tələbi ilə ticarət keçişləri üçün açıldı.
 
Süleymaniyədə çalışan bir İraq rəsmisinin açıqlamasına görə, 10 gün əvvəl bağlanmış Başmak Sərhəd Məntəqəsi İraq hökümətinin tələbi ilə ticarət keçişləri üçün açılıb. İraq rəsmisi Sirvam Muhəmmədin dediyinə əsasən, Süleymaniyə vilayətində olan Pərvazxan keçid məntəqəsi də tezliklə açılacaq və bu yöndə artıq qərar verilmişdir.
Müxalifət.az