​Türkiyədə sel hərbi maşını və hərbçiləri apardı - ÖLƏN VAR

Türkiyənin Tekirdağ vilayətində sel hərbi maşını aparıb. Trend-in məlumatına görə, insident nəticəsində 1 nəfər hərbçi həlak olub.
Məlumata görə, hadisə zamanı avtomobildə 4 hərbçi və 2 polis olub. Xilasetmə işləri nəticəsində 5 nəfəri sel sularından xilas etmək mümkün olub.
Hazırda həlak olmuş hərbçinin cəsədinin axtarılması istiqamətində iş aparılır.
Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.