Axtarış
The search found 105793 results in 0.048 seconds.
Search results
Rusiyada azərbaycanlı BIZNESMEN ÖLDÜRÜLDÜ
Naməlum şəxs və ya şəxslər Ceyhun Cəfərova odlu silahdan atəş açıblar
Rusiyanın Saratov vilayətində azərbaycanlı işadamı Ceyhun Cəfərov öldürülüb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Saratov vilayəti İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya görə, naməlum şəxs və ya şəxslər C.Cəfərova odlu silahdan atəş açıblar.Muxalifet2 - 25-10-2017
ABŞ qaçqınların qəbulunu bərpa etdi
ABŞ prezidenti Donald Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
Fərmanda bildirilir ki, qaçqınların qəbuluna tətbiq edilmiş 120 günlük qadağanın müddəti oktyabrın 24-də başa çatıb. Qadağanın ölkənin təhlükəsizliyini gücləndirdiyi qeyd olunur.Muxalifet2 - 25-10-2017
NATO RUSIYAYA QARŞI iki yeni komandirlik qurur
NATO Rusiya ilə yarana biləcək qarşıdurmada zəif tərəflərini gücləndirmək məqsədilə iki yeni komandirliyin qurulmasına niyyətlidir.
Bu barədə mərkəzi ABŞ-da yerləşən “The Washington Free Beacon” xəbər saytı məlumat verib.
Sözügedən birliklərin təsdiqini gözləyən tövsiyələr, insan və maddi qaynaqların daha sürətli daşınması üçün lojistik idarə və Avropanın Atlantik və Şimal Buzlu Okeanındakı dəniz yolları vasitəsilə kommunikasiyaların qorunmasından cavabdeh olması nəzərdə tutulur.Muxalifet2 - 25-10-2017
“Lotu Quli” artıq İstanbuldadır - KİV
Dünən həbsxanadan azad olunan "Lotu Quli"ni məhkəmə önündə anası , həyat yoldaşı və 2 uşağı qarşılayıb.
Bu barədə Rusiyanın kriminaldan yazan KİV-ləri məlumat yayıb.
Azadlığa çıxandan dərhal sonra Azərbaycanı tərk edən "Lotu Quli" atasının və bir qədər öncə Tiflisdə qətlə yetirilmiş yaxın dostu Elşən Məmmədovun qəbirlərini ziyarət edib. Qulinin İstanbula getdiyi ehtimal olunur. (lent.az)Muxalifet2 - 25-10-2017
Yük avtomobili yandı - YEVLAXDA
Yevlax rayonunda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yevlax rayonunda "MAZ" markalı yük avtomobilinin kabinəsi yanıb.
Yanğından yük avtomobilinin qalan hissəsi və kabinədə olan 3 litirlik qaz balonu mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet2 - 25-10-2017
ÖTƏN HƏFTƏNİN “LİDERİ” OLAN İCRA BAŞÇISI – Raqub Məmmədov mətbuatda özündən ən çox bəhs etdirən başçıdır
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
Muxalifet3 - 25-10-2017
Atəşkəs rejimi 96 DƏFƏ POZULDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.
Muxalifet2 - 25-10-2017
Yaxın Şərq QATİLİ “PKK” İLƏ BAĞLI SUALDAN QAÇDI
ABŞ Baş Qərargah rəisi, ordu generalı Cozef Dunford Rakkadaki Abdullah Öcalan plakatları haqqında “qınayırıq” deməklə yetindi.
Dunford, ABŞ-ın İŞİD-lə Mübarizə Üzrə Xüsusi Nümayəndəsi Brett Mcgurk ilə Virciniya ştatındakı Fort Belvoir Hərbi Bazasında ev sahibliyi etdiyi "Şiddət Tərəfdarı Radikal Təşkilatlarla Mübarizə Baş Qərargah Rəisləri Konfransı”dan sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.Muxalifet - 25-10-2017
“BANDOTDEL” ƏMƏLIYYAT KEÇIRDI
Daxili işlər orqanları tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Muxalifet2 - 25-10-2017
Ərdoğanın rəqibinin PARTİYASININ ADI BƏLLİ OLDU – SİYAHIDA KİMLƏR VAR...
Maral Akşənərin qurduğu partiyanın adı məlum oldu. Qurulacaq yeni partiyanın adı “Yaxşı Partiya” olacaq.
Partiyanın adı üçün qısaltma sözdən istifadə olunmayacaq, Partiyanın loqosunda sadəcə “Yaxşı Partiya” ifadəsi yer alacaq. Akşənərin şüarı isə belədir: “Türkiyə yaxşı olacaq”.
Digər tərəfdən, Partiyanın qeydiyyatı üçün ərizə təqdim etməyə gedəcək olan heyətdə Maral Akşənərin də yer alacağı öyrənilib.
PARTİYADA KİMLƏR VAR?
Muxalifet - 25-10-2017
Rusiyada həyəcan: SIBIRDƏ EKSTREMIZM GETDIKCƏ ARTIR
Sibir Federal Dairəsində ekstremist cinayətkarlıq keçən illə müqayisədə 14% artıb.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev söyləyib.Muxalifet2 - 25-10-2017
İki azərbaycanlı gənc tutuldu - ŞIMALI KIPRDƏ
Şimali Kipr Türk Respublikasında (ŞKTR) iki azərbaycanlı gənc tutulub.
APA-nın “Kıprıs postası”na istinadən veridiyi xəbərə görə, azərbaycanlı Nicat Vahabov və Ayxan Şacyev oktyabrın 9-da Mağusa şəhərində küçədə Yücel Sarakla mübahisə ediblər. Y. Sarak onlardan çəkindiyi üçün hadisə yerindən qaçıb. O, qaçarkən mobil telefonunu yerə salıb. Azərbaycanlı gənclər həmin telefonu götürüblər. Hadisə ətrafdakı müşahidə kameralarına düşüb. Nəticədə azərbaycanlı gənclərin kimliyi müəyyənləşib və onlar oğurluqda təqsirləndirilərək tutulublar.Muxalifet2 - 25-10-2017
SAAKAŞVILI PARLAMENTIN QARŞISINDA ÇADIR QURDU, gecəni orada keçirdi - VİDEO
Odessanın sabiq-qubernatoru Mixail Saakaşvili Ali Radanın qarşısında şam eləmək və isinmək üçün çadır qurdu, tonqal qaladı.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, siyasətçi bir gün əvvəl oteldəki ünvanını dəyişərək, Kiyevin mərkəzində soyuq çadıra keçib.Muxalifet2 - 25-10-2017
Dünən bölənlər BU GÜN BÖLÜNÜRLƏR – AVROPA BÖLÜNMƏKDƏN QORXUR
Avropa Parlamentinin sədri Antonio Tajani Katalonyadaki müstəqillik təşəbbüsünü heç bir Avropa Birliyi (Aİ) ölkəsinin tanımaq istəmədiyini bildirərək, "Aİ bölünməkdən qorxmalıdır və qorxur" - deyib.
Muxalifet - 25-10-2017
“Fırat qalxanı” bölgəsi üçün kritik qərar: KÖÇÜRÜLDÜLƏR
Suriya Müvəqqəti Hökuməti “Fırat qalxanı” hərəkatının aparıldığı bölgə ilə bağlı kritik qərar verib.
Hökumət Suriya Müxalif və İnqilabçı Milli Qüvvələr Koalisiyası və Azad Suriya Ordusuna aid olan 37 birlik nümayəndələrinin İŞİD terror təşkilatından təmizlənən bölgədə birlikdə yaşamaq və hərəkət etmək qərarını təsdiq edib.Muxalifet2 - 25-10-2017
Sərnişin təyyarədə öldü - RUSİYADA
Rusiya hava xətlərində bədbəxt hadisə baş verib. Trend-in məlumatına görə, Novosibirsk sakini təyyarədə dünyasını dəyişib.
Məlumata görə, dünyasını dəyişən şəxs 1953-cü il təvəllüdlü olub. O, Krasnoyarsk-Novosibirsk reysi üzrə hərəkət edirmiş və uçuşdan öncə səhhəti pisləşib. Həkimlərin səylərinə baxmayara onu xilas etmək mümkün olmayıb.
İnsidentlə bağlı nəqliyyatda araşdırma idarəsi əlavə araşdırma aparır.Muxalifet2 - 25-10-2017
Ərəbistanda inqilab: “MÜLAYIM ISLAM”A KEÇID BAŞLADI
Mülayim islama geri dönürük.
Bunu Ər-Riyadda keçirilən konfranslardan birində çıxışı zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əbdüləziz əs-Səud söyləyib.
“Əvvəldən olduğumuz hala geri dönürük. Bütün dinlərə və dünyaya açıq olan mülayim islam ölkəsinə çevriləcəyik. Həyatımızın gələcəkdəki 30 ilini dağıdıcı fikirlərlə məşğul olaraq keçirməyəcəyik. Onları bu gün yox edəcəyik. İfratçılığı tezliklə sonlandıracağıq”, – deyə o bildirib.Muxalifet2 - 25-10-2017
İsrail və Fələstin ilk dəfə EYNİ CƏBHƏDƏ
İsrail, Fələstin və İordaniyaya aid təhlükəsizlik qüvvələri İsrailin cənubunda ortaq yanğın təlimlərinə başlayıb.
İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada təlimlərin 2 gün keçiriləcəyi bildirilib. Negev bölgəsində keçirilən təlimlər İtaliya, Fransa və İspaniyanın sponsorluğu ilə aparılır.
Açıqlamada təlimlərin məqsədinin milliyyətini və ölkə sərhədlərini nəzərə almadan yaşamı və təbii qaynaqları qorumaq olduğu bildirilib.
Bölgədə ölkələrin sərhədlərini aşan təbiət hadisələrinə qarşı qonşu ölkələrin ortaq müdaxilələr edə bilməsi üçün hazırlıqlar aparılır.Muxalifet2 - 25-10-2017
İraqın baş naziri Türkiyə səfəri öncəsində NƏLƏR DEDİ…
İraqın baş naziri İbadi Kərkükdən Türkiyəyə yenidən neft ixrac etmək istədiklərini deyib.
İraqın baş naziri Heydər əl-ibadi Kərkük-Ceyhan boru xəttindən Türkiyəyə yenidən neft ixrac etmək istədiklərini bildirərək, sabah Ankaraya edəcəyi səfər zamanı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, sərhəd qapısının nəzarəti və bölgə təhlükəsizliyini müzakirə edəcəklərini bildirib.
İbadi Bağdaddakı hökumət sarayında həftəlik mətbuat konfransı keçirib.
KƏRKÜKDƏN TÜRKİYƏYƏ YENİDƏN NEFT İXRAC ETMƏK İSTƏYİRİK
Muxalifet - 25-10-2017
Sürücü ilə yol polisi arasında insident baş verdi - ŞAMAXIDA
Şamaxı rayonunda sürücü yol polisi əməkdaşı tərəfindən döyüldüyünü iddia edib.
APA-nın yerli bürosunun xəbərinə görə, insident ötən gün Şamaxı şəhərində qeydə alınıb. Rayonun Dağ Bağırlı kənd sakini, 1984-cü il təvəllüdlü Feyzullayev Ruslan Dizcan oğlu idarə etdiyi 15-BO-626 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı yük avtomobili ilə hərəkətdə olarkən Şamaxı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, baş leytenant Fərid Məlikov tərəfindən saxlanılıb.Muxalifet2 - 25-10-2017