Axtarış

The search found 105793 results in 0.034 seconds.

Search results

  1. ​İki boksçumuz Avropa birinciliyində yarımfinala yüksəlib

    Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə start verilib.
    Azərbaycan Boks Federasiyasından Muxalifet.az-a verilən məlumata görə, mərhələnin ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb. Onlardan ikisi yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin ediblər.

    Muxalifet2 - 24-10-2017

  2. ​Ermənilər Medvedevi “özəlləşdirdilər” – FOTO

    Erməni mətbuatı Dmitri Medvedevi Ermənistanın baş naziri kimi təqdim edib.
    Muxalifet.az-ın məlumatına görə, belə bir başlıqla xəbər Ermənistanın tanınmış News.am saytında yerləşdirilib. 
    “Armenia’s Medvedev arrives in Armenia” adlı xəbərdə Rusiyanın baş naziri Dmitri Medvedevin Ermənistana səfərindən danışılır.
    Sosial şəbəkələrdə kəskin tənqidlərdən sonra xəbərin sərlövhəsi redaktə olunub.

    Muxalifet2 - 24-10-2017

  3. ​Amerikalılara hücum: Tank hissələrə ayrıldı, 6 hərbçi öldü

    Əfqanıstanın Verdak vilayətində Taliban qüvvələri tərəfindən yol kənarına quraşdırılan partlayıcının işə düşməsi nəticəsində ABŞ-a məxsus tank məhv edilib.
    Muxalifet.az xəbər verir ki, hücum zamanı tankın içərisində olan 6 amerikalı hərbçi də ölüb.
    Partlayışın tankı hissələrə ayıracaq qədər güclü olduğu bildirilib.
    Qeyd edək ki, son zamanlar Əfqanıstanda Taliban qüvvələrinin ABŞ hərbçilərinə qarşı silahlı hücumları artıb.
     

    Muxalifet2 - 24-10-2017

  4. ​ABŞ narahatdır: Kərküklə bağlı “Yüzillik plan”...

    ABŞ Kərkük döyüşlərindən sonra İranın bölgədə daha da güclənməsindən narahatdır və onun ənənəvi düşməni Səudiyyə Ərəbistanı ilə birgə mübarizə planlarını müzakirə edib.
    Bu sözləri politoloq Nəzakət Məmmədova ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillersonun Səudiyyə Ərəbistanına səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildrirərkən deyib. O bildirib ki, İraq terrorla mübarizə başa çatan kimi faktiki olaraq separatçı referendumdan dərhal sonra vətəndaş müharibəsi mərhələsinə daxil oldu:

    Muxalifet2 - 24-10-2017

  5. Qaçan avtoritetlərin tutulması üçün postlar quruldu

    Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusun tutulması istiqamətində işlər davam etdirilir.
    Polis orqanları kriminal aləmə yaxın olan Şirvan sakini Əli Ağami ilə Hacıqabul rayon sakini, "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması üçün səfərbər olub. Dünən hər iki şəhərdə polis postları qurulub. Əməliyyat-axtarış tədbirləri gücləndirilmiş rejimdə həyata keçirilir.
    Muxalifet.az xəbər verir ki, Hacıqabul rayon Polis Şöbəsindən lent.az -a bildirilib ki, lazım olan bütün tədbirlər həyata keçirilir.

    Muxalifet2 - 24-10-2017

  6. Prezident hökuməti buraxdı - HAKİM KOALİSİYA BİR NEÇƏ HƏFTƏYƏ FORMALAŞACAQ

    Almaniya prezidenti Frank-Valter Ştaynmayer Nazirlər Kabinetinin keçmiş üzvlərinə hökumətdəki uğurlu işlərinə görə təşəkkür edərək, onlara istefa məktublarını təqdim edib.
    Muxalifet.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, mərasim prezidentin rəsmi iqamətgahı sayılan “Belvü” sarayında  keçirilib.
    Bundan əvvəl Frank Valter Ştaynmayer kansler Angela Merkeldən Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək hökumət başçısı vəzifəsini icra etməyi xahiş edib.

    Muxalifet2 - 24-10-2017

  7. ​Quql və Feysbuk nəzarətdən çıxacaq - MKİ-nin keçmiş agenti

    ABŞ-ın Quql və Feysbuku idarə etməsi çox çətin olacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı və analitik Cek Rays deyib.
    O bildirib ki, belə nəhəng şirkətlərin dəqiq olaraq harada yerləşdiyi məlum deyil:

    Muxalifet2 - 24-10-2017

  8. ​"Avropa İttifaqı bunun təkrarlanmasını istəmir" - NAZİR MÜAVİNİ

    Cari ilin noyabrında Brüsseldə keçiriləcək sammitin yekun sənədinin ilkin variantında "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü və suverenliyi məsələsi öz əksini tapıb.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın ərazi bütövlüyünün Brüssel sammitinin sənədinə salınıb-salınmaması məsələsinə münasibət bildirərkən deyib.

    Muxalifet2 - 24-10-2017

  9. ​Gürcüstanda dollar və avro bahalaşıb

    Gürcüstanda dolların lariyə olan məzənnəsi 4 tetriyə qədər bahalaşıb.
    Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, oktyabrın 25-nə müəyyən olunmuş məzənnəyə əsasən, 1 ABŞ dolları 2,5206 lari təşkil edir.
    Bu günə olan məzənnə ilə müqayisədə ABŞ dolları gürcü larisinə qarşı 0,0312 lari bahalaşıb.
     
    Avronun da gürcü larisinə qarşı dəyəri artıb. Belə ki, sabaha müəyyən olunmuş məzənnəyə əsasən 1 avro 2,9635 lari təşkil edir. Bugünkü məzənnə ilə müqayisədə avro Gürcüstanın milli valyutasına qarşı 0,0395 lari bahalaşıb.
     

    Muxalifet2 - 24-10-2017

  10. ​Yeni ildə Azərbaycanda yaşayış səviyyəsi necə olacaq? — PROQNOZLAR

    Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə dünya bazarında neftin 1 barrelinin orta qiyməti 50 dollar təşkil edəcək.
    Muxalifet.az xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Hökumətin proqnozlarına görə, 2018-ci ildə "qara qızıl"ın orta qiyməti 45 dollar olduğu halda, 2019, 2020 və 2021-ci illərdə isə bu rəqəm 40 dollar olacaq.

    Muxalifet2 - 24-10-2017

  11. ​ABŞ Kürdüstandan vaz keçir – Səbəb

    Rusiya və ABŞ arasında İraq uğrunda rəqabət dərinləşir.
    Bu sözləri ABŞ Dövlət katibi Reks Tillersonun İraqa ani səfərini şərh edən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, ABŞ-ın Kürdüstan planı fiaskoya uğradığından Vaşinqton hazırda bir qədər geri çəkilib:

    Muxalifet2 - 24-10-2017

  12. Bakının “müharibə hüququ”nu əlindən almaq arzusu...

    Dmitri Medvedyevin 24 oktyabrda İrəvana gəlişi statusuna görə 2-ci olan Baş nazirin ötən ilin aprelindəki səfərini xatırlatdı. Həmin günlər Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsdən sonra ən böyük qanlı toqquşmalar baş verdi. Hər halda qəfil həmlədən özünə gəlməyə çalışan mərkəzi hakimiyyəti siyasi cəhətdən ayaqda saxlamaq o qədər də asan deyildi.

    Muxalifet2 - 24-10-2017

  13. ​Abadidən Ərdoğana: Cehyan kəmərindən nefti...

    Kərkük-Ceyhan boru xəttindən yenidən Türkiyəyə xam neft ixrac etmək istəyirik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi sabah Türkiyəyə baş tutacaq səfəri ilə bağlı açıqlamasında deyib.
    “İki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, su problemi, sərhəd-keçid məntəqələrinə nəzarət kimi strateji məsələləri müzakirə etmək niyyətindəyik. Ciddi əməkdaşlığa ehtiyacımız var”, - Abadi bildirib.
     

    Muxalifet2 - 24-10-2017

  14. Bərzani referendumun nəticələrini dondurur - BƏYANAT

    Kürd muxtariyyətinin rəhbərliyi İraq hökumətinə atəşi dayandırmağı və dialoqa başlamağı təklif edərək, öz tərəfindən referendumun nəticələrini dondurmağa hazır olduğunu bəyan edib.
    “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə regional hökumətin saytında dərc olunmuş bəyanatda qeyd olunub.    

    Muxalifet3 - 25-10-2017

  15. ​ BAKIDA DƏHŞƏT: 35 yaşlı qadını döyərək öldürdü

    Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülərək öldürülüb.
    Qətl hadisəsi Sabunçu rayonunda baş verib.
    Sabunçu Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Əli Babayev küçəsi ev 3, mənzil 4 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızı qeyri-rəsmi nikahda yaşadığı 1968-ci il təvəllüdlü Şaqalıyev Fərhad Cənnət oğlu ilə mübahisə edib.

    Muxalifet3 - 25-10-2017

  16. ​Üç nazir istefaya göndərildi – ÇOXSAYLI GECİKMƏLƏR, SƏHLƏNKARLIQ...

    Mərakeş kralı VI Məhəmməd uzun müddət qeyri-sabit vəziyyətin hökm sürdüyü əl-Hüseymə şəhərinin inkişafı üzrə tapşırıqları yerinə yetirmədikləri üçün bir neçə naziri və yüksək rütbəli məmuru istefaya göndərib.
    Bu barədə RİA “Novosti” məlumat yayıb.
    Məlumata görə, kral qərarını Hesablama Palatasının hesabatı ilə tanış olandan sonra verib. Hesabatda çoxsaylı gecikmələr və nazirlərin səhlənkarlığı halları yer alıb. O, baş nazirə hökumətdə dəyişikliklər edilməsinə dair hazırlıqların aparılmasını tapşırıb.

    Muxalifet3 - 25-10-2017

  17. ​Geri qayıdan İD döyüşçüləri nə ilə məşğul olacaq?

    "Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma İraq və Suriyada ərazi itkiləri verdikdən sonra qruplaşmanın ən azı 5600 tərəfdaşı öz ölkələrinə geri qayıdıb".
    Yeni hesabatda deyilir.
    ABŞ-da yerləşən The Soufan Centre beyin mərkəzinin bildirdiyinə görə son iki ildə 33 dövlət geri qayıdışlar barədə məlumat verib.
    Özünü İslam Dövləti adlandıran qruplaşma de-fakto paytaxtları - Raqqa şəhərini tərk etməyə məcbur oldu. Qruplaşma üç il sürən dəhşətli döyüşlərdən sonra torpaqların böyük hissəsini itirib.

    Muxalifet3 - 25-10-2017

  18. ​Paytaxtda AVTOMOBIL YANDI

    Bakı şəhəri, Binəqədi rayonunda yanğın qeydə alınıb.
    Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda "GREAT WALL WINGLE “ markalı minik avtomobilinin yanar hissələri yanıb.
    Yanğından yaxınlıqdakı ev mühafizə olunub.
    Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Muxalifet2 - 25-10-2017

  19. ​"60 il əvvəl “Kürdüstan”a gedən nazirimiz..." - NETANYAHUDAN ŞOK

    İsrail kürdlərin azadlıq mübarizəsinə böyük rəğbət bəsləyir.
    Bunu İsrail Baş naziri Benyamin Netanyahu söyləyib. Onun sözlərinə görə, dünya gərək kürdlərin rifahı haqqında düşünsün.
    Maraqlı məqam odur ki, Netanyahu bu çıxışını 2001-ci ildə Qüdsdə öldürülən İsrailin Turizm naziri Rexavam Zeyevinin anım mərasimi zamanı edib. O, Zeyevinin 1960-cı illərdə İraqın kürdlərin konpakt yaşadığı ərazisinə (indiki İraq Kürd Muxtariyyətinə) məxfi missiya ilə göndərildiyini və burada İsrail ordusu üçün səhra xəstəxanasının yaradılmasına nəzarət etdiyini bildirib:

    Muxalifet2 - 25-10-2017

  20. ​Azərbaycan vətəndaşları ölkəni niyə tərk edir? - 1 MİLYONDAN ÇOX AZƏRBAYCANLI...

    Bir milyondan çox azərbaycanlı ölkəsindən kənarda yaşayır. Onlardan 760 mindən çoxu Rusiyanın payına düşür. 5 minə yaxın azərbaycanlı bu ilin ilk yarısında Rusiya pasportu alıb.
    İşsizlik, stabillik çatışmazlığı və təhlükə onları vətəni tərk etməyə məcbur edir.
    Azərbaycanın rəsmi statistikası miqrasiyanın müsbət olduğundan xəbər verir.
    Ekspertlər bu rəqəmlərə şübhə ilə yanaşaraq ixtisaslaşmış kadrların itirilməsi barədə xəbərdarlıq edirlər.
     
    Rəsmən gələnlər "çoxdur"

     

    Muxalifet3 - 25-10-2017

Pages