​Üç nazir istefaya göndərildi – ÇOXSAYLI GECİKMƏLƏR, SƏHLƏNKARLIQ...

Mərakeş kralı VI Məhəmməd uzun müddət qeyri-sabit vəziyyətin hökm sürdüyü əl-Hüseymə şəhərinin inkişafı üzrə tapşırıqları yerinə yetirmədikləri üçün bir neçə naziri və yüksək rütbəli məmuru istefaya göndərib.
Bu barədə RİA “Novosti” məlumat yayıb.
Məlumata görə, kral qərarını Hesablama Palatasının hesabatı ilə tanış olandan sonra verib. Hesabatda çoxsaylı gecikmələr və nazirlərin səhlənkarlığı halları yer alıb. O, baş nazirə hökumətdə dəyişikliklər edilməsinə dair hazırlıqların aparılmasını tapşırıb.
İstefaya göndərilənlər arasında təhsil, səhiyyə, şəhər və mənzil siyasəti üzrə nazirlər də var(report).