Axtarış

The search found 105793 results in 0.097 seconds.

Search results

  1. ​Putinin prezident dostunun vəzifəsi əlindən alındı – ÇEVRİLİŞ

    Moldova parlamentinin spikeri Andrian Kandu Prezident İqor Dodonun yerinə dövlət başçısı vəzifəsini icra edəcək.
    Bu barədə Moldova parlamenti rəhbərinin mətbuat xidməti informasiya yayıb.
    Məlumata görə, Prezident Administrasiyasından bütün lazımı sənədlər parlamentə göndəriləcəyi halda spiker həmçinin yeni müdafiə naziri kimi Yevgeni Sturzanı təyin edəcək.

    Muxalifet2 - 24-10-2017

  2. Rusiya İrəvanı Bakını hədələdiyi silahdan məhrum etdi - Düşmənin SİRRİ AÇILIR

    “Rusiyanın Ermənistana verdiyi “İskəndər” raketləri ötən ilin 21 sentyabrında İrəvanda keçirilən hərbi paradda nümayiş etdirildi. Rusiya və erməni rəsmi dairələr bundan təbliğat məqsədilə istifadə etdilər, halbuki, bu raketlərin Ermənistana heç bir aidiyyəti yoxdur”.
    Bu barədə erməni siyasi şərhçi Sarqis Artsruni Rusiyanın Ermənistana bu günlərdə verdiyi 100 milyon dollarlıq silah kreditini şərh edərkən deyib.
    Onun sözlərinə görə, Qarabağda hər hansı müharibə zamanı Ermənistan “İskəndər”lərdən istifadə edə bilməyəcək.

    Muxalifet2 - 24-10-2017

  3. ​Bakıda nümunəvi məhəllələr yaradılacaq

    Yasamal rayonunda 3 ünvanda nümunəvi məhəllələrin yaradılması işlərinə başlanıb.
    Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bu məhəllələr 7-ci sallaqxana, Şərifzadə küçəsi və Yeni Yasamal yaşayış massivində salınacaq. 7-ci sallaqxana ünvanındakı 1,3 ha ərazisi olan, ümumi istifadədə olan həyət demək olar ki, bütünlüklə müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanmışdı. Qısa müddətdə bütün ərazi hasarlardan təmizlənib, xeyli sayda qanunsuz tikili ləğv edilib və həmin ünvanda nümunəvi "Abad Həyət" salınması barədə sərəncam imzalanıb.

    Muxalifet2 - 24-10-2017

  4. Mənzildən xeyli miqdarda pul oğurlandı - BAKIDA

    Bakıda mənzildən pul oğurlanıb. 
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il avqustun 24-də rayon ərazisindəki evlərin birindən 1600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Asif Ərzanalıyev tutulub.

    Muxalifet2 - 24-10-2017

  5. ​BƏRZANİYƏ SONUNCU ZƏRBƏ: İraq ordusu hücuma keçir

    İraq ordusu Türkiyə və Suriya sərhədində yerləşən Kürd Muxtariyyətinin nəzarətində olan sərhəd buraxılış məntəqələrini ələ keçirmək üçün Feys Habur bölgəsində peşmərgə qüvvələrinə hücuma hazırlaşır.
    Bu barədə “NTV” informasiya yayıb.
    Məlumata görə, Suriya ilə sərhəddə toplanan İraq ordusunun hədəfində həmçinin Mosulun şimal-qərbindən keçən neft boru kəməri də var.
    Kürd Muxtariyyətinin Təhlükəsizlik Şurası İraq ordusunun son 48 saat ərzində təmas xəttinə yaxın ərazilərə çox sayda ABŞ istehsalı tanklar, zirehli maşınlar və “Hammer”lər cəlb etdiyini bildirib.
     

    Muxalifet2 - 24-10-2017

  6. ​Bakıda oğurlanan avtomobil SALYANDA TAPILDI

    Oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Əhmədova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
    Daxili İşlər Nazirliyi xəbər verir ki, Bakı Şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Suraxanı RPİ 32-ci PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Ağarza Bağırov Nərimanov rayonu ərazisində tutulub.
    Qeyd edilən avtomobil Salyan rayonunun Noxudlu kəndində yaşayan Qədir Nuriyevin həyətində tapılıb. Araşdırma aparılır.

    Muxalifet2 - 24-10-2017

  7. ​Almaniya Futbol İttifaqı MİLLİMİZİN FUTBOLÇUSUNU CƏZALANDIRDI

    Dimitri Nazarov meydandan qovulduğu üçün 3 oyunluq cəzalanıb, klubu 3 min avro cərimələnib
    Almaniya Futbol İttifaqının İntizam Komitəsi Azərbaycan millisinin yarımmüdafiəçisi Dimitri Nazarovu cəzalandırıb. “Report” xəbər verir ki, buna səbəb “Ertsqebirqe Aue”nin formasını geyinən 27 yaşlı hücumçunun II Bundesliqanın XI turunda “Regensburq”la ev oyunu zamanı birbaşa qırmızı vərəqə almasıdır.

    Muxalifet2 - 24-10-2017

  8. ​Azərbaycanlı qanuni oğru Tiflisdə tutuldu – RƏSMİ

    Tiflisdə azərbaycanlı qanuni oğru yaxalanıb.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər İşlər Nazirliyi yayıb. Nazirlik qanuni oğru ilə bərabər, bir Gürcüstan vətəndaşının da saxlanıldığını bildirib.
    Həbs edilən qanuni oğrunun Gəncədən olduğu bildirilsə də, onun adı açıqlanmayıb. Onların həbsinə səbəb Gürcüstan vətəndaşından zorla 2000 dollar tələb etmələri olub.

    Muxalifet2 - 24-10-2017

  9. "Kanal 13"ün direktorunun məhkəməsində ŞAHİDLƏR İFADƏ VERDİ

    Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
    "Report"un xəbərinə görə, hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Kanal 13"də mühasib işləmiş Kübra Məmmədova dindirilib.

    Muxalifet2 - 24-10-2017

  10. Rakkanın alınması nəyi dəyişdi və NƏLƏR OLACAQ - TƏHLİL

    Rakkanın İŞİD-dən təmizlənməsi Türkiyə mediasında daha çox PKK-nın şəhər meydanına asdığı Öcalan plakatı çərçivəsində müzakirə edilib.
     
    Halbuki Rakkanın xaraba vəziyyətindəki vəziyyəti bundan sonra yalnız Türkiyə-ABŞ əlaqələrində deyil, Suriyanın gələcəyindən dolayı ABŞ-Rusiya əlaqəsinə, İŞİD-in gələcəyindən Kürdlər arası münasibətlərə qədər geniş səpkidə təsirli olacaq və yeni mübahisələr başlayacaq.

    Muxalifet - 24-10-2017

  11. “Ağ qızıl dividend gətirmədi” – EKSPERT

    "Rəsmi məlumata görə, Azərbaycan hər il pambıqçılığın inkişafına yüz miyonlarla dollar xərcləyir. Sual yaranır: hakimiyyət yüz miyonlarla dolları nəyə xərcləyir?", - deyə aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov soruşur.

    Muxalifet3 - 24-10-2017

  12. Əmək Məcəlləsinə DƏYİŞİKLİK - Təhsildə yaş həddi götürülür

    Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər ediləcək.
     
    Məcəllənin  4-cü maddəsinə ( bu Məcəllənin tətbiq edildiyi iş yerləri ) maddəsinə edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

    Muxalifet - 24-10-2017

  13. Qaçan məhbuslara bu gün hökm oxunmalıymış... - Rəis müavininin bacısı oğlu da saxlanıldı

    Səhlənkarlığa yol verən qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun bacısı oğludur
     
    Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədovun qaçması ölkə gündəminin müzakirə mövzularından biridir.
    Faktla bağlı vəzifələrinin icrası zamanı səhlənkarlığa yol vermiş Penitensiar Xidmətin əməkdaşları - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb.

    Muxalifet - 24-10-2017

  14. Məhbuslar vaqonun pəncərəsindən qaçıb

    Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan 2 kriminal aləm üzvünün qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb.
     
    Kriminal aləmə yaxınlığı ilə tanınan Əli Ağami və “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb-gətirildiyi məlum olub.

    Muxalifet - 24-10-2017

  15. Fazil Məmmədov I vitse-prezidenti işdən çıxardı

    Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.
     
    Federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə I vitse-prezident Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
    Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.

    Muxalifet - 24-10-2017

  16. Məmməd İsmayıldan yubiley yazısı: Vurğun vurğunluğu

    Məmməd İsmayıl
    Çanaqqala/Türkiyə
     
     Bakıdan gələn bir telefon zəngi fikrimi çox-çox uzaqlara apardı: Vurğun Əyyubun 60 yaşı tamam olur.
     
    Bu xəbərə inanmağım da gəldi, inanmamağım da...

    Muxalifet - 24-10-2017

  17. Təyyarə qəzaya uğrayarkən evlənmə təklifi etdi

    İngiltərəli hüquqşünas Kriz Cins təyyarə qəza enişi edərkən sevgilisi Keysi Kinçellaya evlilik təklifi edib.
     

    Muxalifet - 24-10-2017

  18. "Xristian və müstəqil Avropa istəyirik" – Macarıstanın baş naziri

    Macarıstanın baş naziri Viktor Orban miqrantların Avropaya axınına münasibət bildirib.
     

    Muxalifet - 24-10-2017

  19. “Xalqın yaltağı" yarışı keçirilərsə... – Hüseynbala Səlimov yazır

    Hüseynbala Səlimov
     
    Ədəbiyyatın, ümumiyyətlə, mədəniyyətin sosial missiyası ilə bağlı mübahisələr, axtarsan, bu gün də davam edir. Biri deyir ki, ədəbiyyat tərbiyələndirir, başqa birisi etiraz edir ki, kişi, boş şeydir, dua oxumaqla donuz darıdan çıxmaz.
     
    "Mütləq əksəriyyət”sə həmişə kimi "Əşi, gedin, işinizlə -gücünüzlə məşğul olun, millətin başını aparmayın, dərdimiz-sərimiz var, evimizə bir parça çörək aparmalıyıq!”- deyib aşağı – yuxarı qalxıb – enməkdən artıq yerində durmayan başlarıını bir az da sağa–sola bulayırlar...

    Muxalifet - 24-10-2017

  20. ​Ərdoğan PKK-ya dəstək verən rəsmi Vaşinqonu "topa tutdu": "Biz dünyanı ayağa qaldıracağıq..."

    "Viza böhranından emarqoların genişləndirilməsinə, terrorçuların himayə edilməsinə qədər ortaya qoyulan münasibət Türkiyənin doğru yolda olduğunu təsdiqləyir. Məsələn, buna nümunə strateji ortağımız ABŞ-dır. Dəfələrlə müzakirə aparmağımıza baxmayaraq, ABŞ Suriyada Rakka əməliyyatını PKK terror təşkilatının bətnindən ayrılmış uşağı olan PYD/YPG ilə birgə aparır”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib.

    Muxalifet3 - 24-10-2017

Pages