Axtarış

The search found 105793 results in 0.043 seconds.

Search results

  1. ​Hüseyn Cavidin 135 ILLIK YUBILEYI KEÇIRILƏCƏK

    Prezident İlham Əliyev Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
    2017-ci ildə Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 135 illiyi tamam olur.

    Muxalifet2 - 24-10-2017

  2. “Azərbaycanda Avropa konvensiyasının müddəalarına əməl olunmur” - SMMM

    Siyasi Məhbusların Monitorinq Mərkəzi (SMMM) ölkə vətəndaşlarının Avropa konvensiyası ilə zəmanət verilmiş hüquq və azadlıqlarının pozulmasına dair hesabatı açıqlayıb.
     
    Hesabat 2016-cı ilin noyabrından 2017-ci ilin noyabrına qədər olan dövrdə vəziyyətin yekunlarına əsasən tərtib edilib.
    Araşdırmanın preambulasında deyilir ki, son ildə Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət xeyli pisləşib.

    Muxalifet - 24-10-2017

  3. ​Rusiyadan İraq bəyanatı: DƏSTƏKLƏYIRIK

    Rusiya İraqın suverenliyini dəstəkləyir.
    Bu sözləri Rusiya Baş nazirinin müavini Dmitri Roqozin deyib.
    “Rusiya hökuməti müzakirə mövzusu olmayan İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Biz sadəcə Bağdadda yerləşən mərkəzi hökumətlə əlaqədəyik”, - Roqozin bildirib.
    Qeyd edək ki, Rusiya rəsmilərinin bənzər bəyanatlarına baxmayaraq, rəsmi Moskva kürd muxtariyyəti ilə iqtisadi əməkdaşlığa can atır.
    İlkin həmlə olaraq, “Rosneft” Şimali İraqla bağlanan müqavilə çərçivəsində 5 yatağın işlənməsinə artıq 200 milyon dollar sərmayə yatırıb.
     

    Muxalifet2 - 24-10-2017

  4. Azərbaycanda yaxın 4 ildə ciddi maaş artımı gözlənilmir - ARAŞDIRMA

    Ərzaq məhsulları isə bahalaşmağa davam edir
     
    Azərbaycanda yaxın dörd ildə əmək haqlarında ciddi artım gözlənilmir.
    Maliyyə Nazirliyinin təqdim etdiyi gələn il üzrə dövlət büdcəsi layihəsinə əsasən, ölkədə orta aylıq əməkhaqqı 549 manat 70 qəpik proqnozlaşdırılır. Bu, 2017-ci ildən təqribən 25 manat və ya 4.7 faiz çoxdur.
    Bu il inflyasiya ikirəqəmli proqnozlaşdırılır. Ərzaq məhsullarının artıq 18 faiz bahalaşdığı açıqlanıb.

    Muxalifet - 24-10-2017

  5. ​Artur Rasizadə Rocer Nkodo ilə görüşdü

    Oktyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Muxalifet2 - 24-10-2017

  6. ​Sarkisyan: Ya danışıqlar aparırıq, ya da atəş açırıq

    Ermənistan hazırki mərhələdə Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək niyyətində deyil, bizim belə məqsədimiz yoxdur. 
    Muxalifet.az-ın xəbərinə görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin Milli Tədqiqat Universitetində yeni tədris proqramının başlanmasına həsr edilmiş iclasda bəyan edib.
    Sarkisyan bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur.

    Muxalifet2 - 24-10-2017

  7. ​Qızının icazəsiz evlənməsini qəbul etməyən ata canlı yayımda özünü güllələdi - VİDEO (+18)

    Kayseridə ondan icazə alınmadan qızının evləndiyini bildirən 54 yaşlı ata özünü canlı yayım zamanı güllələyib.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı Ayhan Uzun "Facebook"da açdığı canlı yayım zamanı ailəsinə və digər yaxınlarına səslənib. Ona hörmətsizlik edildiyini bildirən Ayhan Uzun sonda hər kəslə sağollaşaraq intihar edib. O, özünü öldürməzdən əvvəl dəfninə qohumlarının gəlməməsini vəsiyyət edib. İntihar anının görüntülərini təqdim edirik:
     

    Muxalifet2 - 24-10-2017

  8. ​Sürücülərin nəzərinə: Bu yol bağlanır

    Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
    “Azəravtoyol” ASC-dən Muxalifet.az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.
    Sürücülərdə alternativ olaraq sözügedən yolun "20-ci sahə" ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.
     

    Muxalifet2 - 24-10-2017

  9. ​Səudiyyədən Türkiyəyə zərbə, PKK-ya yardım

    Səudiyyə Ərəbistanının PKK-nın Suriya qolu PYD-yə TIR-larla yardım göndərməsi barədə məlumat yayılıb.
    Muxalifet.az xəbər verir ki, Haseke bölgəsinə dərman preparatları və ərzaqla yüklənmiş TIR-larla yanaşı 12 təcili tibbi yardım maşını da göndərilib.
    Bu yardımlara Səudiyyənin Körfəz İşləri üzrə naziri Samir əs-Sebhanın rəhbərlik etdiyi bildirilib.
    Qeyd edək ki, ötən həftə adı açıqlanan nazirin Suriyanın Rakka şəhərinə səfər edərək orada bəzi kəndlərə baş çəkməsi bu iddianın həqiqiliyini artırır.
     

    Muxalifet2 - 24-10-2017

  10. ​XİN rəhbəri Palermo meri ilə görüşdü

    Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyada keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində Siciliyanın Palermo şəhərinin meri Leoluka Orlando ilə görüşüb.
    Nazirlikdən Muxalifet.az -a verilən məlumata görə, görüşdə L.Orlandon İtaliya Parlamentinin üzvü olarkən Azərbaycana səfəri, səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli məhsuldar görüşləri və Azərbaycan haqqında xoş xatirələrini məmnunluqla qeyd edib.

    Muxalifet2 - 24-10-2017

  11. ​Alimlərdən qorxulu proqnoz: 2047-ci ildə insanlar...

    2047-ci ilə qədər Avropada hər 4 ahıl insandan biri yatalaq və başqa ağır xroniki xəstəliklərə tutulacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının üzvü Sergey Şerbov və həmkarlarının birgə məqaləsində yazılıb.
    Elm adamlarının sözlərinə görə, gələcəkdə sağlıq problemlərinin artması qlobal miqyasda böhrana səbəb olacaq. Alimlər sözügedən vəziyyətin qarşısının alınması üçün yaşlılıq dönəmində insanların səhhətini qorumasının vacibliyini vurğulayıblar.
     

    Muxalifet2 - 24-10-2017

  12. ​Türkiyədən Yunanıstana FETÖ xəbərdarlığı

    Yunanıstanın FETÖ-çular üçün sığınma mərkəzi olmasını arzu etmirik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Kocias ilə görüşü zamanı deyib.
    Çavuşoğlu 2016-cı ildə 15 iyul hərbi çevriliş cəhdindən sonra Yunanıstana 8 keçmiş hərbçinin qaçdığını bildirib:

    Muxalifet2 - 24-10-2017

  13. Gürcüstanın yeni azərbaycanlı deputatları

    Gürcüstanda yerli özünüidarəetmə orqanlarına oktyabrın 21-də keçirilmiş seçkilərdə 200-dən çox azərbaycanlı mübarizə aparıb. Onlardan 67-si deputat mandatı qazanıb, bir nəfər Marneuli rayonunun meri seçilib.
    Muxalifet.az xəbər verir ki, bu seçkilərdə mübarizə aparan 205 azərbaycanlının 165-i hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının namizədləri olub.

    Muxalifet2 - 24-10-2017

  14. ​Rusiya veto qoydu - Gərginlik

    Rusiya Suriyada kimyəvi silahların istifadəsi ilə bağlı araşdırma aparan BMT missiyasının xidmət müddətinin atırılması ilə bağlı qanun layihəsinə veto qoyub.

    Muxalifet.az xəbər verir ki, prosesdən sonra açıqlama verən BMT Təhlükəsizlik Şurasının (TŞ) rəhbəri və Fransa səfiri François Dellatre səsvermədə 11 lehinə, 2 əleyhinə və 2 bitərəf səslərin verildiyini bildirib.
    Rusiya tərəfinin hansı səbəbdən veto qərarı verməsi bildirilməyib.
     

    Muxalifet2 - 24-10-2017

  15. Putindən Kipr açıqlaması: Kiprlilər özləri...

    Kipr probleminin həlli ilə bağlı yekun qərarı xarici təzyiq olmadan kiprlilər özləri verməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Kipr Respublikasının rəhbəri Nikos Anastasiadis ilə görüşündə deyib.

    Muxalifet2 - 24-10-2017

  16. ​“Tanrı yoxdur, yadplanetlilər var, onlar yenə gələcəklər” - İNANILMAZ İDDİA

    Yadplanetlilərin həyat tərzi və antik mədəniyyətlərdən bəhs edən “Tanrının maşınları” adlı kitabın müəllifi, isverçəli yazar Erix Von Daniken yadplanetlilərin minlərlə il öncə Yer kürəsinə səyahət etdiklərini və yenidən gələcəklərini deyib.
    Muxalifet.az xəbər verir ki, yazar yadplanetlilərin Yerə gəlib təkamül müddətində bir sıçrama yaşamağımız üçün mübarizə aparacaqlarını iddia edib.
    Yazıçı araşdırmalarının fabulası haqqında məlumat da verib:

    Muxalifet2 - 24-10-2017

  17. ABŞ-dan Türkiyə ilə bağlı skandal addım

    ABŞ Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib.
    Muxalifet.az xəbər verir ki, 5 nəfərlik nümayəndə heyəti iki ölkə arasında yaşanan viza gərginliyi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a səfər etməli idi.
    Qeyd edək ki, ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində həbs edilməsi iki ölkə arasında ciddi gərginliyə səbəb olub.
    Tərəflər qarşılıqlı olaraq viza verilməsi prosesini dayandırıblar.
     

    Muxalifet2 - 24-10-2017

  18. ​"BMT Azərbaycanın etibarlı tərəfdaşı olub" - İsakzai

    Bakıda Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında tərəfdaşlığın 25 illiyinə həsr edilmiş kitabın təqdimat mərasimi keçirilib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, kitaba Azərbaycanla BMT arasında 1992 - 2017-ci illər ərzində davam edən əməkdaşlıq barədə məlumatlar və arxiv fotoları daxil edilib.
    Həmçinin Azərbaycanla BMT arasında tərəfdaşlığın 25 illiyi münasibətilə fotosərgi təşkil edilib.

    Muxalifet2 - 24-10-2017

  19. ​Saakaşvili üçün yolun sonu gəldi - Ekspert açıqladı

    Mixail Saakaşvili ilə bağlı səsləndirilən ittihamlar Ukrayna hakimiyyətinin onu Gürcüstana təhvil vermək niyyətinin olduğunu göstərir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ukraynanın Siyasi Araşdırmalar və Konfliktlər Mərkəzinin direktoru Mixail Poqrebinski RİA-ya açıqlamasında deyib.

    Muxalifet2 - 24-10-2017

  20. ​Lotu Qulinin həbsxanadakı son fotosu yayıldı - Foto

    Kriminal avtoritet Nadir Səlifovun (Quli) həbsxanadakı son fotosu yayılıb. İddialara görə bu onun azad edilməmişdən az əvvəlki fotosudur.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, foto sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.
    Qeyd edək ki, Quli 96-cı ildə xüsusilə ağır cinayət törətməkdə ittiham olunub və üst -üstə açılan əlavə cinayət işləri əsasında 21 ildir həbsxanada cəza çəkirdi.
     

    Muxalifet2 - 24-10-2017

Pages